Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

Bakı Vaşinqton əlaqələri: ikitərəfli əməkdaşlıq yüksəlir

Bakı Vaşinqton əlaqələri: ikitərəfli əməkdaşlıq yüksəlir

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın 2020-ci il Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaratdığı geostrateji reallıqlar mühüm inkişaf perspektivləri yaradır. Yürüdülən siyasət, atılan addımlar beynəlxalq aləm tərəfindən ciddi izlənir - xüsusilə, ötən ilin avqustunda reallaşan Vaşinqton görüşlərinin ardından yaranan yeni situasiya olduqca pozitiv mesajlar verir. Zəngəzur dəhlizi (TRİPP) ideyası, Orta Dəhlizin dirçəldilməsi, enerji və yaşıl gündəlik layihələri - bütün bunlar Azərbaycanın sülh təşəbbüslərinin çoxşaxəli olduğunu ortaya qoyur. Paralel olaraq yaran vəziyyət ölkəmizi regionun strateji mərkəzinə çevirir.

Bu kontekstdə, xüsusilə, yeni bir mərhələyə qədəm qoymuş Azərbaycan-ABŞ münasibətlərində artıq davamlı yaxınlaşmalar, siyasi dialoqun inişafı nəzərə çarpır. Ölkəmizə səfər edən ABŞ rəsmiləri regional inkişafa verdiyimiz töhfələri yüksək dəyərləndirir, sülh istiqamətində qətiyyətli addımlarımıza qiymət verir. Bir neçə gün öncə ölkəmizdə səfərdə olan ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) Yaxın Şərq, Şimali Afrika, Avropa və Avrasiya regionları üzrə regional direktoru Karl Kressin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə olunub. Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovla görüş zamanı iki ölkə arasında enerji, ticarət, TRIPP marşrutu da daxil olmaqla regional bağlantılar, iqtisadi sərmayə kimi sahələrdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və ABŞ-ın özəl sektor nümayəndələrinin ölkədə müvafiq infrastruktur və logistika imkanları ilə tanış olması, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Zəngəzur dəhlizi (TRİPP) reallaşır...

2025-ci ilin 8 avqustunda Vaşinqtonda keçirilmiş yüksək səviyyəli görüş regionun və bütövlükdə dünyanın siyasi gündəliyində tarixi hadisə kimi qiymətləndirilməlidir. ABŞ Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında aparılmış müzakirələr, imzalanmış sənədlər və əldə olunmuş razılaşmalar yalnız Cənubi Qafqazda yeni reallıqların təsbit olunmasına xidmət etmir, eyni zamanda, qlobal təhlükəsizlik, inteqrasiya və tərəqqi üçün də mühüm nəticələr vəd edir. Ən əsası, bu sənədlər Azərbaycanın strateji mövqelərinin gücləndirilməsinə, Azərbaycan-ABŞ tərəfdaşlığının yeni mərhələyə yüksəlməsinə və regional əməkdaşlığın daha dayanıqlı əsaslarda qurulmasına təkan verir.

Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişi təmin edəcək layihənin Vaşinqton razılaşmalarında xüsusi yer alması da diqqətçəkicidir. Zəngəzur dəhlizi (TRİPP) seqmentinin beynəlxalq dəstəklə təsdiqlənməsi ölkəmizin daxili logistik imkanlarının yüksək dəyərləndirilməsi olmaqla yanaşı, həm də dünyaya yeni bir strateji tranzit alternativi təqdim edir. Bu, iqtisadi, siyasi və təhlükəsizlik baxımından regionun inkişafına xidmət edəcək mühüm nailiyyətdir. Bu layihə vasitəsilə Azərbaycan yalnız Cənubi Qafqazda deyil, bütövlükdə Avrasiya məkanında mühüm logistik qovşağa çevriləcək - paralel olaraq, geniş bir coğrafiyada yeni inkişaf mərhələsi formalaşdıracaq.

İki ölkə arasında strateji tərəfdaşlıq...

Görüşdə ötən il avqustun 8-də Vaşinqton Sülh Sammitindən sonra Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində qeyd edilən sahələr üzrə ayrı-ayrılıqda aparılmış ikitərəfli təmaslar və müzakirələr yüksək qiymətləndirilib.  Vurğulandığı kimi, 2025-ci il avqust görüşü zamanı imzalanan “Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması haqqında Strateji İşçi Qrupunun yaradılması” Anlaşma Memorandumu iki ölkə arasında məzmun etibarı ilə yüksək olan tərəfdaşlığa yeni rəng qatır. ABŞ artıq Cənubi Qafqazda sabitlik, enerji, nəqliyyat, təhlükəsizlik məsələlərində məhz Bakı ilə strateji koordinasiya aparmağı prioritet sayır. Eyni zamanda, iki ölkə arasındakı əməkdaşlıq institusional çərçivəyə salınır - başqa sözlə, münasibətlərin inkişaf imkanları artıq siyasi bəyanatlarla deyil, konkret planlar, yol xəritələri və hüquqi mexanizmlərlə idarə olunacaq. ABŞ ilə Azərbaycan arasında dialoqun daha da genişlənməsi və şaxələnməsinə imkan yaradan bu sənəd təhlükəsizlik və müdafiə, enerji və yaşıl keçid, iqtisadiyyat və investisiya, regional sabitlik və nəqliyyat dəhlizləri, humanitar əlaqələrdə də yeni format müəyyənləşdirir.

Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki rolu...

Bundan əlavə, görüşdə Azərbaycanın regionun enerji təhlükəsizliyində mühüm rolu, bərpaolunan enerji resurslarının inkişafının əhəmiyyəti, Orta Dəhlizdə ticarət marşrutlarının şaxələndirilməsi, habelə Azərbaycanda mövcud əlverişli biznes və investisiya mühiti və yeni əlaqələrin qurulması imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan artıq bir neçə ildir ki, Avropanın enerji təhlükəsizliyində əsas oyunçulardan biridir. Son illərdə ölkəmizin təbii qazı ilə təmin olunan ölkələrin sayı 14-ə çatıb və onların böyük əksəriyyəti Avropa dövlətləridir. Cənub Qaz Dəhlizi layihəsi, TANAP və TAP kəmərləri Azərbaycanı Avropanın enerji bazarında etibarlı tərəfdaş kimi möhkəmləndirib. Azərbaycanın enerji resurslarının sabit və davamlı şəkildə çatdırılması Avropa dövlətləri üçün strateji əhəmiyyət kəsb edir. Hazırda Azərbaycanın ümumi qaz ixracı 25 milyard kubmetr səviyyəsindədir, bunun da yarısı Avropa ölkələrinə nəql edilir.

Bütün müstəvilərdə müasir çağırışlara məhz müasir standartlar əsasında qarşılıq verən Azərbaycan təkcə ənənəvi enerji resursları ilə kifayətlənmir, həm də bərpaolunan enerji potensialını qlobal enerji gündəliyinə təqdim edir. Xüsusilə son illərdə yaşıl gündəlik çərçivəsində atılan addımlar Azərbaycanın yeni strateji üstünlüyünü formalaşdırır. Azərbaycanın nəhəng bərpaolunan enerji resurslarının inkişafı və Avropaya ötürülməsi üzrə tərəfdaş ölkələrlə həyata keçirdiyi fəaliyyətlər beynəlxalq səviyyədə xüsusi maraq doğurur. Qarabağ və Şərqi Zəngəzurda, həmçinin Xəzər dənizi sahillərində külək və günəş enerjisi layihələrinin reallaşdırılması Azərbaycanın enerji potensialını daha da artırır. Qara Dəniz Enerji sualtı kabelinin inşası isə ölkəmizin yaşıl enerjisini Avropaya ötürmək üçün strateji infrastruktur kimi mühüm rol oynayacaq. Bu layihə Avropa ilə Azərbaycan arasında enerji əməkdaşlığının yeni səhifəsini açır, eyni zamanda, qlobal enerji keçidində Azərbaycanın aparıcı rolunu təsdiqləyir.

P.İSMAYILOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Yanvar 2026 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see235

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see210

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see189

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see164

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see158

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see150

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see149

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see146

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see145

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see144

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see141

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see140

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see139

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see136

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see136

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see134

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see132

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see132

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see131

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri