Icma.az
close
up
RU
Bakı və Cənubi Koreyanın İnçon şəhəri arasında çarter reysi açılacaq

Bakı və Cənubi Koreyanın İnçon şəhəri arasında çarter reysi açılacaq

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

“Azərbaycan Hava Yolları” (AZAL) bu ilin sentyabr və oktyabr aylarında Bakı və Cənubi Koreyanın İnçon şəhəri arasında çarter reysi həyata keçirməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın Cənubi Koreyadakı səfiri Ramin Həsənov Koreyanın "Seoul city" nəşrinə müsahibəsində bildirib. 

Diplomat ümid edir ki, çarter reyslərindən sonra müntəzəm uçuşlar da yerinə yetiriləcək. 

“Birbaşa aviareys əlbəttə ki, ölkələrimiz arasında turizmin, o cümlədən mədəni və elmi-akademik əlaqələrin, ümumilikdə insanlar arasında təmasların inkişafına təkan verəcək. Biz iki ölkənin forum və sərgilərdə qarşılıqlı iştirakını fəal şəkildə təşviq etməyə və dəstəkləməyə davam edəcəyik. Buraya peşəkarlar və sahibkarlar arasında qarşılıqlı fəaliyyət üçün platformalar yaratmaq və əməkdaşlıq üçün yeni imkanlar açmaq da daxildir”, - o bildirib.

R.Həsənovun sözlərinə görə, Azərbaycan və Cənubi Koreya arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və şaxələndirilməsi üçün istifadə olunmamış çox böyük potensial var: “Biz, həmçinin siyasi dialoqu yüksək səviyyədə saxlamaq üçün səylərimizi davam etdirəcəyik. Çünki bu, ikitərəfli münasibətlər və qarşılıqlı faydalı əməkdaşlıq üçün möhkəm təməl rolunu oynayır. Hesab edirəm ki, Azərbaycan-Koreya münasibətlərinin möhkəmləndirilməsində yeni mərhələləri qeyd etməyin vaxtı çatıb. Bu, təkcə dövlətlərarası münasibətlərdə yeni səhifənin açılması deyil, həm də B2B tərəfdaşlığının fəal inkişafı, eləcə də ölkələrimiz arasında şəxsiyyətlərarası əlaqələrin genişləndirilməsi demək olacaq”.

Səfir əməkdaşlığın prioritet istiqamətləri arasında bərpa olunan enerji mənbələri sahəsini də xüsusi qeyd edib: “Azərbaycan bərpa olunan enerji, o cümlədən quruda və dənizdə külək enerjisi sahəsində böyük potensiala malikdir. Ölkə artıq Asiya və Avropa şirkətləri ilə tərəfdaşlıq əlaqələri qurur. Gələcəkdə bərpa olunan enerji istehsalı artdıqca Azərbaycan Qara dəniz sualtı kabel layihəsi vasitəsilə Avropa ölkələrinə “təmiz elektrik enerjisi” ixrac etməyi planlaşdırır. Bu kontekstdə mən də hesab edirəm ki, qabaqcıl texnologiyalara malik Koreya ilə əməkdaşlıq potensialı çox yüksəkdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 Fevral 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri