Icma.az
close
up
RU
Bakı tələb etdi, Paşinyan məqbuldur dedi İrəvanı qorxudan aktivlik

Bakı tələb etdi, Paşinyan məqbuldur dedi İrəvanı qorxudan aktivlik

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 2-də ölkəmizdə səfərdə olan Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə görüşü zamanı Bakının İrəvanla razılaşdırılmış sülh müqaviləsi layihəsinin mətnindən ayrı irəli sürülən, lakin sülh üçün vacib olan iki şərtin qəbulunda israrlı olduğunu bir daha vurğuladı. Bunlar ATƏT-in Minsk qrupunun ləğvi və Ermənistan konstitusiyasının dəyişdirilməsidir. 

Həmçinin, irəli sürülən şərtlər Zəngəzur dəhlizinin açılması və Qərbi azərbaycanlıların geri qayıdışı ilə bağlı çoxbəndli təfərrüatlarla da əlaqəlidir.

Mövcud vəziyyətdə Azərbaycanın iki variantının olduğuna dair fikirlər səsləndirilir: ya Ermənistan dövləti qərbi azərbaycanlıların geri dönüşündən sonra onların təhlükəsizliyinə zəmanət verir, ya da həmin qarantiyanı Bakı ilə Ankaranın strateji müttəfiqliyi təmin edir.

İrəvan hansı təqdirdə sözügedən şərtləri qəbul edə bilər? Razılaşma olmayacağı halda, regionda eskalasiyanın baş verməsi mümkün görünür?

Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, ikinci variant Bakı üçün daha məqbul ssenari kimi səslənə bilər, çünki İrəvanın azərbaycanlı icması üçün zəmanətinin etibarlılığı yoxdur:

“İcma və onun üzərindən qurulan dövlət siyasəti təkcə regionun demoqrafiyasını dəyişdirmir, həm də bölgədə geosiyasi tendensiyalara təsir edir. Bu cəhətdən Qərbi Azərbaycan İcması çox böyük əhəmiyyətə malikdir və rəsmi Bakının regional siyasətində fərqli dönüş nöqtəsi təqdim edir.

Digər tərəfdən, Qərbi azərbaycanlıların qayıdışı daha çox Zəngəzur dəhlizinin açılması ilə düz mütənasiblik təşkil edir. Yəni dəhlizinin açılması onların geri dönüşünə maneə yaradan qapını aralayır.

Sərhəddəki silahlı təxribatlar isə əsasən Azərbaycanın böyüyən planına qarşı qurulmuş tələdir və həmin provakasiyaların müəlliflərinin kimliyinə baxmaq da lazımdır.

Saziş layihəsinin mətninə möhür vuran iki razılaşdırılmamış maddənin razılaşdırılması idi. Həmin iki maddə sərhəddə hər hansı üçüncü tərəfin iştirakının olmaması və beynəlxalq məhkəmələrdən qarşılıqlı iddiaların geri götürülməsi ilə bağlıdır.

Görünən odur ki, Ermənistanın Baş naziri Nikol Paşinyan təhlükəsizlik qüvvələri ilə məsləhətləşmələrdən sonra, “hazırkı məzmun Ermənistan üçün məqbul olan kompromis variantı sayıla bilər”, – deyib”.


Aqşin Kərimov

Analitik bildirib ki, bundan sonra sərhəddə Ermənistanın təxribatlarının intensivləşməsi üç məsələni aktullaşdırır:

“1. Paşinyan ordunun Azərbaycan mövqelərinə qarşı resurslarını və döyüş potensialını test edir;

2. Ordu daxilində baş nazirin əmr və təlimatlarına məhəl qoymayan qüvvələr qalmaqdadır.

3. Avropa İttifaqının (Aİ) monitorinq missiyası sərhəddə qalıcılığını təmin etmək üçün müxtəlif cür təxribat üsulları hazırlayıb erməniləri silahlı insidentlərə şirnikləndirir.

4. Missiyanın ABŞ Prezidenti Donald Trampın Avroatlantik məkanla bağlı izlədiyi fərqli kursdan qorxur. Ehtimal ki, Tramp Aİ missiyasının Cənubi Qafqazdakı iştirakına laqeyd yanaşır və bu, Fransanın bölgə siyasətinə mənfi təsirlər göstərir. Paris isə qalıcılıq üçün isə regionda hərbi eskalasiyaya ehtiyac duymaqla Avropa İttifaqı Missiyasını təlimatlandırır”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Aprel 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see188

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see182

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see163

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see151

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri