Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

“Bakı qlobal şəhərsalma gündəminin vacib mərkəzinə çevrilir”

“Bakı qlobal şəhərsalma gündəminin vacib mərkəzinə çevrilir”

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

“Müasir şəhərsalma və investisiya mühitində qiymətləndirmənin strateji rolu artır”


Bunu Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) üzvü, “PRICE EKSPERT” qiymətləndirmə şirkətinin təsisçisi və direktoru olan Hüseyn Talıbov Demokrat.az-a müsahibəsində deyib.
Eyni zamanda Azərbaycan Vəkillər Kollegiyasının üzvü olan Hüseyn Talıbov Son dövrlər daşınmaz əmlak bazarında müşahidə olunan proseslər, Bakının ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumu, 2026-cı ilin “Şəhərsalma və Memarlıq” ili elan olunması ilə bağlı suallarımızı cavablandırıb.
- Hüseyn müəllim, son dövrlər daşınmaz əmlak bazarında həm aktivlik artır, həm də qiymət dinamikası ilə bağlı müxtəlif fikirlər səslənir. Sizcə, hazırda sektorda əsas tendensiyalar nədən ibarətdir?
- Hazırda Azərbaycanın daşınmaz əmlak bazarı yeni mərhələyə daxil olur. Xüsusilə Bakı şəhərində həyata keçirilən genişmiqyaslı urbanizasiya layihələri, yeni infrastruktur xətləri, nəqliyyat bağlantılarının genişlənməsi və şəhərsalma yanaşmalarının yenilənməsi bazara birbaşa təsir göstərir. Bu proses təkcə mənzil qiymətlərinin dəyişməsi ilə məhdudlaşmır. Artıq bazarda daha keyfiyyətli və funksional yaşayış konsepsiyalarına keçid müşahidə olunur. Digər mühüm məsələ isə qiymətləndirmə institutunun bazarda rolunun artmasıdır. 
Əvvəllər qiymətləndirməyə daha çox formal prosedur kimi baxılırdısa, indi banklar, investorlar, sığorta sektoru və dövlət qurumları qərarvermə prosesində peşəkar qiymətləndirmənin əhəmiyyətini daha ciddi şəkildə nəzərə alırlar. Çünki bazarın sağlam inkişafı real dəyərin düzgün müəyyənləşməsindən keçir. Müasir şəraitdə daşınmaz əmlak sektorunda şəffaflıq, risklərin idarə olunması və investisiya təhlükəsizliyi məsələləri ön plana çıxır ki, burada da qiymətləndiricinin rolu strateji əhəmiyyət daşıyır.
- Bakı şəhərinin Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etməsi və 2026-cı ilin “Şəhərsalma və Memarlıq” ili elan olunması sektor üçün hansı imkanları yaradır?
- Hesab edirəm ki, bu qərarlar Azərbaycanın beynəlxalq şəhərsalma gündəmində mövqeyini daha da gücləndirəcək. Bakı artıq regional iqtisadi və logistika mərkəzi olmaqla yanaşı, urban inkişaf baxımından da diqqət çəkən şəhərlərdən birinə çevrilir. Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi ölkəmizə həm investisiya, həm də intellektual platforma baxımından ciddi üstünlüklər qazandıracaq. Bu proseslər daşınmaz əmlak bazarına da müsbət təsir göstərəcək. 
Çünki iri şəhərsalma layihələri yeni yaşayış massivlərinin, biznes zonalarının və sosial infrastrukturun formalaşmasını sürətləndirir. Eyni zamanda “Şəhərsalma və Memarlıq” ili çərçivəsində normativ yanaşmaların modernləşdirilməsi, ağıllı şəhər konsepsiyalarının genişlənməsi və dayanıqlı tikinti prinsiplərinin tətbiqi gözlənilir. Bütün bunlar qiymətləndirmə sektoruna da yeni çağırışlar gətirəcək. Çünki müasir şəhərsalmada artıq təkcə torpaq və tikili deyil, ətraf mühit, sosial komfort, enerji səmərəliliyi və şəhər funksionallığı da dəyərin formalaşmasına təsir edən əsas amillərdən sayılır.
- Son illərdə dövlət-özəl tərəfdaşlığı layihələri, yeni tikinti konsepsiyaları və investisiya axınları daşınmaz əmlak bazarını dəyişir. Bu proseslər sektora necə təsir edir?
- Daşınmaz əmlak bazarında baş verən dəyişikliklər qiymətləndirmə sektorunun fəaliyyət arealını da genişləndirir. Əvvəllər əsasən yaşayış mənzilləri və fərdi obyektlərin qiymətləndirilməsi üstünlük təşkil edirdisə, indi iri infrastruktur layihələri, sənaye parkları, logistika mərkəzləri, hotellər, aqrar və kommersiya kompleksləri üzrə peşəkar qiymətləndirməyə ciddi ehtiyac yaranıb.
Dövlət-özəl tərəfdaşlığı layihələrinin artması isə daha dəqiq və beynəlxalq standartlara uyğun hesabatların hazırlanmasını tələb edir. Çünki investor üçün əsas məsələ aktivin real bazar dəyərinin və risk faktorlarının düzgün müəyyən edilməsidir. Bu baxımdan qiymətləndirmə artıq sadəcə texniki xidmət deyil, strateji iqtisadi alətə çevrilir.
Hesab edirəm ki, yaxın illərdə Azərbaycanda rəqəmsal qiymətləndirmə texnologiyaları, böyük məlumat bazaları və analitik platformalar daha geniş tətbiq olunacaq. Bu isə həm bazarda şəffaflığı artıracaq, həm də investisiya mühitinin daha etibarlı formalaşmasına xidmət edəcək.
- Həm bir qiymətləndirici, həm də hüquqşünas kimi fəaliyyət göstərirsiniz. Yaxın illərdə qiymətləndirmə sektorunun perspektivlərini necə görürsünüz?
- Mən hesab edirəm ki, qarşıdakı illərdə qiymətləndirmə sektoru Azərbaycanın iqtisadi sistemində daha mühüm mövqeyə sahib olacaq. Çünki iqtisadiyyat böyüdükcə aktivlərin idarə olunması, investisiya təhlükəsizliyi, korporativ idarəetmə və maliyyə hesabatlılığı məsələləri daha da aktuallaşır. Bu isə peşəkar qiymətləndirməyə tələbi artırır.
Digər tərəfdən yeni qanunvericilik yanaşmaları və tənzimləmə mexanizmlərinin formalaşması fəaliyyəti bazarda peşəkar standartların formalaşmasına ciddi təkan verir. Mənim fikrimcə, yaxın perspektivdə rəqəmsal qiymətləndirmə modelləri, avtomatlaşdırılmış analiz sistemləri və beynəlxalq standartlara uyğun vahid məlumat bazaları sektorun əsas inkişaf istiqamətlərindən olacaq.
Ən vacib məqamlardan biri isə cəmiyyətin qiymətləndirməyə baxışının dəyişməsidir. Cəmiyyət artıq anlayır ki, düzgün qiymətləndirmə təkcə rəqəm deyil, hüquqi təhlükəsizlik, maliyyə etibarlılığı və investisiya qərarlarının əsas elementidir. Bu baxımdan düşünürəm ki, Azərbaycanda qiymətləndirmə sahəsinin qarşısında kifayət qədər böyük perspektivlər var.
Kənan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 May 2026 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see591

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see530

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see399

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see311

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see273

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see267

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see264

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see261

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see252

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see244

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see236

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see221

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see212

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see209

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see207

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see202

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see198

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see193

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see192

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri