Bakı sakinləri mağazalarda 1 252, rayonlarda yaşayanlar isə 268 manat xərcləyirlər?
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu ilin yanvar-avqust aylarında Bakı şəhərində pərakəndə ticarət dövriyyəsinin həcmi 23 milyard 554,6 milyon manat olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatları üçün 12 milyard 955,8 milyon manat, qeyri-ərzaq malları üçün isə 10 milyard 598,8 milyon manat xərclənib.
Məlumat üçün bildirək ki, Bakı şəhərində pərakəndə ticarət dövriyyəsinin həcmi ölkə üzrə qeydə alınan ümumi göstəricinin 58,3%-ni təşkil edib. Belə ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi 40,4 milyard manat olub.
Onu da qeyd edək ki, bu ilin əvvəlinə olan rəsmi məlumatlarda Azərbaycan əhalisinin 10 milyon 224,9 min nəfər olduğu bildirilir və onların 23%-nin və ya 2 milyon 351,3 min nəfərinin Bakıda yaşadığı göstərilir.
Rəsmi açıqlamalardan belə görünür ki, Bakı şəhərində adambaşına düşən aylıq pərakəndə ticarət dövriyyəsi 1 252 manat, digər regionlarda isə 268 manat olub.
Xatırladaq ki, iki göstərici arasında 5 dəfəyə yaxın fərqin olmasını əksər ekspertlər Bakı şəhərində əhalinin sayının rəsmi statistikada düzgün göstərilməməsi ilə əlaqələndirirlər.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Bakı sakinləri ən çox nəyə pul xərcləyirlər?
28 May 2025 17:50
1 nəfər mağazalarda ayda 474 manat xərcləyir STATİSTİKA KOMİTƏSİ
16 Noyabr 2024 13:53
Naxçıvan sakinləri pullarını ən çox nəyə xərcləyirlər?
18 Noyabr 2024 15:42
Bakı Metropoliteni 1 milyon manat xərcləyəcək
12 İyun 2025 11:26
Qeyriiş günlərində 252 yanğın olub
06 Yanvar 2025 10:18
Baxış sayı:112
Bu xəbər 24 Sentyabr 2025 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















