Icma.az
close
up
RU
Bu fermerlərə 22 268 manat sığorta ödənilib

Bu fermerlərə 22 268 manat sığorta ödənilib

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Azərbaycanda dövlət aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı artmaqdadır. Ölkə üzrə Aqrar Sığorta Fondunun fermerlərə ödənişləri 20 milyon manatı keçib və bu məbləğ hər gün artmaqdadır.

"Unikal" xəbər verir ki, Aqrar Sığorta Fondu tərəfindən Zaqatala və Qax rayonlarından olan fermerlərə növbəti sığorta ödənişi edilib. Zaqatala və Qax rayonlarında aqrar sığorta ödənişləri arpa sahələri və fındıq bağlarını əhatə edir. Bu ərazilərdəki dolu hadisəsi və vəhşi heyvanların hücumları nəticəsində baş verən zərərlər üzrə 22 268 manat sığorta ödənişi həyata keçirilib. Ödəniş qeyd olunan hadisələr üzrə təsərrüfatlarına zərər dəymiş Qax rayonunun Turaclı və Güllük kəndlərinin, eləcə də Zaqatalanın Ələsgər kəndinin sakinlərinə verilib.

8,4 hektar arpa sahəsini 254 manat ödəməklə sığorta edən Qax sakini doludan dəymiş zərərə görə Aqrar Sığorta Fondundan 8 808 manat ödəniş alıb.

2 hektar arpa sahəsini sığortalamaq üçün 61 manat sığorta haqqı ödəyən fermer 1 565 manat, 2,4 hektar arpa sahəsini 73 manata sığorta edən fermer isə doludan dəymiş zərər üzrə 1 868 manat sığorta ödənişi alıb.

Fındıq bağının sahibi 5,6 hektar bağı sığorta etmək üçün 1 194 manat sığorta haqqı ödəyib, doludan baş verən zərərlər üzrə isə ona 8 737 manat sığorta ödənişi edilib.

Fermerlərə ödənişləri təqdim edən Aqrar Sığorta Fondunun filial rəhbəri Toğrul Həşimzadə bildirib ki, qeyri-sabit iqlimə malik olan Şəki-Zaqatala zonasında aqrar sığorta xüsusilə vacibdir. İndiyədək bu regionda müxtəlif hadisələrdən dəyən zərərlər üzrə 2,5 milyon manat sığorta ödənişi verilib.

0,7 hektar fındıq bağını sığorta etmək üçün ümumilikdə 70 manat sığorta haqqı ödəyən Zaqatala sakini, vəhşi heyvan hücumu nəticəsində bağa dəyən zərərə görə 1 290 manat sığorta ödənişi alıb.

Aqrar sığorta mexanizmi ümumilikdə 41 bitkini çoxsaylı risklərdən qoruyur. Bura taxıl, tarla, bostan və tərəvəz bitkiləri, meyvə bağları, texniki bitkilər və sair aiddir. Aqrar sığorta haqqının yarısı dövlət tərəfindən ödənilir, nəticədə cüzi məbləğ ödəməklə əkin sahələrini sığortalamaq mümkündür.

Aqrar sığortanın əhatə etdiyi məhsulların sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində “Bitkiçilik məhsulları” bölməsində ətraflı tanış olmaq, sığorta haqqını isə “Bitkiçilik kalkulyatoru” vasitəsilə hesablamaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://unikal.az
archiveBu xəbər 23 Dekabr 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri