Icma.az
close
up
RU
Menu

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

General mayor rütbəsi alan hərbçilər kimdir?

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

Bu rayona yeni polis rəisi təyin edildi

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Liqa 1: Marsel darmadağına sevindi

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

Bakı təhlükəsizlik məkanına çevrilir: “Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir”

Bakı təhlükəsizlik məkanına çevrilir: “Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir”

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və 90-a yaxın ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə “Terror aktları və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının birgə fəaliyyəti” mövzusunda III Bakı Təhlükəsizlik Forumu Azərbaycanda baş tutan növbəti önəmli tədbirlərdən biridir. “Xalq Cəbhəsi” sözügedən tədbirin əhəmiyyətini millət vəkilləri və politoloqlarla müzakirə edib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə vurğulayıb ki, Bakı Təhlükəsizlik Forumunun keçirilməsi Bakının təhlükəsizlik məkanına çevrildiyini, Azərbaycan və Bakı nümunəsinin dünya üçün çox əhəmiyyətli olduğunun bir daha göstəricisidir: “Hətta bizimlə diplomatik münasibətləri olmayan Ermənistanın xüsusi xidmət orqanının rəhbərinin bu tədbirdə iştirakı Bakının beynəlxalq təhlükəsizlik mühitinin formalaşmasına verdiyi qiymət hesab edilə bilər. Forumda qəbul edilmiş qərarların təhlükəsizlik mühitinin formalaşmasında böyük rol oynacayağını düşünürəm”.

Qarşılıqlı etimad və əməkdaşlıq məkanı

Milli Məclisin deputatı Azər Badamov Bakı Təhlükəsizlik Forumunun keçirilməsinin ənənəvi hal aldığını bildirərək əlavə edib ki, bu il artıq III Forumun keçilməsi yeni bir qlobal təhlükəsizlik platformasının yaranması və bu platformanın beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi deməkdir: “Müxtəlif ölkələrin xüsusi xidmət orqanı rəhbərlərinin və təhlükəsizlik məsələləri üzrə ekspertlərin ümumi təhdidlərlə mübarizə məqsədilə hər il Bakıda toplaşması Forumun qarşılıqlı etimad və əməkdaşlıq məkanı olmasının bariz nümunəsidir”.

Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Forum iştirakçılarına müraciət göndərərək Azərbaycanın qlobal sülh və təhlükəsizlik arxitekturasına verdiyi töhfələr haqqında fikirləri bildirdi: “Dövlət başçımız Bakı Təhlükəsizlik Forumunun qlobal və regional təhlükəsizliyin ən aktual məsələləri barədə açıq və konstruktiv fikir mübadiləsinin aparılması üçün faydalı platformaya çevrildiyini qeyd etdi. Dövlət başçımız müraciətdə Azərbaycanın regionda sülh və sabitliyin təmin edilməsi istiqamətində atdığı konstruktiv addımlarını forum iştirakçılarının diqqətinə çatdırır. Belə ki, qarşıya qoyduğumuz əsas hədəflərdən biri regionda qarşılıqlı inama, təhlükəsizliyə və praqmatizmə əsaslanan yeni əməkdaşlıq formatının qurulması olduğunu bildirir”.

“Bakının təşəbbüslərinin dəstəklənməsi...”

A.Badamovun sözlərinə görə, dövlət başçısı 8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanmış sazişləri çox yüksək dəyərləndirərək bunun ancaq Azərbaycan və Ermənistan arasında sülhün yaranmasına yox, həm də Cənubi Qafqazda əmin-amanlığın tam təmin olunmasına eləcə də Mərkəzi Asiya, Yaxın Şərq və Avropa üçün yeni əməkdaşlıq imkanları yaradacağını qeyd etdi: “Təbii ki, Azərbaycanın sülh gündəliyi heç bir ölkənin maraqlarına qarşı deyil. Bu ancaq böyük bir coğrafiya arasında yeni əməkdaşlıq imkanları yaradır. Azərbaycan Bakı Təhlükəsizlik Forumunun təsisatlanması və daha da genişlənməsinə təşəbbüslə çıxış edir. Forum iştirakçılarının Bakının təşəbbüslərini dəstəkləməsi verdiyimiz töhfələrin müsbət qarşılanması deməkdir. Biz qlobal sülhün və təhlükəsizliyin möhkəmlənməsi üçün təşəbbüslərlə çıxış edən çox az ölkələrdənik. Bu, bizim uzun illər formalaşdırdığımız sülh arxitekturasının düzgün olduğunu bir daha təsdiq edir”.

Konseptual baxış

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova qeyd edib ki, istənilən sahənin öyrənilməsinin səbəb-məqsədi olduğu qədər, başlanğıc nöqtəsi də var: “Təhlükəsizlik sahəsinin öyrənilməsi silahlı münaqişələrin nəticələrini aradan qaldırmaq və ya minimallaşdırmaq üçün bir yol kimi başlanıb”.

Ş.Həsənova qeyd edib ki, daha sülhsevər bir dünya vəd edə bilmək niyyətinin özü belə tarixi aspektləri nəzərə alaraq empirik addımlar atmaqdan keçir: “Bu məsələyə dar çərçivədən baxmaq olmaz, ona nəzəri və konseptual baxış ortaya qoyulmalıdır. Azərbaycan Liderinin və dövlətinin atdığı addımlarda koordinasiyalı və sistemli iş aparıldığının şahidiyik. Effektiv təhlükəsizlik kəşfiyyatı aparmaq, eyni zamanda insan hüquq və əsas azadlıqlarının qorunmasını təmin etmək müharibədən sonra daha zəruri hal alıb”.

“Forum artıq institutlaşdırılır”

O, bildirib ki, dünyada yaşanan son fəlakətlər və bu istiqamətdə daha çox potensialın artacağına dair proqnozlar təhdidlərə qarşı ən yaxşı siyasi cavablar haqqında düşünməyə də təkan verir: “Texnolji yeniliklərin gətirmiş olduğu çağırışlar da fərqlidir, müasirdir, bir o qədər də mürəkkəbdir. Bu baxımdan dövlətlər son trendlər daxil olmaqla, ən son siyasi dəyişiklikləri, ssenariləri də nəzərə alaraq təhlükəsizlik və kəşfiyyat baxımından birgə iş ortaya qoymalıdırlar. Azərbaycan nüfuzlu tədbirlərə evsahibliyi etməkdə dünyaya ün salıb. Bakı Təhlükəsizlik Forumu onlardan sadəcə biri olsa da, olduqca önəmlisidir. Üstəlik, ötən il Bakı Təhlükəsizlik Forumunun ənənəvi qaydada və illik əsasda təşkil edilməsi, habelə davamlı fəaliyyət göstərməsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülmüş təklifin iştirakçı ölkələr tərəfindən fəal şəkildə dəstəklənməsi bizə olan inam və etimadın bariz nümunəsidir. Forum artıq institutlaşdırılır. Deməli, fəaliyyət sistemli və gələcəyə, uzunmüddətli hədəflərə yönəlmiş qaydadadır”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 24 Sentyabr 2025 23:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see198

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see197

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see189

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see163

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see145

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see136

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see131

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see130

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see128

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see128

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see127

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

07 Noyabr 2025 23:10see127

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see127

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see127

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see126

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see125

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri