Icma.az
close
up
RU
Bakı Tbilisi münasibətlərinin yeni mərhələsi: Avrasiya coğrafiyasına nə vəd edir...

Bakı Tbilisi münasibətlərinin yeni mərhələsi: Avrasiya coğrafiyasına nə vəd edir...

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycan və Gürcüstan əlaqələri tarixi, mədəni və iqtisadi bağlara əsaslanır və strateji tərəfdaşlıq çərçivəsində   dinamik inkişaf etməkdədir. İki ölkə arasındakı münasibətlərin dinamik inkişafı nəticəsində Cənubi Qafqaz bölgəsi Avrasiya coğrafiyasının strateji əhəmiyyətli regionuna çevrilib”.

Bunu Ölkə.Az-a açıqlamasında Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana səfərinin əhəmiyyətini şərh edərkən deyib.

Komitə sədrinin sözlərinə görə, ikitərəfli strateji tərəfdaşlıq münasibətləri çərçivəsində əlaqələrin dinamik inkişafı nəticəsində yerləşdiyimiz region qərblə şərq, şimalla cənub, Xəzər dənizi ilə Qara dəniz arasında sıx əməkdaşlıq körpüsü rolunu oynamaqla yanaşı, bütövlükdə Avrasiya coğrafiyasında dayanıqlı sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməkdədir. “Odur ki, bu münasibətlərin daha da dərinləşməsi və əməkdaşlığın genişlənməsi  təkcə iki ölkənin deyil, daha geniş coğrafiyanın maraqlarına uyğundur. Ona görə də bu əməkdaşlıq modeli digər region ölkələri üçün də nümunə ola bilər”, - o qeyd edib.

Deputat əlavə edib ki, iki ölkə arasındakı münasibətlər yeni bir mərhələyə qədəm qoyub: “Artıq ölkə rəhbərlərinin ilk rəsmi xarici səfərləri Azərbaycana edilir. Bu barədə cənab Prezident İlham Əliyev ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumda da Azərbaycan Gürcüstan münasibətlərinin əhəmiyyətinə toxunaraq qeyd edib ki, bu əlaqələr bizim üçün strateji əhəmiyyətə malikdir. “Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı anlaşma, dostluq və tərəfdaşlıq yüksək səviyyədə olduğundan biz Cənubi Qafqaz regionunu strateji əhəmiyyətli bölgəyə çevirə bildik. Xəzər dənizi və Qara dəniz arasında yerləşdiyimizdən biz müxtəlif region və qitələr ilə təmasda olmaq üçün bir növ keçid rolunu oynayırıq. Əminəm ki, perspektivlər cari vəziyyət qədər parlaq olacaqdır.
İki ölkə arasında sıx tərəfdaşlıq və dostluq münasibətlərinin bariz nümunəsi kimi Gürcüstanın Baş nazirinin ölkəmizə səfərini qeyd edə bilərəm. Bu, onun seçkilərdən sonra ilk xarici səfəri idi. Adətən seçkilərdən sonra ilk xarici səfərin rəmzi mənası var. Beləliklə, ilk səfər Azərbaycana edildi və tezliklə seçkilərdən sonra Gürcüstan Prezidenti də ilk xarici səfərini Azərbaycana edəcək. Bu iki fakt münasibətlərimizin, bizim qarşılıqlı sadiqliyimizin və dostluğumuzun aydın göstəricisidir”, - deyən Prezident İlham Əliyev bununla iki ölkə arasındakı münasibətlərin yeni  mərhələyə qədəm qoymasının əhəmiyyəti barədə beynəlxalq aləmə mesaj vermiş oldu.

Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olması daha geniş coğrafiya üçün vacibdir. Bu iktərəfli əməkdaşlıq Avropanın enerji təhlükəsizlik arxitekturasının daha etibarlı şəkildə təmin olunmasında mühüm rol oynamaqdadır. Bunu Azərbaycan Prezidenti gürcüstanlı həmkarı ilə görüşdə də dilə gətirərək bəyan etdi ki, bu gün əgər biz Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. “Hazırda Gürcüstan daxil olmaqla, Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir”, - Prezident İlham Əliyev qeyd edib.

Biz buraya “yaşıl enerji” gündəliyini də əlavə etsək, o zaman mənzərə tammailə fərqli olacaq. 

Digər tərəfdən Azərbaycanla Gürcüstan həyata keçirdiyi məqsədyönlü nəqliyyat-kommunikasiya layihələri nəticəsində Qərblə Şərq arasında vazkeçilməz bir nəqliyyat dəhlizi rolunu oynamaqdadır. Məhz bunun nəticəsidir ki, Azərbaycan və  Gürcüstan Orta Dəhlizin arteriya damarı rolunu oynamaqdadır. Orta Dəhlizin əhəmiyyəti isə hər ötən gün artmaqdadır. Orta Dəhlizin çoxfunksiyalı olması istiqamətində həyata keçirilən layihələr ölkələrimizin yeni dünya düzəninin formalaşmasındakı əhəmiyyətini daha da artıracaq. Bütün bunları nəzərə alaraq qeyd etmək olar ki, Azərbaycanla Gürcüstan arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyması ikitərəfli əlaqələrin daha da dərinləşərək müttəfiqlik səviyyəsinə qalxması ilə yanaşı, bütövlükdə Avrasiya və Afrika kimi daha böyük coğrafiyada əməkdaşlıq formatlarının yaranmasına xidmət edir. Bu da öz növbəsində ölkələrimizin müasir beynəlxalq münasibətlər sistemindəki rolunun artmasına və ciddi oyunçu qismində çıxış etməsinə öz töhfəsini verir və verəcək. Bu əlaqələr inkişafı yekunda Cənubi Qafqazda dayanıqlı sülhə, sabitliyə, təhlükəsizliyə və sıx interqasiya olunmuş əməkdaşlıq formatının yaranmasına gətirib çıxaracaq”. 

Mürtəza
Ölkə.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://olke.az
archiveBu xəbər 16 Aprel 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see257

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see222

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see204

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see185

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see156

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see143

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see142

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see138

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see138

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri