Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Bakı qlobal urbanizasiyaya töhfə verməkdədir”

Bakı qlobal urbanizasiyaya töhfə verməkdədir”

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının  açılış mərasimində Prezident İlham Əliyev bir daha bəyan etdi ki, tədbirə dünyanın 182 ölkəsindən 45 mindən artıq iştirakçı qeydiyyatdan keçib. Bu,  WUF13-ün qlobal miqyasını və Bakının beynəlxalq platforma kimi artan çəkisini bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın tarixən Şərqlə Qərbin qovuşduğu məkan olduğunu vurğulayaraq, bu harmoniyanın ölkənin memarlığında və şəhərsalma modelində də əks olunduğunu bildirdi. Xüsusilə qədim İçərişəhərlə müasir Bakı arasında yaradılan memarlıq vəhdəti Azərbaycanın həm öz tarixi irsinə sadiqliyini, həm də müasir urbanizasiya çağırışlarına açıq olduğunu göstərir.

Dövlət başçısı qeyd etdi ki, 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması ölkədə bu sahəyə verilən strateji əhəmiyyətin göstəricisidir. Son illərdə xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri isə nadir rast gəlinən genişmiqyaslı urbanizasiya layihələrindən biridir.

Prezidentin çıxışında diqqət çəkən əsas məqamlardan biri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “Böyük Qayıdış” proqramı oldu. Dövlət başçısı qeyd etdi ki, 30 illik işğal dövründə tamamilə dağıdılmış şəhərlər bu gün müasir standartlara uyğun şəkildə yenidən qurulur. Cəmi beş il ərzində bölgədə tunellərin, körpülərin, beynəlxalq hava limanlarının, məktəblərin, xəstəxanaların və yeni yaşayış məntəqələrinin tikilməsi Azərbaycanın iqtisadi və təşkilati potensialını nümayiş etdirir.
Forumda Azərbaycanın zəngin tarixi-mədəni irsinə də xüsusi diqqət ayrıldı. Prezident çıxışında Şamaxı, Naxçıvan, Gəncə, Qəbələ, Şəki və Şuşa kimi qədim şəhərlərin memarlıq irsini xüsusi vurğuladı. Bu yanaşma Azərbaycanın şəhərsalma siyasətinin milli-mədəni irsin qorunmasını əsas prioritet hesab etdiyini göstərir.

Bakının ekoloji transformasiyasına dair reallıqlar da  forumun mühüm mesajlarından biridir. Bir vaxtlar neft sənayesinin yaratdığı ciddi ekoloji problemlərlə üzləşən paytaxt bu gün müasir parkları, yaşıl zonaları və urbanistik layihələri ilə fərqli sima qazanır. Xüsusilə keçmiş “Qara şəhər”in müasir Ağ Şəhər layihəsinə çevrilməsi urbanizasiya sahəsində uğurlu transformasiyanın simvolu kimi təqdim edildi.

Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi əsas mesajlardan biri də inkişafla tarixi irsin qorunması arasında balansın saxlanılmasıdır.

Bütövlükdə WUF13 Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin nümayişidir. Bu forum vasitəsilə Bakı qlobal urbanizasiyaya töhfə verməkdədir.

Könül Nurullayeva,

Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://adalet.az
archiveBu xəbər 19 May 2026 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri