Icma.az
close
up
RU
İtaliyada verilən qərar İrəvanı sevindirdi: Bakı üçün də məqbuldur

İtaliyada verilən qərar İrəvanı sevindirdi: Bakı üçün də məqbuldur

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

İtaliya Senatının yekdilliklə “Ermənistan və Azərbaycan arasında sülh prosesinin dəstəklənməsinə yönəlmiş təşəbbüslər haqqında” qətnamənini qəbul etməsi hər iki ölkədə müsbət qarşılanıb. 

Sənədin lehinə 112 senator səs verib. Senatın bu qərarı İrəvanda da xüsusi təqdir edilib. Fransa başda olmaqla bir sıra Avropa ölkələrindən fərqli olaraq İtaliyanın sülh prosesi ilə bağlı mövqeyi müsbət dəyərləndirilir.

Sözügedən sənəd mövcud sülh danışıqlarına beynəlxalq yanaşmaya necə təsir göstərə bilər?

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, İtaliya digər Avropa ölkələri kimi deyil:

“Azərbaycan Ermənistanla mövcud problemləri özü vasitəsiz və kənar müdaxilə olmadan həll etmək istəyir. Çətin ki, rəsmi Bakı bu mövqeyindən yayına.

Romanın mövqeyi isə Avropa ölkələrindən həmişə seçilib.  Bu, Ermənistan-Azərbaycan münaqişəsi üçün də belədir. İtaliyanın yanaşması Bakı üçün məqbuldur.


Əziz Əlibəyli

Rəsmi Roma bir müddət öncə də Avropa ölkələrinə müraciət etmiş və sülh danışıqları ilə bağlı mövqeyini sərgiləmişdi. Hətta bu müraciəti müqəddəs taxt-tacın hazırkı rəhbəri Papa Fransisk də müsbət qarşılamış, onun çıxışı mediada geniş işıq üzü görmüşdü.

İtaliya-Azərbaycan arasında enerji siyasəti var və əməkdaşlıq ildən-ilə genişlənir. Yəni tərəflər bir-birinə güvənir.

Bununla belə Azərbaycanın danışıqlar formatına dəyişiklik edəcəyini düşünmürəm. Mövcud şərtlər daxilində vasitəçisiz danışıqlar davam edəcək”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Fevral 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri