Icma.az
close
up
RU
Bakı Rəqs Çempionatı 2026 uğurla baş tutdu FOTO

Bakı Rəqs Çempionatı 2026 uğurla baş tutdu FOTO

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mərdəkan Mədəniyyət Sarayında keçirilən Bakı Rəqs Çempionatı 2026 ölkənin müxtəlif bölgələrindən yüzlərlə iştirakçını bir araya gətirdi. Çempionat mövsümün ən diqqətçəkən mədəni tədbirlərindən biri olaraq world dances, show dance, müasir və milli rəqs istiqamətlərini eyni səhnədə birləşdirdi.

Səhər saatlarından etibarən səhnədə rəngarəng çıxışlar, yüksək enerji və peşəkar hazırlıq nümayiş olundu. Müxtəlif yaş kateqoriyalarında çıxış edən rəqqaslar öz ustalıqlarını, səhnə mədəniyyətini və orijinal xoreoqrafik quruluşlarını təqdim etdilər. Peşəkar münsiflər heyəti çıxışları beynəlxalq meyarlar əsasında qiymətləndirdi.

Təşkilatçılar qeyd etdilər ki, çempionatın əsas məqsədi rəqs sənətinin inkişafı, gənc istedadların dəstəklənməsi və rəqs kollektivləri arasında yaradıcılıq mübadiləsi üçün platforma yaratmaqdır. Yarışın sonunda qaliblər və laureatlar diplom və xüsusi mükafatlarla təltif olundular.

Tədbir zamanı təşkilatçıların nümayəndəsi, Aziz Azizov çıxış edərək belə qeyd etdi:

"Hər il iştirakçıların səviyyəsinin və gənclərin rəqs sənətinə marağının artdığını görürük. Bakı Rəqs Çempionatı yalnız yarış deyil, yeni istedadların üzə çıxdığı və rəqs mədəniyyətinin inkişaf etdiyi mühüm bir platformadır."

Çempionatın əsas mükafatlarından biri - qalibiyyət sayına görə (8 qələbə) təqdim olunan Qran-pri - Grasiya Dance Club və Ümid Rəqs kollektivlərinə təqdim olundu. Hər iki kollektiv yüksək nəticələrinə görə "Çempionlar Klubu"nda iştirak etmək hüququ qazandı.

Tədbirin sonunda təşkilatçılar növbəti görüşün artıq planlaşdırıldığını bildirərək iştirakçıları qarşıdan gələn Böyük Qafqaz Kuboku yarışmasına dəvət etdilər.

Böyük Qafqaz Kuboku 29 mart 2026-cı il tarixində keçiriləcək və registrasiya artıq açıqdır.

Yeni görüşlərədək - Böyük Qafqaz Kubokunda! 

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:290
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 27 Fevral 2026 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see329

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see326

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see319

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see287

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see282

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see277

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see273

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see267

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see263

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see255

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see242

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see232

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see232

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see229

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see223

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see221

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see218

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see214

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see211

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri