Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

“Erkən Nikaha Qarşı Sosial Platforma” layihəsi Şəkidə tələbələrlə görüş formatında keçirildi FOTOLAR

“Erkən Nikaha Qarşı Sosial Platforma” layihəsi Şəkidə tələbələrlə görüş formatında keçirildi FOTOLAR

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Könüldə Nur” Kimsəsizlərin və Xüsusi Qayğıya Ehtiyacı Olanların Sosial İnkişafına Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Erkən Nikaha Qarşı Sosial Platforma” adlı layihə çərçivəsində 10 iyun 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında maarifləndirici tədbir təşkil olunub. Tədbirdə universitetin tələbələri, müəllim heyəti və bir sıra yerli ictimai fəallar iştirak ediblər.

"Cebheinfo.az" xəbər verir ki, tədbiri “Könüldə Nur” İctimai Birliyinin sədri Könül Qasımova açaraq layihənin məqsədləri, hədəf auditoriyası və həyata keçiriləcək fəaliyyətlər barədə ətraflı məlumat verib. O, erkən nikah probleminin cəmiyyətin inkişafına ciddi mənfi təsir göstərdiyini qeyd edərək, bu problemin qarşısının alınmasında maarifləndirmə işinin və ictimai dəstəyin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, layihənin əsas məqsədi müxtəlif bölgələrdə gənclərlə birbaşa ünsiyyət quraraq onların erkən nikaha dair bilik və baxışlarını formalaşdırmaqdır.

Daha sonra çıxış edən layihənin təlimçisi, psixoloq və sosial məsələlər üzrə mütəxəssis Şəlalə Ağayeva erkən nikahın yaratdığı sosial, psixoloji və hüquqi fəsadlar barədə geniş təqdimatla çıxış edib. O bildirib ki, 18 yaşına çatmamış yeniyetmələrin ailə qurması onların psixoloji inkişafı və sosial adaptasiyası üçün ciddi maneələr yaradır. Yeniyetmələr həyat təcrübəsi və hüquqi şüuru tam formalaşmadan ailə-məişət məsuliyyətləri ilə üz-üzə qalır, bu da onların müxtəlif sosial və psixoloji risklərə məruz qalmasına səbəb olur.

Təlimçi qeyd edib ki, erkən nikahlar çox zaman ailə təzyiqi, cəmiyyətin mənfi stereotipləri və bəzən də açıq zorakılıq nəticəsində baş verir. Bu isə xüsusilə qızların təhsildən uzaq düşməsinə, inkişaf imkanlarını itirməsinə və gələcək arzularının yarımçıq qalmasına səbəb olur. Nəticədə, bu gənclər hüquqlarını tanıyan və reallaşdıran fəal vətəndaş kimi cəmiyyətdə yer tuta bilmirlər. Tədbir çərçivəsində real həyat nümunələri, statistik məlumatlar və iştirakçıların marağına səbəb olan interaktiv müzakirələr aparılıb.

Tədbirin sonunda Könül Qasımova bu sahədə rastlaşdığı konkret faktlar və həyat hekayələri ilə iştirakçıları məlumatlandırıb. O, erkən nikah probleminin aradan qaldırılmasında valideynlərin, təhsil müəssisələrinin və cəmiyyətin bütün təbəqələrinin birgə səylərinin vacibliyini vurğulayıb. Bildirib ki, hər kəsin üzərinə düşən məsuliyyəti dərk etməsi bu zərərli tendensiyanın qarşısının alınmasında mühüm rol oynayacaq.

Görüş zamanı iştirakçılar erkən nikahla bağlı suallarını təlimçiyə və təşkilatçılara ünvanlayıb, fikir və təkliflərini bölüşüblər. Tədbir açıq və səmimi müzakirə şəraitində keçib, tələbələrin mövzuya olan marağı və fəallığı ilə yadda qalıb.

Tədbir çərçivəsində iştirakçılarla foto və video çəkilişlər aparılıb, bu da layihənin sənədləşdirilməsi və ictimaiyyətə təqdim olunması məqsədinə xidmət edib.

Layihə çərçivəsində bu cür maarifləndirici görüşlərin ölkənin digər bölgələrində də keçirilməsi nəzərdə tutulur. Məqsəd – gənclər arasında erkən nikahın fəsadları barədə məlumatlılığı artırmaq, onların hüquqlarını tanımalarına və seçim imkanlarını dəyərləndirmələrinə dəstək olmaqdır.

"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 İyul 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see273

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see252

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see250

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see248

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see215

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see199

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see182

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see179

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see168

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see167

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see167

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see166

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see162

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see157

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see153

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see140

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see140

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see138

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri