Icma.az
close
up
RU
Bakı sakinləri çətin durumda: Deputatdan ilginc təklif 24 saat işləsinlər

Bakı sakinləri çətin durumda: Deputatdan ilginc təklif 24 saat işləsinlər

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Milli Məclisin deputatı Razi Nurullayevin tıxaclarla bağlı paylaşımı diqqət çəkib. O bildirib ki,  yollarda təmir işlərinin daha da sürətlənməsinə və 24 saatlıq iş rejiminə keçilməsinə ehtiyac var.

Sitat: “Keçən payız Sumqayıt-Bakı yolunda sıxlıq Xırdalan qəbiristanlığı və ya koloji postun yanında başlayırdı. Bu il sentyabrda isə az qala Bakı Mühəndislik Universitetinin yanında başlayır. Ətrafda yaşayanlar üçün şəhərə gəlmək böyük problemdir. Binəqədi yolundan da keçmək mümkün deyil. İki aydır ki, yol qazılır, amma başa çatdırılmır. Bir kilometr yolu qazıb kanalizasiya borusu basdırmaq bu qədər çəkməlidirmi? Nəqliyyat və yol ilə bağlı işlər görülür, məncə işlərin daha da sürətlənməsi və 24 saatlıq iş rejiminə keçirilməsi lazımdır ki, layihələr daha tez bitsin. Düşünürəm ki, 10-15 sentyabrdan sonra daha ağır vəziyyətlə üz-üzə qalacağıq”.

Sözügedən təklif sosial şəbəkə istifadəçiləri arasında müzakirə obyektinə çevrilib.

24 saatlıq iş rejimi tıxacların aradan qaldırılması üçün effektiv ola bilərmi?

Globalinfo.az təklifin detalları ilə bağlı deputat Razi Nurullayevin fikirlərini öyrənib.

Millət vəkili bildirib ki, şəhərdə tıxac problemi hazırda kritik həddə çatıb:

“Artıq hər kəs bundan əziyyət çəkir. Vəzifəli-vəzifəsiz, imkanlı-kasıb fərqi yoxdur, hamı tıxaclarda qalmağa məcbur olur. Bu səbəbdən Prezident yol-nəqliyyat məsələləri ilə bağlı toplantı keçirərək ciddi tapşırıqlar verib və yeni layihələr təqdim olunub. Həmin layihələrin 2030-cu ilə qədər tamamlanması nəzərdə tutulur. Lakin mövcud vəziyyət göstərir ki, işlər yekunlaşana qədər sıxlığa dözmək getdikcə çətinləşəcək”.

Razi Nurullayev

Deputat qeyd edib ki, layihələrin daha sürətli icrası məqsədilə işlərin 24 saatlıq, iki-üç növbəli rejimdə aparılması faydalı olardı:

“Bu, vacib mərhələlərin daha qısa müddətdə həyata keçirilməsinə imkan verər. Əlbəttə, aidiyyəti qurumlar öz resurslarını və imkanlarını yaxşı bilirlər. Burada əsas şərtlərdən biri maliyyənin operativ ayrılmasıdır. Bu təmin olunsa, görülən işlərin daha sürətli nəticə verməsi mümkündur”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Sentyabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri