Icma.az
close
up
RU
Bakı Təşəbbüs Qrupu daha bir uğura nail olub

Bakı Təşəbbüs Qrupu daha bir uğura nail olub

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı Təşəbbüs Qrupu (BTQ) daha bir parlaq uğura nail olub.

Oxu.Az xəbər verir ki, BTQ tərəfindən hazırlanan hesabat BMT baş katibinin 2025-ci il üzrə təqdim etdiyi "Afrika mənşəli insanların beynəlxalq ikinci onilliyinin həyata keçirilməsi üzrə fəaliyyət proqramı"na dair hesabatında qeyd olunub.

Baş katibin hesabatında BTQ məhz dekolonizasiya və kiçik adalarda yaşayan xalqların müstəqilliyi istiqamətində fəaliyyət aparan qlobal vətəndaş cəmiyyətləri sırasında yeganə QHT kimi adı qeyd olunub.

Xatırladaq ki, 2025-ci ilin mayında Bakı Təşəbbüs Qrupu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına "Afrika mənşəli insanların beynəlxalq ikinci onilliyi" çərçivəsində həyata keçirilmiş fəaliyyətlər barədə öz hesabatını təqdim edib.

BMT baş katibinin hesabatında təşkilatın fəaliyyətinə istinad olunması bir daha təsdiqləyir ki, BTQ beynəlxalq miqyasda etimad olunan tərəfdaşdır və kolonializmə məruz qalan xalqların haqq səsinin dünyaya çatdırılmasında mühüm platforma rolunu oynayır.

Qeyd edək ki, BTQ-nin təqdim etdiyi hesabatda əks olunmuş fəaliyyətlər sırasında BTQ tərəfindən 21 yanvar 2025-ci ildə təşkil olunmuş "Reyunyon adasının müstəqilliyi: Fransanın müstəmləkə irsinin yenidən qiymətləndirilməsi və suverenliyə gedən yol" adlı beynəlxalq konfrans, 24-26 fevral 2025-ci ildə Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan ölkələrdə fəaliyyət göstərən jurnalistlərin iştirakı ilə təşkil edilmiş Beynəlxalq Mediatur 15 aprel 2025-ci ildə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilmiş "Dekolonizasiya: Səssiz İnqilab" adlı beynəlxalq konfrans yer almışdı. Sonuncu tədbir BMT-nin Afrika Mənşəli İnsanların Daimi Forumunun dördüncü sessiyasının rəsmi yan tədbiri kimi BMT-də qeydiyyatdan keçib.

Sözügedən beynəlxalq tədbirlər BTQ-nin dekolonizasiya və insan hüquqları sahəsində gördüyü işlərin beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından mühüm rol oynayıb. Belə ki, BTQ-nin icraçı direktoru Abbas Abbasov və müstəmləkə altında olan ərazilərin nümayəndələri BMT-nin Baş Assambleyasında Afrika Mənşəli İnsanların Daimi Forumunun dördüncü sessiyasında çıxış edib.

Bundan əlavə, BTQ-nin "Afrika mənşəli insanların beynəlxalq ikinci onilliyi"nə verdiyi töhfələrdən biri də "Reparasiya: Müstəmləkə irsi ilə üzləşmə" adlı müraciətinin qəbul edilməsi və kolonial zülmün tanınması və reparasiya tələbləri ilə bağlı beynəlxalq petisiyanın başlanması olub. Sənədlərdə keçmiş müstəmləkəçi dövlətlərin tarixi cinayətlərə görə məsuliyyət daşımaqdan yayınması qətiyyətlə pislənib və reparasiyaların yalnız hüquqi deyil, həm də ədalət və insan ləyaqətinin bərpasına əsaslanan mənəvi öhdəlik olduğu vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Oktyabr 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see375

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see336

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see330

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see323

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see322

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see317

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see309

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see302

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see299

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see275

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see267

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see259

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see257

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see251

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see250

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see246

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see233

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see213

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see209

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri