Icma.az
close
up
RU
ŞƏT: Azərbaycanın regional və qlobal imkanları

ŞƏT: Azərbaycanın regional və qlobal imkanları

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Şanxay Əməkdaşlıq Təşkilatının beynəlxalq münasibətlər sistemində artan rolu və Azərbaycanın bu platforma ilə əməkdaşlığı ölkəmiz üçün yeni siyasi və iqtisadi imkanlar yaradır. Xüsusilə nəqliyyat, enerji və Mərkəzi Asiya ilə əlaqələrin genişləndirilməsi Azərbaycanın regional əhəmiyyətini artıran əsas amillər sırasındadır".

Milli Məclisin deputatı Azər Allahverənov bunu Bakıvaxtı.az-a açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, Şanxay Əməkdaşlıq Təşkilatı hazırda Avrasiyanın aparıcı çoxtərəfli platformalarından birinə çevrilib:

“Şanxay Əməkdaşlıq Təşkilatı bu gün Avrasiyanın aparıcı çoxtərəfli platformalarından biridir. Təşkilatın gündəliyində təhlükəsizlikdən tutmuş iqtisadi əməkdaşlığa, nəqliyyat-logistikadan humanitar əlaqələrə qədər geniş spektri əhatə edən məsələlər dayanır. Bu baxımdan, ŞƏT çərçivəsində aparılan siyasi dialoq və iqtisadi əməkdaşlıq Avrasiya məkanında yeni tərəfdaşlıq imkanlarının formalaşmasına şərait yaradır”.

Azər Allahverənov qeyd edib ki, ŞƏT ölkələrinin dünya əhalisi və qlobal iqtisadiyyatda mühüm paya malik olması təşkilatın beynəlxalq proseslərə təsir imkanlarını artırır:

“Azərbaycanın belə geniş coğrafiyanı əhatə edən platformada fəal iştirakı ölkəmizin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir. Azərbaycan ŞƏT ölkələrinin böyük hissəsi ilə yaxın siyasi və iqtisadi əlaqələr qurub”.

Deputat Azərbaycanın əsas üstünlüklərindən birinin nəqliyyat və enerji sahəsində formalaşdırdığı imkanlar olduğunu vurğulayıb:

“Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində mühüm marşrutların Azərbaycandan keçməsi ölkəmizin Avrasiya bağlantılarındakı rolunu əhəmiyyətli dərəcədə artırır”.

Onun sözlərinə görə, bu baxımdan Orta Dəhliz xüsusi əhəmiyyət daşıyır. Azərbaycan ərazisindən keçən marşrut Şərqlə Qərb arasında yükdaşımaların inkişafı ilə yanaşı, enerji, rəqəmsal bağlantılar və digər iqtisadi layihələr üçün də yeni imkanlar yaradır.

“Orta Dəhliz Azərbaycan üçün yalnız tranzit marşrutu deyil, həm də ölkəmizin regional iqtisadi və geosiyasi əhəmiyyətini artıran strateji platformadır. Bu marşrut üzərindən həyata keçirilən layihələr Azərbaycanın Avrasiya nəqliyyat sistemində mövqeyini daha da möhkəmləndirir”.

Azər Allahverənov, deputat

Azər Allahverənov enerji sahəsində həyata keçirilən layihələrin də Azərbaycanın regional çəkisini artırdığını bildirib:

“Təbii qaz ixracının coğrafiyasının genişlənməsi və enerji resurslarının müxtəlif bazarlara çıxarılması ölkəmizin Avrasiyanın enerji təhlükəsizliyində rolunu daha da möhkəmləndirir”.

Deputat Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin inkişafını da Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirib:

“Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin dərinləşməsi Cənubi Qafqazla Mərkəzi Asiya arasında daha sıx əməkdaşlıq məkanı yaradır. Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətlərin inkişafı isə bu prosesə əlavə dinamizm qazandırır”.

O qeyd edib ki, Azərbaycanın çoxtərəfli platformalarda fəal iştirakı həm milli maraqlara uyğun layihələrin təşviqinə, həm də regional əməkdaşlığın inkişafına imkan verir:

“Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl xarici siyasət nəticəsində Azərbaycan Şərq-Qərb və Şimal-Cənub arasında etibarlı tərəfdaş və mühüm tranzit mərkəzi kimi mövqeyini daha da gücləndirib”.

Azər Allahverənovun fikrincə, ŞƏT çərçivəsində keçirilən görüşlər və yeni tərəfdaşlıqlar Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır:

“Bu platforma Azərbaycan üçün yeni iqtisadi, diplomatik və strateji imkanların yaranmasına xidmət edən mühüm əməkdaşlıq məkanlarından biridir”.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 Sentyabr 2026 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri