Icma.az
close
up
RU
Bakı üçün kritik il başladı: Tehran və Moskva ilə bağlı qərar veriləcək!

Bakı üçün kritik il başladı: Tehran və Moskva ilə bağlı qərar veriləcək!

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2026-cı ilin başlanması ilə Azərbaycan üçün regional siyasət və diplomatiya baxımından kritik bir dövr açılır. Həm şimal qonşumuz Rusiya, həm də cənub qonşumuz İranla münasibətlərin gələcəyi bu il üçün diqqət mərkəzindədir. Hər iki ölkə ilə əlaqələrdə yaşanan soyuqluq və zaman-zaman artan gərginlik bu il münasibətlərin necə inkişaf edəcəyi suallarını gündəmə gətirir.

Globalinfo.az-a danışan politoloq Bakir Həsənbəyli bildirib ki, Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşü sadəcə dialoqun bərpası deyildi:

“Moskva ilə Bakı arasında buzların əriməsinə işarə idi. Lakin Rusiyanın keçmiş SSRİ respublikalarına öz arxa bağçası kimi baxması münasibətlərin tam normallaşa biləcəyini deməyə imkan vermir. Cari ildə Rusiya–Azərbaycan münasibətlərində siyasi sahədə əhəmiyyətli irəliləyiş gözlənilmir. İqtisadi və ticarət əlaqələri davam etsə də, siyasi müstəvidə vəziyyət dəyişməz olaraq qalacaq. Azərbaycan Cənubi Qafqazda geopolitik iradəyə malikdir və bu bölgədə Rusiyanın təsir imkanları artıq əvvəlki kimi deyil.

Rusiya Ukrayna labirintindən çıxış yolu tapa bilmir və bu vəziyyət Ermənistan hökumətini də gücləndirir. Azərbaycan Rusiya ilə maksimum məsafəli siyasət yürütməyi seçir. Eyni mövqeyi Ermənistan da nümayiş etdirir, Gürcüstan isə hələ də Rusiyanın işğal etdiyi ərazilərin qaytarılması üçün konturlar axtarır. Prosesin sabitləşməsi üçün həm vaxta, həm də aydın konsensusa ehtiyac var. Hazırda Rusiyanın mövqeyində müsbət dəyişiklik nəzərə çarpmır.

Azərbaycan–İran münasibətlərində isə zaman-zaman müəyyən gərginlik və böhranlar müşahidə olunub ki, bu da iqtisadi əlaqələrin inkişafına təsirsiz ötüşməyib. Azərbaycan, yaxın qonşu və tarixi bağlara malik ölkə olaraq, İranla münasibətlərdə həmişə konstruktiv mövqeyə üstünlük verib və bu ölkəyə qarşı heç bir xarici planlarda yer almayıb. Eyni zamanda Bakı dəfələrlə bəyan edib ki, öz ərazisindən İrana qarşı istifadə edilməyəcək. İsrail–İran qarşıdurması zamanı Azərbaycan prinsipial və qəti mövqeyini bir daha ortaya qoyub.

B.Həsənbəyli vurğulayıb ki, Azərbaycan İranla mövcud ən mürəkkəb problemləri belə ikitərəfli dialoq yolu ilə həll edə bilib:

Bu il də Azərbaycan–İran münasibətləri ənənəvi olaraq ikili xarakter daşıyacaq. İranın mühafizəkar dairələrinin anti-Azərbaycan siyasətində dəyişiklik olmayacaq. Ölkənin prezidentinin və komandası realist düşüncəyə üstünlük verirsə, mühafizəkar qanad utopik ideologiyalara meyllidir.

Mühafizəkarlar ölkədə ağırlaşan sosial problemlərin səbəbini xaricdə axtarır, xəyali düşmən obrazları yaradaraq mübarizə aparırlar. İsrailin İrana növbəti hücum ehtimalı artır və ABŞ prezidentinin İrandakı son etirazlara münasibəti maraqlı bir nüansdır. Cari ildə də İranın Azərbaycana münasibəti dəyişməz olaraq qalacaq”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Yanvar 2026 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri