Icma.az
close
up
RU
Ukrayna çətin durumda...

Ukrayna çətin durumda...

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kiyevin müraciətlərinə baxmayaraq, NATO tələsmir

Rusiya-Ukrayna müharibəsində son vəziyyət rəsmi Kiyev üçün müsbət məcrada inkişaf etmir. Qərbin hərbi yardımına baxmayaraq, Rusiya orudusu Ukrayna ərazilərini ələ keçirməkdə davam edir. Belə bir şəraitdə Kiyevin ümidi NATO-ya üzv olmaqdır. Alyansın dünən Brüsseldəki mənzil-qərargahında keçirilən üzv ölkələrin xarici işlər nazirlərin görüşündə bu ölkənin üzvlüyünə baxılmayıb. Bu görüşün fonunda Ukrayna XİN 5 dekabr 1994-cü il tarixli Budapeşt memorandumunun imzalanmasının 30-cu ildönümü ilə bağlı bəyanat yayıb. Xatırladaq ki, həmin sənədə uyğun olaraq, Ukrayna beynəlxalq təhlükəsizlik zəmanəti müqabilində nüvə silahından imtina edib.

Təhlükəsizlik zəmanətinə əməl olunmur

Lakin indiki vəziyyətdə sənədə imza atan Qərb ölkələri Ukraynanın təhlükəsizliyini yetərincə qorumur. Ukrayna XİN-in sözügedən bəyanatı da Brüsseldə XİN başçılarının görüşü üçün mesaj hesab oluna bilər. Rəsmi Kiyevin mövqeyi belədir ki, Ukrayna artıq dəstəklənməyən zəmanətlərlə razılaşmayacaq. Onun uzunmüddətli təhlükəsizliyinin yeganə yolu NATO-ya qoşulmaqdır. Ukrayna XİN-in bəyanatında deyilir ki, ölkə alyansa üzvlüyü əvəz edən istənilən formatdan imtina edir.

Dekabrın 1-də Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski Avropa İttifaqı Şurasının rəhbəri Antonio Kosta və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə danışıqlar zamanı da eyni mövzunu müzakirə edib. Müzakirənin sonunda o, Brüsseldəki görüşdə Ukraynanın NATO-dan tələblərinin nədən ibarət olduğunu konkretləşdirib. Koşta ilə birgə keçirdiyi mətbuat konfransında Zelenski Ukraynanın NATO-ya sürətli şəkildə üzv olmaq ərizəsinin verilməsindən danışıb. O, bunun praktiki olaraq nə demək ola biləcəyini, neçə ildən və ya aydan sonra ölkənin alyansa qoşulmalı olduğunu və bunun üçün hansı islahatların aparılmasının vacibliyini açıqlamayıb. Zelenski yalnız onu açıqlayıb ki, dəvət 1991-ci il sərhədləri daxilində Ukraynaya aid edilməlidir, lakin NATO-nun təhlükəsizlik zəmanətləri yalnız rəsmi Kiyevin nəzarətində olan ərazilərə şamil edilə bilər. Alyansın təcrübəsində əvvəllər belə bir şey olmayıb. Heç bir ölkə təşkilata hissə-hissə daxil olmayıb.

NATO Ukraynanı üzv qəbul etməyə hazırlaşmır

Lakin görünən odur ki, NATO Ukraynanı üzv qəbul etməyə hazırlaşmır. Rusiya ilə müharibədən əvvəl və müharibə dövründə bu barədə Qərb dövlətləri tərəfindən dəfələrlə vəd verilsə də, yerinə yetirilmir. Bugünlərdə Avropanın “Politico” nəşri də adı açıqlanmayan dörd ABŞ və NATO rəsmisinə istinadən məlumat yayıb ki, alyansın bir sıra üzvləri, o cümlədən ABŞ və Almaniya Ukrayna prezidenti Volodimir Zelenskinin müraciətlərinə müsbət cavab verməyə və Rusiya ilə birbaşa münaqişədən çəkinərək Kiyevi dərhal alyansa dəvət etməyə hazır deyil.

Əvəzində alyans Ukraynaya hərbi yardımın artırılmasından bəhs edir. Belə ki, Brüsseldə XİN başçılarının toplantısı çərçivəsində NATO-nun Baş katibi Mark Rutte ABŞ dövlət katibi Antoni Blinkenlə görüşü zamanı deyib ki,  Ukraynaya daha çox hərbi yardım göstərilməsi üçün əlimizdən gələn hər şeyi etməliyik. O qeyd edib ki, bu gün əsas diqqət yetirilməli məsələlərdən biri Ukraynadakı vəziyyətlə bağlıdır: “Biz bilirik ki, döyüş meydanında vəziyyət ağırdır və Ukraynaya daha çox hərbi yardım göstərilməsi üçün əlimizdən gələni etməliyik. Mən ABŞ-a, həmçinin İsveç, Böyük Britaniya, Estoniya, Norveç və Almaniyaya son bir neçə gündə Ukraynaya əlavə hərbi yardım göndərildiyini elan etdiklərinə görə təşəkkür etmək istəyirəm. Bu, xüsusilə qışın gəldiyi və Ukraynanın enerji infrastrukturu ilə bağlı vəziyyətin məlum olduğu bir vaxtda olduqca vacib addım idi”.

Ukraynalılar Zelenskini diktator adlandırır?

Yeri gəlmişkən, müharibənin uzun müddət davam etməsi və döyüş bölgəsində uğursuzluq Ukrayna əhalisini də yormaqdadır. Buna görə də, ölkə vətəndaşları arasında müharibənin dayandırılmasını istəyənlərin sayı artır. Bu yaxınlarda keçirilmiş rəy sorğusunda iştirakçıların 60 faizinin atəşkəs imzalanmasını dəstəkləməsi də bunu təsdiqləyir. Digər tərəfdən, Ukraynanın televiziya kanallarının birində jurnalist Diana Pançenkanın V.Zelenskini “diktator” adlandırması da ölkədə müharibə yorğunluğunun göstəricisidir.

Gələn il yanvarın 20-dən sonra Donald Trampın ABŞ-də prezident kimi səlahiyyətlərinin icrasına başlaması Rusiya-Ukrayna müharibəsində yeni vəziyyət yarada bilər. Əgər Tramp vədinə əməl etsə, tezliklə müharibə dayanmalıdır.

Nardar BAYRAMLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Dekabr 2024 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri