Icma.az
close
up
RU
Bakı şəhərində “Erkən Nikaha Qarşı Sosial Platforma” adlı təlim keçirildi FOTOLAR

Bakı şəhərində “Erkən Nikaha Qarşı Sosial Platforma” adlı təlim keçirildi FOTOLAR

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İyun ayının 21-də Bakı şəhərində “Erkən Nikaha Qarşı Sosial Platforma” adlı maarifləndirici təlim keçirildi. Tədbirin əsas məqsədi erkən nikah probleminin ictimai müzakirəyə çıxarılması, bu sahədə atılması zəruri olan addımların vurğulanması və gənclər, valideynlər, eləcə də icma üzvlərinin məlumatlandırılması idi.

"Cebheinfo.az" xəbər verir ki, təlimin ilk günü çıxış edən təlimçi Şəlalə Ağayeva layihənin məqsədləri barədə danışaraq erkən nikahın yaratdığı sosial və psixoloji fəsadlara diqqət çəkdi. O bildirdi ki, bu problemin aradan qaldırılması üçün müxtəlif istiqamətlərdə kompleks tədbirlər həyata keçirilməlidir. O, xüsusilə aşağıdakı məqamları vurğuladı:

Maarifləndirmə işləri genişləndirilməlidir – Valideynlər, yeniyetmələr və icma üzvləri arasında məlumatlandırıcı görüşlər və seminarlar təşkil olunmalıdır. Təhsil imkanları artırılmalıdır – Qızların təhsildə davamlılığını təmin etmək üçün təşviqedici mexanizmlər hazırlanmalı və dəstəklənməlidir. Hüquqi nəzarət gücləndirilməlidir – Erkən və qanunsuz nikahların qarşısını almaq üçün hüquqi mexanizmlər sərtləşdirilməli və effektiv şəkildə tətbiq olunmalıdır. Psixoloji və sosial dəstək sistemləri qurulmalıdır – Risk qrupuna daxil olan uşaqlar və ailələrlə sosial işçilər yaxından işləməlidirlər. Müsbət rol modelləri tanıdılmalıdır – Təhsil alaraq müstəqil həyata qədəm qoymuş qadınların uğur hekayələri gənclərlə paylaşılaraq onlara motivasiya verilməlidir.

Təlimçi həmçinin real həyatda rastlaşdığı erkən nikah hadisələrindən konkret nümunələr təqdim edərək məsələyə daha praktik və emosional yanaşmanı iştirakçılarla bölüşdü.

Layihənin rəhbəri Könül Qasımova da çıxışında erkən nikah qurbanlarının reabilitasiyası və onların cəmiyyətə inteqrasiyası istiqamətində təşkilat olaraq apardıqları işlərdən danışdı. O qeyd etdi ki, sosial müəssisə rəhbəri kimi bu sahədə hər gün birbaşa təmasda olduğu insanlarla çalışaraq onların həyatlarını müsbət yöndə dəyişdirmək üçün ciddi səylər göstərirlər.

Könül xanım 14 yaşında erkən nikaha məcbur edilən bir gənc qızın hazırda “Sevgi Evi” adlı reabilitasiya mərkəzində qalaraq öz ayaqları üzərində durduğunu və cəmiyyətə uğurla uyğunlaşdığını qeyd etdi. O, çıxışında bildirdi:
“Belə təlimlərin ən təsirli tərəfi odur ki, mövzunu birbaşa yaşamış insanların dilindən eşidirsən. Bu, dinləyicilərə daha dərin təsir bağışlayır.”

Tədbirin sonunda iştirakçılar öz təəssüratlarını bölüşərək erkən nikahla mübarizədə bu cür maarifləndirici tədbirlərin davamlı olaraq həyata keçirilməsinin vacibliyini vurğuladılar.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Könüldə Nur” Kimsəsizlərin və Xüsusi Qayğıya Ehtiyacı Olanların Sosial İnkişafına Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilir.

"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 İyun 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri