Icma.az
close
up
RU
Bakı üçün zəlzələ ANONSU Təhlükə buradan gəlir!

Bakı üçün zəlzələ ANONSU Təhlükə buradan gəlir!

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son günlər Türkiyə və Azərbaycan ərazisində qeydə alınan yeraltı təkanlar əhali arasında ciddi narahatlığa səbəb olub. Seysmoloji aktivliyin artması ilə bağlı yayılan məlumatlar insanlar arasında təşvişi artırır və yaxın gələcəkdə baş verə biləcək təbii fəlakətlərlə bağlı suallar doğurur.

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri, Yer elmləri üzrə elmlər doktoru dosent Qulam Babayev sözügedən məsələni belə şərh edib:

“Əvvəlki müsahibələrimdə də qeyd edirdim ki, Azərbaycanda seysmik və tektonik aktivlik artmaqdadır. Nəinki Azərbaycanda, bütün dünya miqyasında bu davamlı şəkildə baş verir və belə davam edəcək.

Egey dənizində hiss olunan, güclü zəlzələlər baş verir. Bu yaxında hətta Türkiyədə də bir neçə zəlzələ oldu və yenə də davamlı şəkildə olacaq. Çünki Türkiyə ərazisi mürəkkəb tektonik ərazidə yerləşir və mürəkkəb tektonik qırılmalar var və aktivdirlər. Gördüyünüz kimi, Etna vulkanı da püskürdü.

Tektonik və seysmik aktivlik dünya miqyasında artır və getdikcə artmaqdadır.

Azərbaycanı Türkiyə ilə müqayisə etsək, dərinliklərdə baş verən geodinamik proseslər və yerdəyişmələr o dərəcədə intensiv deyil, aktivdir. Özünə görə bir neçə nəhəng plitənin qovşağında yerləşirik. Amma seysmik və tektonik baxımdan o dərəcədə aktiv ərazi deyil. Azərbaycan seysmik zona sayılsa da, yerdəyişmə prosesləri çox da aktiv olmadığından güclü, dağıdıcı zəlzələ ölkə ərazisində baş vermir. Hiss olunan zəlzələ isə qaçılmazdır. Qonşu dövlətlərin, Türkiyə, İran və Gürcüstan ərazilərində tektonik aktivlik davam edirsə, Azərbaycanda da sabitliq gözləmək olmaz.  Bu fizika qanunlarına ziddir. Azərbaycanda da daima ocaqlar hərəkətdə olacaq. Onsuz da hər gün hərəkətdədirlər və hər gün hiss olunmayan zəlzələ qeydə alır. Amma əsas məsələ hiss olunan yeraltı təkanlardır.

Bir seysmoloq kimi hər zaman qeyd edirəm ki, dərinlik burada çox böyük rol oynayır. Hansı nöqtədə toqquşma baş verdi və qırılma müşahidə olundusa, bu əsasdır. Çünki deyək ki, 30-35 kilometr dərinlikdə 4-4,5 maqnitudalı zəlzələ baş veribsə, səthə zəif təkanla gəlib çatacaq. Ancaq həmin maqnituda olan zəlzələ səthə yaxın olsa, bu təbii ki, daha intensiv şəkildə özünü göstərəcək. Ona görə də dərinlik əsas rol oynayır”.

Ekspert bildirib ki, Abşeron yarımadası və Bakı şəhəri isə əsas seysmik təhlükəni Xəzər dənizində olan ocaqlardan görür:

“Üstəlik Şamaxı və İsmayıllı ocaqlarından da seysmik təhlükə ilə üzləşir. Amma həmin ocaqlarda elə bir hiss olunan zəlzələ baş verməlidir ki, o gəlib Bakı şəhərinə çıxsın. Tarixdə belə hadisələr var. Şamaxıda 5,5 maqnitudalı zəlzələ Bakıda hiss edilib.

Xəzər dənizinin bütün hissələrində yerləşən ocaqlar paytaxt ərazisi üçün təhlükə mənbəyidir və mürəkkəb tektonik ocaqlar aktivlik təşkil edir. Bu səbəbdən dağıdıcı olmasa da hiss olunan zəlzələ qaçılmazdır.

Seysmik və tektonik aktivliyin fəsillə heç bir əlaqəsi yoxdur. Bu dərinliklərdə baş verən proseslərin nəticəsində meydana gəlir”.

Aytac Əliyeva 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 10 İyun 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri