Icma.az
close
up
RU
Bakı üçün ciddi TƏHLÜKƏ: Rəsmi qurumlar hərəkətə keçməlidir

Bakı üçün ciddi TƏHLÜKƏ: Rəsmi qurumlar hərəkətə keçməlidir

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

2018-ci ilin aprel ayında Nazirlər Kabinetinin iclasında rəsmi şəkildə açıqlanmışdı ki, Bakı şəhərinin 80%-i sutkada 24 saat fasiləsiz su ilə təmin olunub və yaxın 2-3 il ərzində bu göstərici 100%-ə çatdırılacaq. Lakin 2025-ci ilin iyul ayına gəldikdə, bu vədin reallıqla üst-üstə düşmədiyi açıq şəkildə görünür. 

Mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, Bakının bir sıra rayonlarında və ətraf qəsəbələrdə su təchizatı ciddi problemlərlə üzləşib. Bəzi ərazilərdə günlərlə suyun verilmədiyi, ən yaxşı halda isə gündə cəmi 1-2 saatlıq su təminatı olduğu bildirilir.

Məsələ ilə bağlı AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev News24.az-a açıqlamasında bildirib ki, hazırda Bakıda demoqrafik sıxlıq getdikcə artır və bu, su resurslarına olan basqını daha da gücləndirir:

“Yay aylarında suya olan tələbat artır. İnsanlar suyu təkcə içmək üçün deyil, həm suvarma, həm də məişət ehtiyacları üçün geniş şəkildə istifadə edirlər. Bu da sistemə əlavə yük yaradır",

Ekspertin sözlərinə görə, hazırda Bakı əsasən Kür çayının suyu ilə təmin olunur. Lakin bu suyun böyük hissəsinin içməli su kimi istifadə edilməsi suvarma imkanlarını məhdudlaşdırır:

“Kürün suyu Bakıya gətirilir, amma o suyun suvarma məqsədilə istifadəsi daha məqsədəuyğun olardı. Hazırda Bakıda buxarlanma çox yüksək səviyyədədir. Nəticədə, yaşıllıqların qorunması üçün həftədə ən azı bir dəfə suvarma tələb olunur”.

Ənvər Əliyev əlavə edib ki, su problemi ilə mübarizədə strateji yanaşma vacibdir və bu kontekstdə işğaldan azad olunmuş ərazilərdəki su ehtiyatlarının Bakı şəhərinə yönəldilməsi prioritet məsələyə çevrilməlidir:

“Sərsəng su anbarı Azərbaycanın ən iri su ehtiyatlarından biridir. Oradan Bakıya su gətirilməsi hazırkı vəziyyətdə zərurətə çevrilib. Əgər biz gələcəkdə qıtlıqla üzləşmək istəmiriksə, o zaman bu istiqamətdə konkret addımlar atılmalıdır”.

Aqil Qarayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://news24.az
archiveBu xəbər 25 İyul 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see467

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see269

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see249

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see235

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see234

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see233

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see229

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see220

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see218

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see213

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see208

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see207

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see205

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see199

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see196

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see196

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see192

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see188

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see186

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri