Icma.az
close
up
RU
Bakı və Ankara işə başladı, gözlər İrəvana çevrildi Moskvadan qəribə etiraz

Bakı və Ankara işə başladı, gözlər İrəvana çevrildi Moskvadan qəribə etiraz

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

 “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) açılmasına dair razılaşma çərçivəsində Zəngəzur dəhlizi boyunca dəmir yolu əlaqəsinin bərpa olunması üçün işlər davam edir. Artıq Ordubad rayonunda, Ermənistanla sərhəddə tikinti işlərinə start verilib.

Pararlel olaraq, Kremlin layihə ilə bağlı narahatlığı və narazılığı müşahidə edilir. Rusiyanın Ermənistandakı səfirinin müşaviri Dmitri Litskay TRIPP layihəsini tənqid edib. O, Cənubi Qafqazda Rusiya və İrandan yan keçən nəqliyyat layihələrinin mahiyyət etibarilə sərfəli olmadığını və region ölkələri arasında əməkdaşlığa xələl gətirmək məqsədi daşıdığını söyləyib.

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Zəngəzur dəhlizinin açılması üçün Ermənistan ərazisində də tikinti başlanmalı və ən qısa zamanda yekunlaşmalıdır:

“Rəsmi İrəvan tikintiyə gələn ilin ortalarında başlanılacağını açıqlayıb. Ermənistanın dediyi vaxtda tikinti başlasa, ən azı iki il davam edəcək. Təsadüfi deyil ki, elə Prezident İlham Əliyev də son açıqlamasında tikintinin 2028-ci ilə qədər hazır olmasından bəhs edib.

Azərbaycan tərəfində işlər intensivləşib. Gələn ilin ortalarına qədər biz artıq sərhədə qədər həm dəmir yolunu, həm də avtomobil yolunu çəkib qurtaracağıq. Türkiyə də artıq Qars istiqamətində dəmir yolunun tikintisinə başlayıb.


Elxan Şahinoğlu

Təəssüf ki, hələlik Ermənistan tərəfi tikintiyə başlamayıb. Bunun bir neçə səbəbi var, amma ilk ağla gələn maliyyə məsələsidir. Yəqin ki, Ermənistan büdcə formalaşdırmağa çalışır. ABŞ bu maliyyənin bir hissəsini ödəyib. İkinci hissənin də yaxın müddətdə ödəniləcəyi bildirilir. Yəni göründüyü kimi, Ermənistan dəmir yolu çəkilişinə pul xərcləmək istəmir. Bütün bunları nəzərə alsaq, gələn ilin ortalarına qədər Ermənistanda əvvəlcə parlament seçkilərinin keçiriləcəyini, daha sonra isə yolun tikintisinə başlanılacağını deyə bilərik. Lakin yenə də Ermənistanın öz ərazisindəki tikintini iki ildən az müddətdə bitirməsi inandırıcı deyil”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Dekabr 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri