Icma.az
close
up
RU
Bakı Vaşinqton əlaqələri: yeni məzmun, gələcəyə hesablanmış prioritetlər

Bakı Vaşinqton əlaqələri: yeni məzmun, gələcəyə hesablanmış prioritetlər

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident İlham Əliyev: “Azərbaycan kimi bölgədə güclü potensialı və nüfuz dairəsi olan ölkə ilə əməkdaşlıq Amerika Birləşmiş Ştatları üçün də önəmlidir”

2025-ci ilin ən mühüm siyasi məqamlarından biri Azərbaycan-ABŞ münasibətlərinin yeni əməkdaşlıq və tərəfdaşlıq fonunda inkişaf mərhələsinə qədəm qoyması oldu. Son illərdə bəzi məqamlarda müəyyən qeyri-adekvat fonda inkişaf edən Bakı-Vaşinqton əlaqələri məhz ötən il daha praqmatik, qarşılıqlı maraqlara söykənən məcraya yönəldi. Qlobal geosiyasi proseslərin sürətlə dəyişdiyi, yeni nizamın formalaşdığı bir şəraitdə Azərbaycanın artan regional və beynəlxalq rolu ABŞ üçün də strateji əhəmiyyət daşımağa başladı.

Təbii ki, Azərbaycanın enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsi, nəqliyyat-logistika layihələrində oynadığı açar rol, eləcə də Cənubi Qafqazda sülh və sabitliyin təmininə verdiyi töhfələr Vaşinqtonun Bakıya yanaşmasında realist baxışın ön plana çıxmasına səbəb olan aparıcı amillərdir - xüsusilə postmünaqişə dövründə Azərbaycanın nümayiş etdirdiyi məsuliyyətli siyasət, beynəlxalq hüquqa əsaslanan mövqeyi və çoxtərəfli əməkdaşlığa açıq olması ABŞ-Azərbaycan münasibətlərinin yenidən dəyərləndirilməsini zəruri etdi.

“Xüsusilə mənim iştirakımla Prezident tərəfindən atılan bu addım, təbii ki, rəmzi məna daşıyır”

Bəli, müşahidə olunan intensiv siyasi dialoq, qarşılıqlı səfərlər və əməkdaşlıq gündəliyinin genişlənməsi göstərdi ki, tərəflər münasibətləri keçmiş stereotiplərdən uzaq, gələcəyə hesablanmış tərəfdaşlıq modeli üzərində qurmağa maraqlıdırlar. Bu yeni mərhələ təkcə ikitərəfli münasibətlər üçün deyil, bütövlükdə regionda uzunmüddətli sabitlik və əməkdaşlıq perspektivləri baxımından da mühüm əhəmiyyət kəsb edir. Xüsusilə, ötən ilin avqustunda Vaşinqtonda baş tutan görüş, Vaşinqtonun Cənubi Qafqazda sülhün bərqərar edilməsinə dəstəyi, Zəngəzur dəhlizinin (TRIPP) reallaşmasına verdiyi siyasi dəstək əlaqələrin yeni fonda inkişafını təmin etmiş oldu. Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziyalara müsahibəsində bildirib ki, Azərbaycan-Amerika münasibətlərinin kontekstində də 2025-ci il tarixi il sayıla bilər. Çünki sirr deyil ki, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra Amerika-Azərbaycan əlaqələrinin üzərində bir qara bulud kimi mənfur 907-ci düzəliş, necə deyərlər, fırlanırdı və Azərbaycan gənc, müstəqil ölkə olmasına baxmayaraq, Amerika kimi dünya miqyasında bir nömrəli dövlətlə lazımi səviyyədə münasibətlər qura bilməmişdi - Amerikadakı anti-Azərbaycan qüvvələrin fəaliyyəti, erməni lobbisinin fəaliyyəti nəticəsində: “Artıq bu məhdudiyyət də yoxdur və bunun təbii ki, iki əsas səbəbi var: birincisi, Ermənistan-Azərbaycan müharibəsinin rəsmən sona çatması, ikincisi, Amerikada Prezident Tramp administrasiyasının hakimiyyətdə olması. Bu administrasiya çox praqmatik, çox peşəkar və Amerikanın milli maraqlarının nə olduğunu çox yaxşı bilən üzvlərdən ibarətdir, Prezident başda olmaq şərti ilə. Təbii ki, Azərbaycan kimi bölgədə güclü potensialı və nüfuz dairəsi olan ölkə ilə əməkdaşlıq Amerika Birləşmiş Ştatları üçün də önəmlidir. Bizim üçün də. Ona görə bu nöqteyi-nəzərdən keçən il də dönüş ili sayıla bilər. Ağ Evdə Prezident Tramp mənim orada iştirakımla keçirilən mərasimdə 907-ci düzəlişə son qoydu, bunu aradan qaldırdı. Halbuki hələ Konqres bunu rəsmən aradan qaldırmalıdır. Amma xüsusilə mənim iştirakımla Prezident tərəfindən atılan bu addım, təbii ki, rəmzi məna daşıyır”.

Artıq bu istiqamətdə fəal iş başlayıb...

Avqust görüşü ikitərəfli əlaqələrin həm xarakterini, həm də mahiyyətini yeni istiqamətdə müəyyənləşdirdi. Qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupunun yaradılması ilə bağlı qərarın verilməsi praktiki əməkdaşlıq üçün institusional çərçivənin təsis edilməsi deməkdir. “Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması haqqında Strateji İşçi Qrupunun yaradılması” Anlaşma Memorandumu iki ölkə arasında məzmun etibarı ilə yüksək olan tərəfdaşlığa yeni rəng qatır - bu sənədin imzalanması Bakı-Vaşinqton əlaqələrində mühüm ştrixləri ortaya çıxarır. Belə ki, sənədin imzalanması Azərbaycan ilə ABŞ arasında əlaqələrin yaxın tərəfdaşlıq səviyyəsinə qalxdığını göstəriri - sənədə görə, ABŞ artıq Cənubi Qafqazda sabitlik, enerji, nəqliyyat, təhlükəsizlik məsələlərində məhz Bakı ilə strateji koordinasiya aparmağı prioritet sayır. Eyni zamanda, iki ölkə arasındakı əməkdaşlıq institusional çərçivəyə salınır - başqa sözlə, münasibətlərin inkişaf imkanları artıq siyasi bəyanatlarla deyil, konkret planlar, yol xəritələri və hüquqi mexanizmlərlə idarə olunacaq. ABŞ ilə Azərbaycan arasında dialoqun daha da genişlənməsi və şaxələnməsinə imkan yaradan bu sənəd çoxspektli əlaqələrdə yeni format müəyyənləşdirir. Dövlət başçısı müsahibəsində deyib ki, Amerika ilə Azərbaycan arasında strateji işçi qrupunun yaradılması sənədi imzalanmışdır: “Bu işçi qrupunun əsas fəaliyyəti strateji tərəfdaşlıq xartiyasını hazırlamaqdır və artıq bu istiqamətdə də fəal iş başlamışdır”.

Bütün məsələlər istədiyimiz kimi öz həllini tapdı...

Bu ilin avqustunda Vaşinqtonda aparılan danışıqlar, eləcə də, Zəngəzur dəhlizi (TRIPP) layihəsinin reallaşması ilə bağlı əldə edilən tarixi razılaşma Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yeni nəqliyyat-kommunikasiya xəttlərinin açılması baxımından da böyük əhəmiyyət daşıyır. Paralel olaraq bu razılaşma Azərbaycanla yanaşı, bütün region üçün strateji dönüş nöqtəsi sayılır. Prezident Donald Trampın iştirakı ilə təsdiqlənən dəhliz ABŞ-ın Cənubi Qafqazda rəsmi Bakının iradəsi ilə həyata keçən sülh prosesinə dəstəyinin açıq ifadəsidir. Vaşinqtonun prosesdə iştirakı bu yolun açılmasının siyasi ifadəsi olmaqla yanaşı, Azərabaycan - ABŞ münasibətlərində də yeni bir mərhələdir. Dövlət başçısı müsahibəsində qeyd edib ki, Zəngəzur dəhlizinin açılması artıq Amerika Prezidenti tərəfindən də təsdiqlənmişdir. “Artıq mən də əminəm, Azərbaycan vətəndaşlarında şübhə yoxdur ki, Zəngəzur dəhlizi açılacaq. Onun adı fərqli ola bilər, amma mahiyyət dəyişmir. Beləliklə, bizə Ermənistanla normallaşma prosesi çərçivəsində lazım olan bütün məsələlər istədiyimiz kimi öz həllini tapdı. Əlbəttə, Ermənistanla Azərbaycan arasında paraflanmış sülh sazişinin əhəmiyyəti, imzaladığımız birgə Bəyannamə təbii ki, göz önündədir. Prezident Tramp şahid qismində bu Bəyannaməyə öz imzasını atdı. Bütün bunlar və digər önəmli hadisələr dediyiniz məsələyə bəlkə də daha geniş prizmadan aydınlıq gətirir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Ümidlərimiz böyükdür, nəticələr də kifayət qədər təsirlidir...

2025-ci ildə qoyulan bu təməl gələcək illərdə münasibətlərin daha dolğun və işgüzar inkişafını təmin edəcək. Vaşinqton - Bakı münasibətlərində bir sıra yeni məqamlar yaranacaq ki, bu da ümumi inkişaf tempinə müsbət təsiri ilə seçiləcək. Ötən il intensiv formada həyata keçirilən qarşılıqlı səfərlər, dolğun müzakirələr, xüsusi sahələr üzrə razılaşmalar bunu deməyə əsas verir. Prezident İlham Əliyev deyib ki, eyni zamanda, bu gün çox fəal diplomatik hərəkət var. Azərbaycanla Amerika arasındakı əlaqələr çox praktik və nəticəyə hesablanmış istiqamətdə cərəyan edir: “Oktyabr ayından bu yana mənim tərəfimdən Amerikaya nazirlərdən və özəl sektor nümayəndələrindən, digər məsul şəxslərdən ibarət dörd rəsmi heyət ezam edilmişdir. Demək olar ki, əsas istiqamətlər üzrə strateji xartiyanın hazırlanması və qarşılıqlı sərmayə qoyuluşu, onun təşkili və münasibətlərimizin iqtisadiyyat, ticarət, nəqliyyat, hərbi-sənaye istiqamətlərinin əhatə edilməsi məsələləri müzakirə olunur. Yəni ümidlərimiz böyükdür, nəticələr də kifayət qədər təsirlidir. Ona görə bu nöqteyi-nəzərdən 2025-ci ili təbii ki, çox uğurlu və tarixi il saymaq olar”.

P.İSMAYILOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Yanvar 2026 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see728

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see210

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see202

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see193

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see167

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see160

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see153

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see145

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see145

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see144

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see144

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see141

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see138

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri