Icma.az
close
up
RU
Cənubi Koreyanın təklifi Şimali Koreyanın NÜVƏ PLANINI NECƏ DƏYİŞƏCƏK?

Cənubi Koreyanın təklifi Şimali Koreyanın NÜVƏ PLANINI NECƏ DƏYİŞƏCƏK?

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Cənubi Koreyanın Şimali Koreyaya hərbi münaqişəyə son qoymaq və nüvə proqramının dondurulması ilə bağlı danışıqlara başlamaq təklifi Koreya yarımadasında uzun illərdir davam edən gərginliyin aradan qaldırılması istiqamətində yeni diplomatik təşəbbüs kimi qiymətləndirilir. Seulun “qeyri-sabit atəşkəs sistemi”ni davamlı sülhlə əvəzləmək niyyəti fonunda əsas sual isə budur: Pxenyan bu təklifə müsbət cavab verəcəkmi və təşəbbüs yarımadada real sülhə gətirib çıxara bilərmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Natiq Miri Bakıvaxtı.az bildirib ki, bu təklifin arxasında təkcə Cənubi Koreya rəhbərliyi deyil, onun strateji müttəfiqi olan ABŞ da dayanır. Onun sözlərinə görə, Şimali Koreyanın nüvə arsenalını genişləndirməsi yalnız Cənubi Koreya və ABŞ üçün deyil, daha geniş coğrafiya üçün də ciddi təhlükə yaradır.

Ekspert hesab edir ki, Pxenyanın nüvə proqramından imtina etməsi üçün ona ciddi və cəlbedici iqtisadi-maliyyə təklifləri verilməlidir. Çünki Şimali Koreya rəhbərliyi nüvə silahlarını, ballistik və qitələrarası raketləri əsas çəkindirmə vasitəsi kimi qəbul edir.

Natiq Mirinin fikrincə, danışıqlar prosesində qarşılıqlı əməkdaşlıq və gələcək inteqrasiya imkanlarının müzakirəsi də mümkün ola bilər. Şimali Koreya hərbi və raket texnologiyaları baxımından müəyyən imkanlar əldə etsə də, iqtisadi inkişaf və əhalinin sosial rifahı baxımından ciddi problemlərlə üzləşir.

Politoloq vurğulayıb ki, Şimali Koreyanın mövcud siyasi sistemi ölkənin xarici dünyaya açılmasını hakimiyyət üçün təhlükə kimi görür. Bu səbəbdən də ən cəlbedici iqtisadi və siyasi təkliflərin belə Pxenyan tərəfindən qəbul ediləcəyini gözləmək çətindir.

Natiq Miri: Bu təşəbbüsün nəticəsi həm də ABŞ, Çin və Rusiyanın prosesə münasibətindən asılı olacaq

Ekspert eyni zamanda Çin və Rusiya faktoruna da diqqət çəkib. Onun sözlərinə görə, bu iki dövlətin Şimali Koreya ilə münasibətləri və Pxenyana göstərdiyi müxtəlif xarakterli dəstək də danışıqların perspektivinə təsir edən mühüm amillərdəndir.

Natiq Miri qeyd edib ki, Koreya yarımadasının iki fərqli siyasi və iqtisadi sistemə bölünməsi nəticəsində Cənubi və Şimali Koreya arasında ciddi inkişaf fərqi yaranıb. Cənubi Koreya yüksək texnologiya və inkişaf etmiş iqtisadiyyatı ilə dünyanın qabaqcıl dövlətlərindən birinə çevrildiyi halda, Şimali Koreya hələ də qapalı siyasi sistem və zəif iqtisadiyyatla xarakterizə olunur.

Bu baxımdan, Cənubi Koreyanın yeni sülh təşəbbüsünün nəticəsi yalnız Pxenyanın cavabından deyil, həm də ABŞ, Çin və Rusiyanın prosesə münasibətindən asılı olacaq. Əsas məsələ isə Şimali Koreya rəhbərliyinin nüvə arsenalından imtinanı öz hakimiyyətinin təhlükəsizliyi ilə uzlaşdıra bilib-bilməyəcəyidir.

Qeyd edək ki, Cənubi Koreya Prezidenti Li Çje Myon Şimali Koreyaya hərbi münaqişəyə son qoymaq üçün danışıqlara başlamağı təklif edib. Prezident əlavə edib ki, Pxenyanın nüvə proqramını dondurmaq üçün addımları müzakirə etmək istəyir. O, həmçinin "qeyri-sabit atəşkəs sistemi"ni yarımadada tam sülhlə əvəz etmək niyyətində olduğunu vurğulayıb.

Günəş Mərd 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Avqust 2026 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see491

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see382

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see359

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see270

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see256

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see255

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see250

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see246

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see238

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see229

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see228

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see225

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see219

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see218

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see206

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see201

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see198

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see184

Məşhur aktrisa film çəkilişi zamanı nənəsinin ölüm xəbərini aldı

01 Noyabr 2026 02:47see183

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri