Icma.az
close
up
RU
Bakı Təşəbbüs Qrupu Fransa XİN başçısına cavab verib

Bakı Təşəbbüs Qrupu Fransa XİN başçısına cavab verib

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Beynəlxalq öhdəliklərini yerinə yetirmək əvəzinə, BTQ-nin simasında süni düşmən obrazı formalaşdırılır”

Bakı Təşəbbüs Qrupu Fransa XİN başçısına cavab verib.

APA xəbər verir ki, fransalı nazirin növbəti ittihamlarına Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov cavab verib.

O, səslənən fikirləri əsassız adlandırıb: “Jan Noel Barot növbəti dəfə Fransa Milli Assambleyasındakı çıxışını Bakı Təşəbbüs Qrupuna həsr edib. İlk növbədə, bəyan edirik ki, nazirin səsləndirdiyi ittihamlar əsassız, qeyri-obyektiv və qərəzlidir. Təşkilatımızın beynəlxalq hüquq çərçivəsində fəaliyyətini hədəfə alan bu cür iddiaları qətiyyətlə rədd edirik”.

O qeyd edib ki, xoş niyyətlə Fransa hökuməti ilə koloniyalar arasında danışıqlarda vasitəçilik təklif edən Bakı Təşəbbüs Qrupunu sabitliyi pozmaqda, gərginliyi artırmaqda və digər qeyri-qanuni fəaliyyətdə təqsirləndirmək Fransanın əsarət altında saxladığı xalqların tələblərini icra etməkdən boyun qaçırmaq cəhdidir: “Fransa hökuməti beynəlxalq öhdəliklərini yerinə yetirmək əvəzinə, BTQ-nin simasında süni düşmən obrazı formalaşdırır və Fransa ictimaiyyətini aldatmaqda davam edir.

BTQ dekolonizasiya, habelə əsarət altında saxlanılan xalqların öz müqəddəratını təyin etmək hüququnun təmin edilməsi uğrunda mübarizə aparır, adaların sahibi olan yerli xalqların tarixi, mədəni kimliyinə hörmət edilməsini tələb edir. BTQ bu tələbləri irəli sürərkən Fransanın da səs verdiyi Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə (1948), BMT Baş Assambleyasının 1514 saylı Qətnaməsinə (Dekolonizasiya haqqında Bəyannamə, 1960) və digər universal sənədlərə istinad edir”.

Abbas Abbasov rəhbərlik etdiyi təşkilatın Fransa hökumətini kolonial təfəkkürdən əl çəkməyə, xalqların azad olmaq hüququna hörmət etməyə, törətdiyi çoxsaylı insanlıq əleyhinə və müharibə cinayətlərini etiraf edərək üzr istəməyə və bundan əziyyət çəkən xalqlara layiqli kompensasiya ödəməyə çağırıb.

Qeyd edək ki, Fransanın xarici işlər naziri Jan Noel Baro parlamentdə çıxışı zamanı iddia edib ki, fransız Polineziyasında hakimiyyətdə olan və ən çox deputatla təmsil olunan Tavini Partiyası Azərbaycan tərəfindən yönləndirilir. Bundan başqa nazir deyib ki, 2023-cü ildən etibarən, Bakı Təşəbbüs Qrupu vasitəsilə bu ərazilərdəki gərginlikləri alovlandıran, böhranları dərinləşdirən fəaliyyət müşahidə olunur. Baro “misal” kimi Yeni Kaledoniyada zorakılıqları, Qvadelup və Martinikdə qarşıdurmaları, Mayotda Çido qasırğasından doğan narazılıqları xatırladıb. Fransa XİN-in başçısı iddia edib ki, guya Azərbaycan “rəqəmsal təsir”, “kibertəhlükə”, “informasiya manipulyasiyası”, “Frsansanın müstəmləkəçi kimi təqdim olunması” kimi müxtəlif üsullarla bu ərazilərdəki proseslərə müdaxilə edir və bütün bunlardan “müstəqillik tələblərini qızışdırmaq üçün” istifadə olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://apa.az
archiveBu xəbər 11 Aprel 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri