Icma.az
close
up
RU
Bakı üçün tarixi qərar verildi: vacib dəyişikliklər gözlənilir KONKRET

Bakı üçün tarixi qərar verildi: vacib dəyişikliklər gözlənilir KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Prezidentin sərəncamına əsasən, “BakuBus” və “Bakı Taksi Xidməti” “Bakı Metropoliteni”nə birləşdirilib.

İctimai nəqliyyatın vahid mərkəzdən idarə edilməsi nəyə xidmət edir? Yeni sistem hansı dəyişikliklərə səbəb ola bilər?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, qərarın əsas məqsədi şəhər nəqliyyatında idarəetmənin optimallaşdırılması, resurslardan daha səmərəli istifadə və müxtəlif nəqliyyat növləri arasında funksional inteqrasiyanın təmin edilməsidir:

“Burada əsas hədəf metro sistemini yalnız sərnişindaşıma funksiyası ilə məhdudlaşdırmamaq, onu ümumilikdə relsli nəqliyyatın idarəedici mərkəzinə çevirməkdir. Artıq tramvay xətlərinin çəkilməsi, tramvay depoları və qarajlarının yaradılması da “Bakı Metropoliteni”nə həvalə olunur. Bu, Bakının nəqliyyat sistemində sadəcə struktur islahatı deyil, şəhər mobilliyinin keyfiyyətcə yeni mərhələyə keçidinə hesablanmış addımdır”.

Ekspert bildirib ki, əsas məsələ seçilən modelin effektiv icrası, institusional koordinasiyanın qorunması və sərnişinyönümlü yanaşmanın prioritet saxlanılmasıdır:

“Bu şərtlər təmin olunarsa, paytaxt yaxın illərdə daha müasir, inteqrasiya olunmuş və dayanıqlı nəqliyyat sisteminə malik ola bilər. Burada vacib məqamlardan biri də odur ki, metro sistemi artıq relsli nəqliyyat sahəsində formalaşmış texniki baza, mühəndislik təcrübəsi və təhlükəsizlik standartlarına malikdir. Bu resursların tramvay layihələrində tətbiqi layihələndirmə, tikinti müddətini qısalda, texniki riskləri minimuma endirə və idarəetmədə vahid standartların formalaşmasına imkan yarada bilər.

Hazırda şəhər mobilliyi istiqamətində mühüm addımlar artıq atılıb. Şəhərə yeni və ekoloji cəhətdən təmiz avtobuslar gətirilib, marşrut xəttinə buraxılan avtobusların sayı artırılıb. Mikromobillik vasitələri üçün xüsusi zolaqlar yaradılıb. Xüsusilə gənclər arasında skuter və velosipeddən yalnız əyləncə məqsədilə yox, gündəlik nəqliyyat vasitəsi kimi istifadə geniş yayılıb. Yeni qərarın şəhər mobilliyinin transformasiyasını daha da sürətləndirəcəyi gözlənilir. Eyni zamanda, taksi, “BakuBus” və tramvay sisteminin metro ilə inteqrasiyası nəzərdə tutulur. Yəni dövlət balansında olan əsas daşıyıcı qurumlar vahid idarəetmə mərkəzində birləşdiriləcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 May 2026 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri