Icma.az
close
up
RU
Bakı Təşəbbüs Qrupu fransalı nazirə cavab verib

Bakı Təşəbbüs Qrupu fransalı nazirə cavab verib

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

“Bakı Təşəbbüs Qrupu Manuel Valsın Yeni Kaledoniyaya səfəri zamanı verdiyi əsassız və qərəzli ittihamlarını qətiyyətlə rədd edir”.

APA xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Fransanın dənizaşırı ərazilər nazirinin ittihamlarına münasibət bildirərkən deyib.

Abbas Abbasov Valsın açıqlamalarını Fransanın öz müstəmləkə siyasətini və Kanak xalqına qarşı davam edən repressiyalarını ört-basdır etmək üçün növbəti uğursuz cəhd kimi qiymətləndirib və BTQ-nin heç bir dövlətin daxili işlərinə müdaxilə etmədiyini bəyan edib.

“Təəssüf ki, nazir Vals peşəkarlığın və məlumatlılığın artırılmasına xidmət edən bu media-turu Fransanın daxili işlərinə müdaxilə kimi qiymətləndirib. Fransa rəsmilərinin təşkilatımıza qarşı ittihamları fonunda alternativ fikir almaq və vəziyyəti yerində düzgün qiymətləndirmək baxımından jurnalistlərin ölkəmizə səfərini yüksək qiymətləndiririk”, - Abbas Abbasov qeyd edib.

Abbas Abbasov bildirib ki, “hazırda BTQ Fransanın koloniyalarda törətdiyi vəhşilikləri, habelə etnik təmizləmə də daxil olmaqla ağır cinayətlərini özündə əks etdirən və faktlara əsaslanan hesabatlar üzərində işləyir”: “Fransa rəsmiləri günahı kənarda axtarmamalı və diqqətini koloniyalarında insan hüquqlarının kobud şəkildə pozulmasına, eləcə də əsarət altında saxladığı xalqlarla onilliklərdi nəticəsiz qalan danışıqlara yönəltməlidir. Azad yaşamaq həm də bu xalqların hüququdur”.

Qeyd edək ki, 28 fevral 2025-ci il tarixində Fransanın dənizaşırı ərazilər naziri Manuel Vals Yeni Kaledoniyaya səfəri zamanı Azərbaycanı Fransanın dənizaşırı ərazilərinə müdaxilədə və sabitliyi pozmağa çalışmaqda günahlandıraraq, habelə ölkəmizi Qarabağda guya “etnik təmizləmə” aparmaqda ittiham edib.

Xatırladaq ki, bu günlərdə BTQ Fransanın müstəmləkə əsarəti altında olan ərazilərdən media nümayəndələrinin ölkəmizə səfərini təşkil edib. Səfər proqramı çərçivəsində xarici jurnalistlər üçün media və kommunikasiya sahəsində təlim keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://apa.az
archiveBu xəbər 28 Fevral 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see446

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see397

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see293

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see222

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see217

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see216

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see215

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see211

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see204

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see196

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see193

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see191

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see187

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see184

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see183

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see176

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see175

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see166

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see163

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri