Bakı Regional Sınaq Laboratoriyası beynəlxalq səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 17 oktyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən Bakı Regional Sınaq Laboratoriyası beynəlxalq səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, laboratoriya İngiltərənin nüfuzlu “Fapas” şirkəti tərəfindən keçirilən sınaqlarda meyvə şirəsi nümunəsində Brix ədədi, sorbin turşusu və benzoy turşusu parametrlərinin təyini üzrə aparılan sınaqlarda yüksək göstəricilərə nail olub.
Qeyd edək ki, Bakı Regional Sınaq Laboratoriyasında qida məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinə uyğun olaraq bioloji, kimyəvi və molekulyar müayinələr həyata keçirilir.
Laboratoriya AZS ISO/IEC 17025:2020 — “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” beynəlxalq standartına uyğun olaraq Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 17 Oktyabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















