Icma.az
close
up
RU
Bakı qlobal urban və dayanıqlı inkişaf dialoqunun əsas platformalarından birinə çevrilib RƏY

Bakı qlobal urban və dayanıqlı inkişaf dialoqunun əsas platformalarından birinə çevrilib RƏY

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 25 may, AZƏRTAC

XXI əsrin qlobal siyasi və iqtisadi reallıqları, kataklizmləri fonunda urbanizasiya, sadəcə, şəhərsalma, məskunlaşma və miqrasiya kimi istiqamətlərin yer aldığı anlayışlar toplusu deyil. Bu gün şəhərlər geosiyasi təsir mərkəzləri, iqtisadi dayanıqlılığın təminatçıları, iqlim təhlükəsizliyinin əsas oyunçuları və yeni dünya nizamının formalaşdırıldığı strateji platformalardır. Məhz bu baxımdan son illərdə Azərbaycanın qlobal urban gündəliyin formalaşmasında oynadığı rol xüsusi diqqət çəkir. Bakı artıq təkcə regionun siyasi və iqtisadi mərkəzi deyil, həm də qlobal urban və dayanıqlı inkişaf dialoqunun əsas platformalarından birinə çevrilməkdədir.

Bu prosesin arxasında isə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən dövlət strategiyası dayanır. Azərbaycanın son illərdə COP29, WUF13 kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməsi sistemli şəkildə formalaşdırılmış siyasi etimadın, strateji idarəetmənin və modern dövlət modelinin nəticəsidir. Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkənin beynəlxalq münasibətlər sistemində artan çəkisinin göstəricisi olmaqla yanaşı, həm də urban gündəliyinin iqlim təhlükəsizliyi ilə inteqrasiyasının mühüm mərhələsinə çevrilməsinə zəmin yaradıb. WUF13-də müzakirə olunan məsələlər, səsləndirilən önəmli mesajlar fonunda bəlli olur ki, cəmi iki il öncə Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən “Yaşıl dünya naminə həmrəy olaq” konsepsiyası da əslində yalnız ekoloji çağırış olmayıb. Bu yanaşma həm də yeni urban inkişaf modelinin fəlsəfəsini nümayiş etdirməklə yanaşı, konseptual olaraq enerji təhlükəsizliyi, dayanıqlı şəhərlər, yaşıl texnologiyalar və sosial inklüzivlik anlayışlarını vahid strateji platformada birləşdirib.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

O bildirib ki, bu gün dünyanın bir çox ölkələrində urbanizasiya xaotik genişlənmə, sosial təbəqələşmə və ekoloji deqradasiya ilə müşayiət olunur. Azərbaycan isə fərqli model ortaya qoyur: “Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları artıq beynəlxalq urban siyasətində öyrənilən nümunələrdən birinə çevrilir. İşğaldan azad edilmiş ərazilərdə şəhərlərin sıfırdan, müasir urban planlaşdırma prinsipləri əsasında qurulması postmünaqişə urbanizasiya modeli kimi diqqət çəkir. Burada söhbət sadəcə binaların tikintisindən getmir. Söhbət insan mərkəzli, ekoloji dayanıqlı, rəqəmsal texnologiyalara əsaslanan və milli-mədəni identikliyi qoruyan yeni yaşayış fəlsəfəsindən gedir.

“WUF13-ün Bakıda keçirilməsi isə siyasi etimadın göstəricisi olmaqla bərabər, həm də Azərbaycan urban modelinin beynəlxalq səviyyədə legitimləşməsi, vahid strateji konsepsiya kimi qəbul edilməsi anlamına gəlir. Əslində, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən urban siyasət bir neçə strateji istiqaməti özündə birləşdirir. Azərbaycanın baxış bucağında urbanizasiya, ilk növbədə, milli təhlükəsizlik və dövlət dayanıqlılığı məsələsi kimi təqdim olunur. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması prosesi göstərir ki, şəhərsalma artıq geosiyasi təsir alətidir. Azərbaycan dağıdılmış ərazilərdə yalnız infrastruktur yaratmır, həm də suverenliyin real idarəetmə mexanizmini formalaşdırır. Eyni zamanda, Azərbaycan urbanizasiya ilə enerji transformasiyasını paralel şəkildə aparır. Qarabağın “yaşıl enerji zonası” elan edilməsi və burada alternativ enerji mənbələrinin tətbiqi şəhərsalmanın gələcək modelini müəyyənləşdirir. Bu, klassik neft iqtisadiyyatından postkarbon iqtisadiyyatına keçid strategiyasının tərkib hissəsidir”, - deyə deputat bildirib.

Azərbaycanın texnokratik yanaşma üzərində qurulan urban gündəliyi

Onun sözlərinə görə, Azərbaycanın urban siyasətinin fərqliliyi və unikallığı həm də ondan ibarətdir ki, ölkəmiz bu prosesi multikultural və humanitar təhlükəsizlik konsepsiyası ilə uzlaşdırır. Müasir şəhər yalnız iqtisadi mərkəz deyil, həm də sosial harmoniyanın təmin olunduğu platforma kimi təqdim edilir. Bakının son illərdə beynəlxalq forumların, dinlərarası və mədəniyyətlərarası dialoq tədbirlərinin əsas ünvanına çevrilməsi də təsadüfi deyil. Prezident İlham Əliyevin siyasi liderliyinin mühüm xüsusiyyəti ondan ibarətdir ki, o, qlobal prosesləri qabaqlayan strateji baxış nümayiş etdirir. Hələ bir neçə il əvvəl urban təhlükəsizlik, iqlim miqrasiyası və yaşıl transformasiya məsələləri dünya siyasətində indiki qədər aktual deyildi. Azərbaycan isə artıq həmin dövrdə şəhərsalma siyasətini yeni çağırışlara uyğunlaşdırmağa başlamışdı. Bu gün isə həmin yanaşmanın beynəlxalq platformalarda qəbul olunan modelə çevrildiyinə şahidlik edirik.

“Ən diqqətçəkən məqamlardan biri də Azərbaycanın urban gündəliyinin texnokratik yanaşma üzərində qurulmamasıdır. Burada milli kimlik, tarixi irs və mədəni yaddaş qorunur. Şuşa, Ağdam, Füzuli və digər şəhərlərdə aparılan bərpa və yenidənqurma işləri göstərir ki, Azərbaycan modern urbanizasiya ilə milli-mədəni identikliyin sintezini yarada bilib. Bu isə bir çox ölkələrin üzləşdiyi identiklik böhranı fonunda alternativ model kimi diqqət çəkir.

Qlobal urban gündəliyin əsas problemlərindən biri də inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı dərin fərqlərdir. Prezident İlham Əliyev isə çıxışlarında dəfələrlə vurğulayıb ki, dayanıqlı inkişaf və iqlim siyasəti siyasi təzyiq alətinə çevrilməməlidir. Azərbaycanın irəli sürdüyü təşəbbüslərin həm də inkişaf etməkdə olan dövlətlərin maraqlarının müdafiəsinə yönəlmiş balanslı yanaşma olduğunu da unutmaq lazım deyil. Bu isə Bakının həm də Qlobal Cənubun mühüm siyasi platformalarından birinə çevrildiyini göstərir”, - deyə E.Mirzəbəyli vurğulayıb.

O qeyd edib ki, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş statusu asan qazanılmır. Azərbaycanın həm COP29, həm də WUF13 kimi qlobal platformalara ev sahibliyi etməsi onu göstərir ki, Bakı artıq beynəlxalq qərarların müzakirə olunduğu və yeni ideyaların formalaşdığı mərkəzə çevrilib. Bu etimadın əsas mənbəyi isə Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, praqmatik, prinsipial, ədalətli və gələcəyə hesablanmış siyasətdir. Bu gün artıq Azərbaycan modeli anlayışı yalnız enerji siyasəti və ya postmünaqişə bərpası ilə məhdudlaşmır. Yeni mərhələdə bu model dayanıqlı urbanizasiya, yaşıl inkişaf, rəqəmsal transformasiya və milli suverenliyin harmonik vəhdəti kimi xarakterizə olunur. Dünyanın bir çox ölkələri urban böhran, sosial parçalanma və idarəetmə xaosu ilə üzləşdiyi halda, Azərbaycan mərkəzləşdirilmiş strateji idarəetmə ilə modern inkişafın sintezini nümayiş etdirir.

“Bütün bunlar göstərir ki, Azərbaycan artıq qlobal urban gündəliyin iştirakçısı deyil, onun formalaşdıran ğlkələrdən biridir. Bu reallığın əsas müəllifi isə Prezident İlham Əliyevin siyasi iradəsi, strateji baxışı və XXI əsrin çağırışlarını düzgün oxumaq bacarığıdır.

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası bütövlükdə, Azərbaycanın qlobal urban siyasətində yeni mərhələyə yüksəldiyini təsdiqləyən mühüm beynəlxalq hadisə sayıla bilə və Azərbaycanın artıq qlobal urban gündəliyin formalaşmasında iştirak edən dövlətə çevrildiyinin siyasi və institusional təsdiqidir”, - deyə deputat bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 May 2026 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see305

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see283

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see271

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see271

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see257

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see253

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see251

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see251

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see233

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see232

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see231

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see230

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see227

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see221

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see220

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see217

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see217

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see212

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see198

​KALINİNQRADA ZƏRBƏ ENDİRİLDİ Avropa müharibəyə cəlb olunur? + VİDEO

22 Noyabr 2026 15:39see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri