Icma.az
close
up
RU
Bakı tıxaclardan nə zaman xilas olacaq? AÇIQLAMA

Bakı tıxaclardan nə zaman xilas olacaq? AÇIQLAMA

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Qarşıdan növbəti tədris ili gəlir və bu baxımdan Bakıda tıxacların artacağı qaçılmazdır.

Avtosfer.az-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, növbəti tədris ilinin başlaması ilə əlaqədar şəhərdə nəqliyyatın hərəkətində müəyyən çətinliklər gözlənilir.
Onun sözlərinə görə, aidiyyəti qurumlar tərəfindən verilən açıqlamalara əsasən şəhər tam hazır vəziyyətdədirlər, vəziyyət koordinasiya olunur, dərhal operativ qərarlar qəbul edilir:
“Eyni zamanda yeni avtobusların xəttə buraxılması gözlənilir. Hazırda sərnişinlərə 2300 avtobus xidmət göstərir, sentyabr-oktyabr aylarında onların sayının 2500-ə çatdırılması nəzərdə tutulur. Ümumilikdə Bakı şəhəri üçün 2800 avtobusun olması arzulanandır, yəni bu, müəyyən bir effekt, nəticə verə bilər. Digər tərəfdən, yol polisinin üzərinə də böyük iş düşür. Yəni ən ağır yük onların çiyinindədir. Çünki yollarda hərəkəti tənzimləmək ancaq onların işidir. Bu baxımdan hesab edirəm ki, qurumlar əlaqəli şəkildə iş qursalar, müsbət nəticə əldə etmək mümkündür. Amma vaxtında qərar qəbul etmək, operativ reaksiya vermək lazımdır”.
Ekspert qeyd edib ki, dərs və iş saatlarının dəyişdirilməsi məsələsi hələ də həllini tapmayıb: “Formula 1 ilə bağlı bəzi məktəblərin onlayn dərs rejiminə keçəcəyi barədə artıq rəsmi məlumat yayıldı. Bu da müəyyən bir müsbət təsir göstərəcək, yəni həmin məktəblərə, nəqliyyat axını, insan axını olmayacaq”.
Mütəxəssis dövlət qurumları arasında aparılan koordinasiyalı işləri təqdir edib və hesab edir ki, bunlar da problemin həllinə müsbət təsir göstərəcək: “Sadəcə davamlı həllər tapmaq lazımdır ki, ümumiyyətlə bu sıxlığın, tıxacın qarşısı Bakı şəhəri üçün birdəfəlik alınsın. Bunun üçün də sadəcə olaraq Bakı şəhərinin Baş Planında nəzərdə tutulan işlər görülməlidir. Cənab Prezident tərəfindən təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası sürətli şəkildə həyata keçirilməlidir. Təbii ki, maliyyə imkanları yaxşı olduqca bu işlər görülür və kifayət qədər də vəsait ayrılır. Sistemli şəkildə, gələcəyə hesablanmış layihələr Bakını bu problemdən xilas edə bilər. Böyük şəhərlər bu problemləri keçiblər, keçənlər hələ də var. Dünyanın inkişaf etmiş bir çox ölkələri mərhələli şəkildə həll yolunu tapıblar. Azərbaycan da bu təcrübə üzrə hərəkət edir və düşünürəm ki, yaxşı nəticə əldə edə biləcəyik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 07 Sentyabr 2026 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see339

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see337

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see333

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see273

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see268

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see265

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see263

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see259

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see258

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see244

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see213

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see208

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri