Icma.az
close
up
RU
Bakı Təşəbbüs Qrupu Fransa və Niderlandı ifşa etdi

Bakı Təşəbbüs Qrupu Fransa və Niderlandı ifşa etdi

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

14 aprel 2025-ci ildə BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Afrika əsilli şəxslərin Daimi Forumunun 4-cü sessiyası işə başlayıb.

BMT Baş Assambleyasının 2 avqust 2021-ci il tarixli qətnaməsi ilə yaradılmış Daimi Forum quldarlığın və kolonializmin səbəb olduğu ədalətsizliyin aradan qaldırılması üçün tədbirlər görür.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, beynəlxalq hüquq çərçivəsində dünyada kolonializmə qarşı mübarizə aparan, müstəmləkəçiliyin iyrənc fəsadlarını beynəlxalq müstəvidə ifşa edən Bakı Təşəbbüs Qrupu (BTQ) ilə Daimi Forum arasında qurulmuş əməkdaşlıq nəticəsində Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Qvadelup, Martinik, Kanaki (Yeni Kaledoniya), Sint Maarten, Reunyon, Bonayre, Aruba, Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası nümayəndələrinin tədbirdə iştirakı təmin edilmişdir.

Tədbirdə çıxış edən BTQ-nin icraçı direktoru Abbas Abbasov, rəhbərlik etdiyi təşkilatın dekolonizasiya istiqamətində gördüyü işlər haqqında ətraflı məlumat verərək, Fransa və Niderlandın əsarəti altında olan ərazilərin bu gün də kolonial idarəetmədən əziyyət çəkdiyini təəssüflə xatırlatmışdır.

A.Abbasov adıçəkilən ərazilərin üzləşdiyi problemlərin daha təfsilatlı müzakirəsi üçün Daimi Forumun dəstəyi ilə BTQ tərəfindən aprelin 15-də “Dekolonizasiya: Sakit inqilab” konfransın təşkil ediləcəyini və bu xüsusda iştirakçı dövlətləri sözügedən tədbirə dəvət etmişdir.

BTQ-nin xətti ilə Forumda iştirak edən Qvadelup, Sint Maarten, Reunyon, Martinik, Fransız Qvianasından olan nümayəndələr də öz növbələrində çıxışlarında Fransa və Niderlandın kolonial siyasətini qınamış, ölkələrinin tezliklə müstəqil olması üçün səylərin birləşdirilməsinin vacibliyini vurğulamışlar.

Tədbirdə həmçinin BTQ-nin sifarişi ilə BMT-nin tanınmış eksperti, ABŞ vətəndaşı Karlayl Korbin tərəfindən hazırlanmış “Fransız kolonializminin təkamülü: Siyasi və konstitusional tədqiqat” adlı hesabat Sessiyanın iştirakçılarına təqdim olunmuşdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:241
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Aprel 2025 03:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri