Icma.az
close
up
RU
Ilin ən möhtəşəm gözlənilən Bakı Rəqs Çempionatı keçiriləcək FOTO

Ilin ən möhtəşəm gözlənilən Bakı Rəqs Çempionatı keçiriləcək FOTO

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

22 fevral 2026-cı il tarixində Mərdəkan Mədəniyyət Sarayında ilin ən möhtəşəm və səbirsizliklə gözlənilən rəqs tədbirlərindən biri - Bakı Rəqs Çempionatı keçiriləcək.

Çempionat Azərbaycan Rəqs Assosiasiyası tərəfindən, Azərbaycan Gənclər İttifaqının təşkilati dəstəyi ilə təşkil olunur. Azərbaycan Rəqs Assosiasiyasının prezidenti Əziz Əzizovun qeyd etdiyi kimi, bu il çempionat tarixə düşəcək: ilk dəfə olaraq Bakı Çempionatı paytaxtın mərkəzində deyil, Abşeronun qəlbində - Mərdəkanda keçiriləcək.

- Mərdəkan Abşeronun mədəni və mənəvi ürəyidir, onun qüruru və tarixidir. Bakı Rəqs Çempionatının Abşeron qəsəbələrində keçirilməsi yeni bir ənənənin əsasını qoya bilər. Bu, rəqs sənətinin köklərlə, xalq mədəniyyəti və regionla bağlılığını vurğulayır, - deyə Əziz Əzizov bildirib.

Müsabiqə proqramı

Çempionatın proqramı rəqs sənətinin geniş üslub və istiqamətlərini əhatə edir.

Xalq və folklor istiqamətləri:

etnik folklor;

folklor stilizasiyası;

folklor-şou.

Etnik folklor çempionatın ən mürəkkəb və dəyərli istiqamətlərindən biridir. Bunlar 50 ildən artıq tarixə malik olan və ciddi kanonlara uyğun hazırlanmış səhnə nömrələridir. Bu istiqamətdə musiqi, geyim, hərəkətlər və rəqs quruluşu dəyişdirilə bilməz.

Folklor stilizasiyası - milli folklor, xalq rəqsləri, ənənəvi hərəkətlər və milli geyimlər əsasında hazırlanmış müəllif səhnə quruluşlarıdır.

Folklor-şou - şeirlərdən, mahnılardan, səhnə rekvizitlərindən, bayraqlardan və simvolik elementlərdən istifadə edilən teatrlaşdırılmış nömrələrdir. Bu istiqamətdə rəqs tam bir səhnə tamaşasına çevrilir.

Müasir və şou istiqamətləri:

akrobatik və gimnastik rəqs;

şou-dans;

street-dance;

hip-hop;

K-pop;

breyk-şou.

Dünya xalqlarının rəqsləri:

dünya xalqlarının rəqsləri;

Bollywood (müasir);

klassik hind rəqsləri.

Yaş və say kateqoriyaları

İştirakçılar aşağıdakı yaş kateqoriyalarında yarışacaqlar:

bebiklər - 7 yaşadək;

uşaqlar - 7-10 yaş;

yeniyetmələr - 10-15 yaş;

böyüklər - 16 yaş və yuxarı.

İştirakçı sayına görə kateqoriyalar:

solo;

duet;

trio;

kiçik qruplar (4-7 nəfər);

qruplar (8-12 nəfər);

ansambllar (13-20 nəfər);

böyük ansambllar (20 nəfərdən çox).

Çempionatın reytinq statusu

Bakı Rəqs Çempionatı 2026-cı ilin ikinci reytinq turniridir. İlk reytinq yarışı - "Kəpəz" Kuboku - Gəncədə uğurla keçirilmiş və "Xəmsə" kollektivi Çempionlar Kubokuna vəsiqə qazanmışdır.

Çempionlar Kuboku ilin yekun yarışıdır və bütün reytinq turnirlərinin qalibləri bu yarışda qarşılaşırlar. Bakını Çempionlar Kubokunda hansı kollektivin təmsil edəcəyi məhz Bakı Çempionatında bəlli olacaq.

Yüksək rəqabət və parlaq çıxışlar gözlənilən kollektivlər sırasında: "İnci" (Hövsan), "Grasiya Dance", "Grasiya Sport", "Yalkın", "Azad" milli rəqs ansamblı, eləcə də "Qaval", "Nur", "Kamerton", "Azəri", "Günay", "Turan", "Xarı Bülbül" və bir çox digər güclü kollektivlər yer alır.

Təşkilatçılar yüksək peşəkarlıq səviyyəsi, möhtəşəm səhnə nömrələri və liderlik uğrunda əsl mübarizə vəd edirlər.

Qalibin adı 22 fevral tarixində Mərdəkan Mədəniyyət Sarayında elan olunacaq.

Əlavə məlumat üçün təşkilatçılarla əlaqə saxlaya bilərsiniz:

+994 50 250 22 93 - müsabiqənin direktoru Natavan Zeynalova

Information support - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:437
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 04 Fevral 2026 21:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri