Icma.az
close
up
RU
Bakı və İrəvan nə vaxt yekun sülh imzalayacaq? KONKRET

Bakı və İrəvan nə vaxt yekun sülh imzalayacaq? KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Hazırkı geosiyasi proseslər fonunda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi yenidən gündəmdədir. Son aylarda Qərbin vasitəçiliyi ilə aparılan danışıqların intensivləşməsinə baxmayaraq, tərəflər arasında bir sıra fundamental məsələlərdə razılıq əldə olunmayıb. İrəvanda siyasi vəziyyətin gərginləşməsi və Moskvanın bölgədə təsir imkanlarını qorumaq cəhdləri prosesi daha da mürəkkəbləşdirir.

Bəs, bütün bu amillər fonunda sülh sazişinin imzalanması realdırmı və bunun üçün ən yaxın zaman perspektivi nə ola bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Züriyyə Qarayeva bildirib ki, 2025-ci ilin son rübündə bölgədəki diplomatik reallıqlar sülhün yaxın perspektivdə əldə olunmasını çətinləşdirir:

Züriyyə Qarayeva

“Ermənistan daxilində siyasi qeyri-sabitlik, seçkiyə hazırlıq və hökumətə qarşı revanşçı qüvvələrin fəallaşması Paşinyanın manevr imkanlarını xeyli daraldıb. İrəvanın konstitusiyasında hələ də Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların dəyişdirilməməsi, eləcə də Rusiyanın regionda artan təsir cəhdləri danışıqlarda irəliləyişi ləngidir”, – deyə politoloq qeyd edib.

Züriyyə Qarayevanın sözlərinə görə, Qərbin vasitəçilik səyləri davam etsə də, tərəflər arasında imzalanacaq sənədin forması və təhlükəsizlik təminatları ilə bağlı hələ də yekdil razılıq mövcud deyil:

“Azərbaycan tərəfi prinsipial şərt kimi Ermənistanın konstitusiya dəyişikliyinə və sərhədlərin rəsmən tanınmasına təkid edir. Buna görə yaxın aylarda sazişin imzalanması real görünmür. Mövcud vəziyyətdə ən yaxşı halda proses 2026-cı ilin ortalarına qədər uzana, sülh müqaviləsi isə yalnız siyasi balans sabitləşdikdən sonra gündəmə gələ bilər”, – ekspert vurğulayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 Oktyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri