Icma.az
close
up
RU
AQTİnin laboratoriyası 7 beynəlxalq səriştəlilik sınağında uğurlu nəticə əldə edib AZƏRTAC

AQTİnin laboratoriyası 7 beynəlxalq səriştəlilik sınağında uğurlu nəticə əldə edib AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 19 noyabr, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Kompleks Tədqiqatlar Laboratoriyası (KTL) İngiltərənin “Fapas” şirkəti tərəfindən təşkil olunan 3, “LGC Standards” şirkətinin keçirdiyi 3 və Fransanın “Bipea” şirkətinin təşkil etdiyi 1, ümumilikdə isə 7 beynəlxalq səriştəlilik sınağında iştirak edib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, laboratoriya həmin səriştəlilik sınaqlarında 7 fərqli nümunənin 46 fiziki-kimyəvi və mikrobioloji parametri üzrə aparılan sınaqlarda uğurlu nəticə əldə edib.

KTL “Fapas”ın keçirdiyi enerji içkisində kofeinin təyini, eləcə də bioloji aktiv qida maddəsi nümunəsində arsen, kadmium, mis, dəmir, qurğuşun, manqan, civə, sink, taxıl əsaslı heyvan yemi nümunəsində arsen, qurğuşun, kadmium və civə parametrləri üzrə aparılan sınaqlarda uğur qazanıb. Həmçinin “LGC Standards” tərəfindən təşkil olunan yem nümunəsində arsen, kalsium, dəmir, qurğuşun, magnezium, manqan, fosfor, kalium, natrium, bağırsaq çöpü bakteriyası, Escherichia coli, enterobakteriya, süd turşusu bakteriyası, mezofil aerob və fakultativ anaerob mikroorqanizmi, dərman bitkisi nümunəsində ümumi aerob mikrobların sayı, stafilokok aureus, bağırsaq çöpü bakteriyası, kif, maya, kif və maya, bioloji aktiv qida maddəsi nümunəsində kalsium, magnezium, mis, xrom və manqan parametrləri üzrə həyata keçirilən sınaqlarda uğurlu nəticə əldə edib. Eyni zamanda, həmin laboratoriya “Bipea”nın keçirdiyi mineral gübrə nümunəsində ümumi fosfor, suda həll ola bilən fosfor, ümumi kalsium, suda həll ola bilən kalsium, nəmlik miqdarı, ümumi kükürd və sink parametrləri üzrə aparılan sınaqlarda uğurlu nəticəyə sahib olub.

Əldə edilən nailiyyətlər KTL-in beynəlxalq standartlara uyğunluğunu və yüksək səriştəliliyini təsdiqləyir. Eyni zamanda, laboratoriyanın texniki bacarıqlarını və etibarlılığını gücləndirir, beynəlxalq akkreditasiyadan keçmək imkanlarını artırır.

Qeyd edək ki, KTL bundan əvvəl də beynəlxalq səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib. Həmin laboratoriyada bioloji aktiv qida məhsullarının, qablaşdırma materiallarının, baytarlıq preparatlarının, yemlərin və aqrokimyəvi maddələrin mikrobioloji, toksikoloji və fiziki-kimyəvi analizləri aparılır. KTL AZS ISO/IEC 17025:2020 “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər" standartına əsasən Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiyadan keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2024 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri