Icma.az
close
up
RU
Bakı Quba yolunda avtomobili suda qalan şəxslər AAYDA nı məhkəməyə verib təzminat tələb edə bilər AÇIQLAMA

Bakı Quba yolunda avtomobili suda qalan şəxslər AAYDA nı məhkəməyə verib təzminat tələb edə bilər AÇIQLAMA

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Aprelin 16-da Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun ödənişli hissəsində güclü yağışlar nəticəsində sel fəlakəti baş verib. Yolu su basması nəqliyyatın hərəkətində ciddi çətinliklər yaradıb, bəzi avtomobillər suda qalıb, vətəndaşlara maddi ziyan dəyib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirdi ki, bu cür halların əsas səbəbi texniki hazırlıqsızlıq və düzgün planlaşdırmanın aparılmamasıdır:

“Suyun ötürülməsi üçün nəzərdə tutulan qurğular ya düzgün seçilməyib, ya da onların istismarında nöqsanlar olub. Bu cür fəlakətlərə qarşı hesablamalar düzgün aparılmayıb. Bəli, bu tez-tez rast gəlinən hal deyil, amma normadan artıq yağıntı olacağını da əvvəlcədən proqnozlaşdırmaq və ehtiyat tədbirləri görmək olardı. Bu yol ödənişli olduğu üçün təhlükəsizliyə nəzarət edən qurum vaxtında hərəkəti dayandıra və girişləri bağlaya bilərdi”.

Ekspert qeyd etdi ki, istismarı həyata keçirən şirkət və ya aidiyyəti qurumlar vətəndaşlara dəymiş zərərlə bağlı məsuliyyət daşıyırlar:

“Əgər avtomobili suda qalan şəxs istəsə, bu yola görə cavabdeh olan qurumu məhkəməyə verib maddi ziyanın ödənilməsini tələb edə bilər”.

E.Muradlı belə halların təkrar yaşanmaması üçün görülməli tədbirlər barədə də danışdı:

“Suyun miqdarı, axdığı istiqamət və yönləndirildiyi nöqtə dəqiq hesablanmalıdır. Əgər su, məsələn, bir gölə yönləndirilirsə, nəzərə almaq lazımdır ki, həmin gölə başqa mənbələrdən də su gəlir. Bu tip hesablamalar dəqiq aparılmasa, istənilən anda həmin göl daşaraq yolu basa bilər. Bu da planlaşdırmadakı boşluqları göstərir”.

Ekspert, sevindirici məqamın ölüm-itimin baş verməməsi olduğunu vurğulasa da, vətəndaşlara dəymiş zərərin ciddi olduğunu bildirdi və gələcəkdə daha güclü qabaqlayıcı tədbirlərin görülməsini vacib saydı.

Qeyd edək ki, Bakı-Quba-Rusiya yoluna cavabdeh qurum Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir.

Toğrul ƏHMƏDZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Aprel 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see260

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see200

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see198

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see169

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see166

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see160

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see152

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see146

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see140

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see139

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see136

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see128

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see126

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see124

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri