Icma.az
close
up
RU
Bakı Tel Əviv razılaşması: Regional və qlobal sistemdə Azərbaycanın yeni güc modeli

Bakı Tel Əviv razılaşması: Regional və qlobal sistemdə Azərbaycanın yeni güc modeli

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

“Son illər Azərbaycan-İsrail münasibətləri strateji tərəfdaşlıq modelinə transformasiya olunub. Qarşılıqlı yüksəksəviyyəli səfərlər, imzalanan sənədlər və konkret layihələr bu münasibətlərin epizodik deyil, uzunmüddətli və sistemli xarakter daşıdığını təsdiqləyir”.

 Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
Onun szölərinə görə, 2026-cı il yanvarın 26-da İsrail Dövlətinin xarici işlər naziri Gideon Saarın Bakıya səfəri və Prezident İlham Əliyev, eləcə də xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi görüşlər Azərbaycan–İsrail münasibətlərinin hansı mərhələyə yüksəldiyini aydın şəkildə göstərdi. “Görüşlər zamanı tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlığın mövcud vəziyyətini, gələcək perspektivlərini və regional prosesləri geniş şəkildə müzakirə ediblər.

Xüsusilə vurğulanan məqam ondan ibarət idi ki, münasibətlər qarşılıqlı etimad, ortaq strateji maraqlar və praqmatik yanaşma üzərində qurulub. Bu, Yaxın Şərq və Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi mühitlərdə olduqca nadir və dəyərli modeldir”.

 Deputat əlavə edib ki, enerji, ticarət, investisiyalar, nəqliyyat-logistika, yüksək texnologiyalar, müdafiə, təhlükəsizlik, yaşıl enerji, tibb və əczaçılıq sahələri Azərbaycan-İsrail əməkdaşlığının əsas dayaqlarıdır: “Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti və keçirilən biznes forumlar bu əməkdaşlığın institusional əsaslar üzərində qurulduğunu göstərir.

Humanitar sahədə isə çoxəsrlik yəhudi icmasının Azərbaycandakı mövcudluğu və İsraildə yaşayan Azərbaycan icması iki xalq arasında yumşaq güc körpüsü rolunu oynayır. Bu amil münasibətləri yalnız rəsmi diplomatiya səviyyəsində deyil, cəmiyyətlərarası müstəvidə də möhkəmləndirir.

Fevralın 3-də Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin İsrailə səfəri və süni intellekt üzrə Anlaşma Memorandumunun imzalanması tərəfdaşlığın yeni və strateji mərhələyə keçdiyini göstərdi. Memorandumun İsrailin Süni İntellekt üzrə Milli İdarəsinin rəhbəri Erez Askal ilə imzalanması və mərasimdə Baş nazir Benyamin Netanyahunun iştirakı bu sənədin sıradan texniki razılaşma olmadığını sübut edir.

Tərəfdaşlıq superkompüter və data mərkəzi infrastrukturu, kritik mülki sektorlarda süni intellekt tətbiqləri, insan kapitalının inkişafı, birgə elmi-tədqiqat proqramları
üzərində qurulub.

Bu razılaşma İsrail–ABŞ süni intellekt bəyannaməsindən sonra imzalanmaqla Azərbaycanın qlobal texnoloji zəncirə inteqrasiyasını gücləndirir.
Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası Azərbaycanın texnologiyaya yanaşmasının strateji və dövlət səviyyəsində formalaşdırıldığını göstərir. Dövlət başçısının vurğuladığı kimi, süni intellekt artıq gələcəyin yox, bu günün reallığıdır və iqtisadiyyatın, idarəetmənin və təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib.

Bu strategiya tədqiqatların təşviqi, infrastrukturun əlçatanlığı, kadr potensialının gücləndirilməsi, süni intellektin real sektora tətbiqi kimi əsas istiqamətləri əhatə edir.
Yeni nəsil süni intellekt texnologiyaları enerji tutumlu sahələrdir. Data mərkəzlərinin və superkompüterlərin sürətli artımı enerji resurslarını geosiyasi rəqabət alətinə çevirir. Azərbaycan bu kontekstdə regionun ən üstün mövqeyində olan ölkələrdəndir: Belə ki, zəngin enerji ehtiyatları, güclü elektrik infrastrukturu, yaşıl enerjiyə keçid strategiyası Sİ dövründə ölkəyə ciddi üstünlük verir.
Bu amil İsraillə imzalanan süni intellekt sənədinin Azərbaycanın geosiyasi çəkisini artırmasının əsas səbəblərindən biridir.

Azərbaycan: orta gücdən oyunqurucu aktora
Bütün bu proseslər Azərbaycanın beynəlxalq sistemdə “orta güc” statusunu gücləndirməklə yanaşı,  həm də regional sabitlik yaradan, texnoloji təşəbbüslər irəli sürən, yumşaq güc elementlərini sərt maraqlarla uzlaşdıran
ciddi aktora çevirir.

Azərbaycan nə böyük güclərin kölgəsində qalır, nə də lokal oyunçu ilə kifayətlənir. O, enerji, diplomatiya və texnologiyanı birləşdirərək özünəməxsus geosiyasi model formalaşdırır.
Azərbaycan–İsrail münasibətləri sübut edir ki, Bakı artıq yalnız resurs ixrac edən ölkə deyil. Azərbaycan texnologiya istehlakçısından tərəfdaşa, regional aktordan qlobal şəbəkənin hissəsinə,orta gücdən strateji oyunçuya
doğru irəliləyir.

Süni intellekt sahəsində İsraillə qurulan əməkdaşlıq bu yolun ən aydın və perspektivli mərhələsidir. Bu isə Azərbaycanın XXI əsrin yeni güc balansında öz yerini əvvəlcədən və düşünülmüş şəkildə təmin etdiyini göstərir”.

 Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Fevral 2026 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see342

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see331

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see223

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see199

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see194

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see192

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see182

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see175

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see173

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see172

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see171

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see170

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see168

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see161

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see145

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see137

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri