Icma.az
close
up
RU
Qlobal Bakı Forumu yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə töhfə verib ŞƏRH

Qlobal Bakı Forumu yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə töhfə verib ŞƏRH

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 17 mart, AZƏRTAC

Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunun əhəmiyyəti olduqca böyükdür. Ölkəmiz növbəti dəfə mötəbər qonaqların iştirakı ilə vacib bir tədbirə ev sahibliyi etməklə qlobal miqyasda baş verən proseslərə dair vacib fikirlərin səsləndiyi mühüm platforma kimi çıxış edib.

Bu barədə AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib.

O deyib ki, Forum prezidentlərin, Baş nazirlərin, parlament spikerlərinin, tanınmış ictimai fiqurların, diplomatların, işgüzar dairələrin və vətəndaş cəmiyyəti nümayəndələrinin təcrübəsi baxımından olduqca vacib bir platformadır: “Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev müasir beynəlxalq münasibətlər sistemində müşahidə olunan mürəkkəb proseslərə də diqqət çəkib. Dövlətimizin başçısı qeyd edib ki, hazırda dünya siyasi, iqtisadi və texnoloji transformasiyaların təsiri altında yeni mərhələyə qədəm qoyur. Həmin proseslər qlobal təhlükəsizlik arxitekturasına, beynəlxalq hüquq sisteminə və dövlətlərarası münasibətlərə ciddi təsir göstərir. Prezident vurğulayıb ki, belə bir şəraitdə qarşılıqlı hörmətə, beynəlxalq hüququn prinsiplərinə və çoxtərəfli əməkdaşlığa əsaslanan dialoq mexanizmləri xüsusi əhəmiyyət kəsb edir”.

Sevinc Hüseynova vurğulayıb ki, Forumda qlobal səviyyədə artan çağırışların yalnız kollektiv yanaşma və çoxtərəfli əməkdaşlıq vasitəsilə həll edilə biləcəyi bir daha bəyan edilib: “Xüsusilə iqlim dəyişiklikləri, enerji resurslarının təhlükəsiz və dayanıqlı istifadəsi, beynəlxalq ticarət əlaqələrinin inkişafı, qlobal səhiyyə problemləri və humanitar böhranlar kimi məsələlər dünya dövlətlərinin birgə səylərini tələb edən əsas istiqamətlər kimi qeyd olunub. Forum çərçivəsində keçirilən müzakirələr göstərib ki, müasir dövrdə qlobal problemlərin həlli üçün beynəlxalq təşkilatların fəaliyyətinin daha da gücləndirilməsi, regional əməkdaşlıq mexanizmlərinin inkişaf etdirilməsi və dövlətlər arasında etimad mühitinin möhkəmləndirilməsi zəruridir. Bu baxımdan Qlobal Bakı Forumu kimi platformalar müxtəlif baxışların qarşılıqlı anlaşma və dialoq mühitində müzakirə olunmasına şərait yaradır”.

Deputat diqqətə çatdırıb ki, bütün bunların fonunda Qlobal Bakı Forumunun keçirilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun və nüfuzunun göstəricilərindən biridir. Bu cür mötəbər tədbirlərin Bakı şəhərində təşkil olunması ölkəmizin qlobal dialoq mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir. Azərbaycan müxtəlif beynəlxalq təşəbbüslər vasitəsilə qlobal problemlərin həllinə töhfə vermək, dövlətlər və xalqlar arasında qarşılıqlı anlaşmanı gücləndirmək istiqamətində fəal fəaliyyət göstərir.

“Bu xüsusda “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunan XIII Qlobal Bakı Forumu qlobal miqyasda dialoq və əməkdaşlığın təşviqinə xidmət edən mühüm beynəlxalq platforma kimi bir daha öz əhəmiyyətini nümayiş etdirib. Forum çərçivəsində aparılan müzakirələr beynəlxalq ictimaiyyət üçün aktual olan məsələlərin daha dərindən təhlilinə, yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə və qlobal problemlərin həlli istiqamətində ortaq yanaşmaların formalaşdırılmasına mühüm töhfə verib”, - deyə Sevinc Hüseynova qeyd edib.

Müxbir – Göyçək Mahmudlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Mart 2026 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri