Bakı Təşəbbüs Qrupunun icraçı direktoru: Yerli xalqlar assimilyasiya ilə ciddi mübarizə aparmalıdır
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 25 iyun, AZƏRTAC
Son 3 ildir kolonizasiya sahəsində əldə etdiyimiz təcrübəyə əsasən deyə bilərəm ki, əsas problem assimilyasiya siyasətidir. Assimilyasiyanın ağır fəsadları var. Çox təəssüflər olsun ki, Fransa hökuməti dənizaşırı ərazilərdə assimilyasiya siyasətini "uğurla" tətbiq edib. Bu səbəbdən də yerli xalqlar assimilyasiya ilə ciddi mübarizə aparmalıdır. Hər bir halda gələcəkdə kolonializm də yekunlaşacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Qvadelup adasına həsr olunmuş konfransda söyləyib.
A. Abbasov deyib: “Ümid edirəm ki, bir neçə ildən sonra dənizaşırı ərazilər öz müstəqilliklərinə nail olacaqlar. Dünya ictimaiyyəti də beynəlxalq hüquq normaları çərçivəsində onların dinini, dilini, müstəqilliyini tanıyacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 25 İyun 2025 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















