Rusiya XİN: “Moskva Bakı ilə əlaqələri genişləndirmək niyyətindədir“
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
"Rusiya 2026-cı ildə ikitərəfli münasibətlərin bütün gündəliyi üzrə Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir".
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi nazir müavini Mixail Qaluzin və Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev arasında keçirilən görüşdən sonra yaydığı bəyanatda bildirib.
"Görüş zamanı Rusiya-Azərbaycan əməkdaşlığının son bir ildəki nəticələri ümumiləşdirilib. 22 fevral 2022-ci ildə Moskvada imzalanmış Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannaməyə və iki liderin 9 oktyabrda Düşənbədə keçirilən görüşündə əldə edilən razılaşmalara uyğun olaraq ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə qarşılıqlı sadiqlik təsdiqlənib. Bu kontekstdə, qarşıdan gələn 2026-cı ildə Rusiya-Azərbaycan münasibətlərinin bütün gündəliyi üzrə əlaqələrin genişləndirilməsi ilə bağlı ortaq niyyət ifadə edilib", - deyə bəyanatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 29 Dekabr 2025 19:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















