Icma.az
close
up
RU
Nəqliyyat sıxlığının azaldılması üçün əsas yanaşma səmərəli idarəetmədir ŞƏRH EDİLDİ

Nəqliyyat sıxlığının azaldılması üçün əsas yanaşma səmərəli idarəetmədir ŞƏRH EDİLDİ

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

"Son illər ölkədə avtomobil parkının sürətlə artması yol infrastrukturuna ciddi təzyiq yaradır və bu, xüsusilə iri şəhərlərdə nəqliyyat sıxlığını xroniki problemə çevirir. Bu problemin həlli yalnız yeni yolların salınması ilə mümkün deyil, kompleks və sistemli mexanizmlərin tətbiqini tələb edir". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Fərhad Eyyubov deyib.

Onun sözlərinə görə, ilk növbədə yol infrastrukturunun idarə edilməsində ağıllı nəqliyyat sistemlərinin (ITS) tətbiqi genişləndirilməlidir: "Adaptiv svetoforlar, real vaxt rejimində nəqliyyat axınının monitorinqi, marşrutların yüklənməsinə uyğun tənzimlənən hərəkət sxemləri sıxlığın azalmasına real təsir göstərir. Bu yanaşma mövcud yolların buraxılış qabiliyyətini artırır və əlavə infrastruktur xərclərinə ehtiyacı azaldır. Digər mühüm mexanizm şəxsi avtomobildən istifadənin tənzimlənməsidir. Şəhər mərkəzlərində parklanmanın mərhələli şəkildə ödənişli edilməsi, bəzi zonalarda avtomobil girişinin məhdudlaşdırılması, pik saatlarda diferensial yol istifadə haqlarının tətbiqi və “park et–get” (park and ride) sistemlərinin qurulması avtomobil axınının azalmasına səbəb ola bilər. Beynəlxalq təcrübə göstərir ki, bu cür iqtisadi və inzibati alətlər insanların nəqliyyat davranışını dəyişməkdə kifayət qədər effektivdir. Bu prosesdə ictimai nəqliyyatın rolu həlledici əhəmiyyət daşıyır. İctimai nəqliyyat rəqabətqabiliyyətli alternativə çevrilmədən sıxlığın azaldılması mümkün deyil. Bunun üçün avtobus zolaqlarının sayının artırılması, onların fiziki olaraq digər hərəkət zolaqlarından ayrılması, avtobusların qrafik üzrə dəqiq işləməsi və sürətinin artırılması əsas şərtlərdəndir. Metropoliten xətlərinin genişləndirilməsi, mövcud stansiyalarda sərnişin axınının rahat idarə olunması da ictimai nəqliyyatın cəlbediciliyini yüksəldir.

Eyni zamanda, vahid ödəniş və tarif sisteminin tətbiqi, marşrutlar arasında rahat keçid imkanlarının yaradılması, avtobus, metro və digər nəqliyyat növlərinin inteqrasiyası sərnişin üçün vaxt və xərc baxımından üstünlük formalaşdırır. Rahat, təhlükəsiz və proqnozlaşdırılan ictimai nəqliyyat sistemi şəxsi avtomobildən könüllü imtinanı stimullaşdıran əsas faktordur. Nəqliyyat sıxlığının azaldılması üçün əsas yanaşma “daha çox yol” yox, “daha səmərəli idarəetmə və daha güclü ictimai nəqliyyat” prinsipi üzərində qurulmalıdır. Şəxsi avtomobil istifadəsini tənzimləyən mexanizmlərlə paralel olaraq ictimai nəqliyyata real üstünlüklər verildikdə, həm yol infrastrukturu üzərindəki yük azalacaq, həm də şəhər mühitinin keyfiyyəti və insanların gündəlik həyat rahatlığı əhəmiyyətli dərəcədə yaxşılaşacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Yanvar 2026 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see289

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see244

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see238

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see234

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see209

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see194

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see193

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see176

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see170

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see164

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see163

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see154

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see151

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see150

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see145

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see142

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see141

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri