Icma.az
close
up
RU
Bakı sakinlərinin əsəb mənbəyi: Tıxaclardan həmişəlik yaxa qurtarmaq mümkündür?

Bakı sakinlərinin əsəb mənbəyi: Tıxaclardan həmişəlik yaxa qurtarmaq mümkündür?

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan COP29 kimi beynəlxalq əhəmiyyətə malik tədbirə ev sahibliyini üzüağ yekunlaşdırdı. Həmin dövrdə şəhərdə uzunmüddətli tıxaclara rast gəlinmədi. Hətta bunu ölkəmizə gələn xarici qonaqlar da dilə gətirdilər.

Avtosfer.az xəbər verir ki, beynəlxalq konfrans dövründə paytaxtda müşahidə olunan tıxacsız mənzərə əhali tərəfindən tədbirdən sonrakı dövr üçün də arzuolunandır. Vətəndaşlar tədbir başa çatdıqdan sonra tədbirdən əvvəlki dövrdə olduğu kimi, paytaxtın şimal girişi, eləcə də Mikayıl Useynov, Heydər Əliyev,  8 Noyabr prospektlərində, həmçinin son günlər Ukrayna dairəsində turbo tipli dairəvi hərəkət sxeminin təşkili ilə əlaqədar təmir işlərinin yaratdığı tıxacların artıq aradan qaldırılmasının labüdlüyünü vurğulayır.

Bəs Bakıdakı nəqliyyat sıxlığının qarşısını almaq üçün nə etmək lazımdır? Ümumiyyətlə, şəhərdəki tıxaclardan həmişəlik yaxa qurtara bilərikmi?

Mövzu ilə əlaqədar nəqliyyat eksperti Elməddin Muradlı müsahibəsində bildirib ki, tıxacla mübarizənin bir çox üsulları var:

“İlk növbədə ictimai nəqliyyatı inkişaf etdirmək, insanlar üçün əlçatan hala gətirmək lazımdır. Yəni avtobusların sayı, marşrutun intervalı qaydasında olmalıdır. Eynisi qatarlara da aiddir, qatarların vəziyyəti, onların intervalı əlverişli olmalıdır. Yayda insanlar istidən əziyyət çəkməməlidir, qatarlarda normal havalandırma sistemi olmalıdır. Qışda qatarlar normasında isdilməlidir. Bütün bunlar təmin olunduğu halda, vətəndaşlar fərdi avtomobillərindən imtina edib ictimai nəqliyyatdan istifadə edəcəklər. Amma bu gün müşahidə edilən odur ki, ictimai nəqliyyat şaxələnməyib. Metro stansiyaların sayı arzuolunan qədər deyil. Məsələn, Bakının indiki vəziyyəti 60 metro stansiyası tələb edir, lakin hələ 27 stansiyamız var və bu heç də ayxşı gğöstərici deyil. Ümumilikdə bu məsələlərin həlli mümkün olarsa, biz tıxacdan xilas ola biləcəyik. Üstəlik, nəzərə almaq lazımdır ki, COP29 beynəlxalq konfransı, eləcə də başqa dövrlərdə də biz ortaya yaxşı nəticə qoymağı bacardığımızın şahidi olmuşuq. Doğrudur, konfrans baş tutan vaxt təhsil müəssisələri bağlı idi, iş yerlərində müəyyən məhdudiyyətlər tətbiq edilmişdi, yəni işçilərin bir hissəsi evdən işləyirdilər. Buna görə də tədbir çox rahat və təhlükəsiz şəkildə keçdi”.

Ekspert həmçinin  vurğulayıb ki, iş yerlərinin, orta və ali təhsil müəssisələrinin şəhər mərkəzində yerləşməsi nəqliyyatda da fəasdlar yaradır:

“Bunun da həlli ondadır ki, ya iş saatları dəyişdirilməlidir, ya da daha böyük addımlar atılmalıdır. Məsələn, böyük müəssisələr şəhər kənarına çıxarılmalıdır. Əgər bu qərar verilərsə, şəhər kənarını ictimai nəqliyyatla da təmin etmək gərəkəcək. Yeni alternativ yolların çəkilməyinə də ehtiyac var. Onu da qeyd edim ki, Bakının Baş planında 2040-cı ilədək qarşıya hədəflər qoyulub. Bu hədəflərə planda yazıldığı kimi, yaxud da orada yazılanlardan əlavə proseslər də nəzərə alınacaq şəkildə nail olunacaqsa, o zaman vəziyyətimiz yaxşı olacaq. Yeni körpülər, tunellər və yollar çəkiləcək. Metro stansiyalarının sayı 47-yə çatdırılacaq, eləcə də avtobus xətti və tramvayların bərpası nəzərdə tutulub ki, bu da özlüyündə tıxacın aradan qalxmasına gətirib çıxaracaq”.

Elməddin Muradlı sonda onu deyib ki, bütün qeyd edilənlərin doğru icra edilməsi cəmiyyətin ən böyük gözləntilərindən birinə çevrilib.

Səfər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 29 Noyabr 2024 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri