Icma.az
close
up
RU
Azərbaycan Prezidentinin sözü dünya üçün çox əhəmiyyətlidir

Azərbaycan Prezidentinin sözü dünya üçün çox əhəmiyyətlidir

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumu ənənəvi xarakter almaqla, artıq beynəlxalq müstəvidə də mühüm platformaya çevrilməkdədir. Foruma beynəlxalq ictimaiyyətin marağı, aparıcı media qurumlarının baş xəbərinə çevrilməsi bunu deməyə əsas verir. Builki tədbirdə 52 ölkədən 140 qonaq, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələri iştirak edib. Bu, həm də Azərbaycan reallıqlarının, ölkəmizin ən müxtəlif məsələlərə baxışının təqdimatı idi. Azərbaycan lideri vacib mövzularda sualları ətraflı cavablandıraraq ölkəmizin mövqeyini bir daha dünyaya bəyan etdi.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov "525"ə açıqlamasında Forumda səsləndirilən əsas mesajlara diqqət çəkib. Bildirib ki, cənab Prezidentin rəhbərliyi ilə müəyyən edilən siyasi  xətt Azərbaycanın suverenliyini, müstəqilliyini möhkəmləndirməklə davamlı şəkildə irəli aparılır: "Bu, mənim üçün əsasdır və dövlət başçısı qeyd edilən məqamı açıq şəkildə bir daha ortaya qoydu. Məlum oldu ki, Ermənistanla danışıqlarda irəliləyiş mümkündür, sülh sazişi mətni paraflana bilər, amma bunun üçün İrəvan Minsk qrupunun fəaliyyətinə xitam verilməsi üçün birgə müraciətin edilməsi tələbini yerinə yetirməlidir. Yəni müraciət ayrı-ayrılıqda göndərilməlidir, amma mətn eyni olmalıdır ki, sonradan mübahisələr üçün yer qalmasın, ermənipərəst qüvvələr bundan istifadə edib, maneələr yaratmağa çalışmasınlar. Düşünürəm ki, bu addımın atılması gözlənilir, cənab Prezident söylədi ki, iki məsələ paralel şəkildə həllini tapmalıdır. Zəngəzur dəhlizi ilə bağlı ermənilər hoqqabazlıqla məşğuldur. Ermənistan Amerika şirkətini, yaxud kimi istəyir gətirsin, dövlət başçısı bəyan etdi ki, bizim ərazidə heç bir operator, heç bir ticarətçi, heç bir icarədar ola bilməz. Sabah Ermənistan istənilən ölkəni, tərəfi də dəvət edə bilər. Sadəcə olaraq bizim tələbimiz Ermənistana yönəlib. Ora kimi gətirəcək, özü bilər, istər ABŞ şirkəti olsun, istər Rusiya sərhədçiləri olsun, bizim tələbimiz Ermənistanadır - Azərbaycandan Azərbaycana maneəsiz və təhlükəsiz keçidimiz olmalıdır. Bu olmayınca, Ermənistanla hər hansı kommunikasiyaların açılmasından söhbət gedə bilməz. Burada təkrar nəsə axtarmağın mənası yoxdur".

ABŞ-la bağlı səsləndirilən fikirlərə toxunan deputat deyib ki, Birləşmiş Ştatların yeni administrasiyası ilə Azərbaycanın işgüzar münasibətləri olduqca önəmlidir: "Yada salmaq istəyirəm ki, Bayden administrasiyası zamanında az qala hər 2-3 aydan bir Dövlət Departamentinin təlimatı ilə Konqres Azərbaycana qarşı dinləmələr keçirirdi, hansısa qərarlar qəbul olunurdu. İndi bütün bunların hamısı aradan qaldırılıb. Azərbaycan ABŞ ilə olduqca praqmatik münasibətlər qurub və bu, ölkəmiz üçün çox faydalıdır".

Politoloq hesab edir ki, Tramp adminisytasiyasının Azərbaycan-Ermənistan sülh prosesinə fərqli yanaşması var: "Bayden administrasiyası və dövət katibi Blinken vasitəçilik etmək və öz gündəliyini irəli aparmaq istəyirdi. Tramp administrasiyası isə araya girmir, kənardan sülhə dəstək verir. ABŞ liderinin bu yanaşması Azərbaycan üçün məqbuldur və bunu alqışlayır. ABŞ administrasiyasından Azərbaycan-Ermənistan danışıqlarına dəstək verilir, ümid ifadə olunur ki, yaxın zamanda sülh sazişi bağlanacaq, ancaq burada hər hansı məcburetmə, nəyi necə edin demək yoxdur".

Politoloq vurğulayıb ki, Prezident Ukrayna məsələsinə də toxundu, Azərbaycanın prinsipial mövqeyini bir daha bəyan etdi: "İndi Rusiyada bəziləri buna görə hay-küy qaldırıblar. Prezident İlham Əliyev iki il əvvəl də bildirmişdir ki, ərazi bütövlüyü mütləq şəkildə təmin olunmalıdır. Azərbaycan öz ərazilərinin işğalı ilə heç vaxt barışmadı. Baxmayaraq ki, atəşkəs elan olunmuşdu, ancaq mübarizə davam edirdi və görəndə ki ədalətsiz yanaşma mövcuddur, öz hüququndan istifadə edib, güc yolu ilə torpaqlarını işğaldan azad etdi. Ukraynaya da tövsiyə olunur ki, heç zaman işğalla barışmayın. Rusiyada kimlərsə nəsə axtarırlarsa, özləri billərlər, reallıqda isə Azərbaycan beynəlxalq hüquq çərçivəsində mövqe səsləndirib. Azərbaycanın mövqeyi öz yerində, axı dünya dövlətlərinin də mütləq əksəriyyəti bu mövqedədirlər. Ona görə də kimsə bu cür məsələlərdə Azərbaycana nəsə deyirsə, cavabını da alır".

Deputat Rusiyanın Azərbaycan mülki təyyarəsinin vurulması ilə bağlı öhdəliklərini yerinə yetirməməsini inadkarlıq hesab edir: "Malayziya təyyarəsini vurdular, geri çəkilmədilər, Polşa Prezidenti Lex Kaçinskinin təyyarəsi müəmmalı şəkildə qəzaya uğradı. İndi də eyni yanaşmanı ortara qoymaq istədilər, amma Azərbaycan bunu qəbul etmədi. Rusiyanın bu yanaşması əslində ikitərəfli münasibətlərə mənfi təsir göstərir. İki qonşu dövlət mütləq deyil ki, çox sıx əlaqə saxlasınlar. Rusiyanın bu yanaşması gətirib ona çıxaracaq ki, tərəflər arasında soyuqluq daha da artacaq. O ki qaldı Azərbaycanın beynəlxalq qurumlara müraciət etməsinə, bu, bizim hüququmuzdur. Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya var. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) yarım ildən sonra hesabatı gələcək. Rusiya o hesabatı qəbul etməyib, yenə də  özünəməxsus şəkildə davranmağa başlasa, Azərbaycanın arbitraja  müraciət etmək hüququ var və biz bundan istifadə edəcəyik. Proses uzana bilər, amma bu o demək olacaq ki, Rusiyanın seçimi münasibətlərin pisləşməsidir. Heç kim Rusiyanın yekəxana münasibəti ilə barışmaq, onun qarşısında baş əymək fikrində deyil. Azərbaycan özünə hörmət edir və eyni münasibəti Rusiyadan da gözləyir. Rusiyanın normal münasibətləri, qonşuluq münasibətlərini qoruyub saxlaya bildiyi ölkələrin sayı elə də çox deyil. Onu pozmaq istəyirsə, bu, bizim seçimimiz deyil, Rusiya rəhbərliyinin seçimi olacaq".

Foruma olan maraq, Azərbaycan liderinin fikirlərinin dünya gündəminə çevrilməsinə gəlincə, deputat söyləyib ki, Azərbaycan uğurlu dövlətdir, öz çəkisində söz sahibidir. Hamının diqqətini cəlb edir, Azərbaycan bu gün çox vacib bir oyunçuya çevrilib: "Bizim təsirlərimiz bu gün regiondan da kənara çıxır. Yaxın Şərqlə bağlı, Türkiyə-İsrail münasibətlərini nizamlamaq üçün Azərbaycan təşəbbüslə çıxış edir, Suriya-İsrail münasibətlərini nizamlamaq üçün Azərbaycan danışıqlar məkanı olaraq seçilir. Ölkəmizin Ukrayna ilə bağlı da sözü eşidilir. Türk birliyinin aparıcı dövətlərindən biridir, Qoşulmama Hərəkatında mühüm rolu var. Fransa 4-5 dəfə cəhd etdi ki, BMT-nin Təhlükəsizlik Şurasında bizə qarşı hansısa bəyanat, qərar qəbul etdirsin, amma bacarmadı. Yeni Kaledoniya ilə bağlı Fransanı demək olar ki, küncə sıxışdırdıq. Bunların hamısını müşahidə edirlər, görürlər, Azərbaycan Prezidentinin sözü dünya üçün çox əhəmiyyətlidir. Cənab Prezidentin hər bir tezisi başlıqlara çıxır. Bu, Azərbaycan üçün, ölkəmizin mövqeyinin irəli aparmaq üçün olduqca əhəmiyyətlidir".

R.Musabəyov əlavə edib ki, sözün öz yeri var, amma gəlib gözlə görmək tamam fərqlidir: "Dünyanın 50-dən çox ölkəsindən jurnalistlər, ekspertlər gəlib öz gözləri ilə azad olunmuş əraziləri gördülər. Həmin ərazilərə öz sahiblərinin qayıtması müsbət dəyişikliklərlə özünü göstərir. Əvvəlki gəlişləri ilə müqayisə edib, yenilikləri  görürlər. Bütün bunlar isə Azərbaycanın mövqelərini xeyli möhkəmləndirir".

PƏRVANƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://525.az
archiveBu xəbər 24 İyul 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see274

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see266

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see259

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see253

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see247

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see247

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see243

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see239

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see238

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see233

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see231

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see219

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see219

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see216

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see214

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see211

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see210

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see208

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see207

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri