Icma.az
close
up
RU
Menu

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xarici ticarət: ixrac və idxal azalır

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

Bakı və İrəvan Ukraynanı dəstəkləyən bəyanatı imzalamaqla… TƏHLİL

Bakı və İrəvan Ukraynanı dəstəkləyən bəyanatı imzalamaqla… TƏHLİL

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Nyu-Yorkda təşkil olunan “Transatlantik naharda” Aİ və NATO-ya üzv ölkələrin xarici işlər nazirləri, NATO-nun Baş katibi, Aİ-nin Ali Nümayəndəsi Kaya Kallas, Ermənistan, Azərbaycan, İsveçrə və Ukraynanın xarici işlər nazirləri iştirak ediblər.

Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Nyu-Yorkda keçirilən transatlantik müttəfiqlərin naharında birgə iştirakı və digər dövlətlərlə birlikdə Ukraynanı dəstəkləyən bəyanatı imzalamaları sadəcə diplomatik protokol sayıla biləcək hadisədən qat-qat böyük əhəmiyyət kəsb edir.

Bu, bütün Cənubi Qafqazın beynəlxalq siyasətdə mövqeyində keyfiyyət dəyişikliyinin göstəricisidir.

Ararat Mirzoyan və Ceyhun Bayramovun Avropa və NATO həmkarları ilə bir masada əyləşməsi və əsas mövzunun məhz Ukraynaya yardımın koordinasiyası və Rusiya təcavüzünə qarşı çıxmaq olması, Bakı və Yerevanın yalnız regionda siyasi konsolidasiyanın yox, hətta qlobal təhlükəsizlik prizmasından birgə addımlamağa hazır olduqlarını göstərir. Hər iki ölkənin Ukraynanı dəstəkləyən bəyanatı imzalaması xüsusilə diqqətəlayiqdir.

Azərbaycan üçün bu addım davmlılığın göstəricisidir.

Bakı uzun müddətdir ki, Moskvadan məsafələnmə siyasəti aparır və Türkiyə, İsrail, Avropa İttifaqı və NATO ilə sıx əlaqələrə söykənir.

Ermənistan üçün isə bu hadisə daha böyük əhəmiyyət kəsb edir. İllər boyu KTMT-nin üzvü olmuş ölkənin Ukraynaya açıq dəstəyi çox ciddi addım sayılır. Ukraynanı dəstəkləməklə və Qərblə koordinasiyalı addımlar atmaqla Yerevan faktiki olaraq Moskvaya artıq əsas təhlükəsizlik təminatçısı kimi baxmadığını təsdiqləyir, hətta rəsmiləşdirir.

Azərbaycan və Ermənistanın bu qərarını Qərbin Cənubi Qafqazı Avroatlantik məkana inteqrasiya etdirmək üzrə daha geniş strategiyasının bir hissəsi kimi dəyərləndirmək olar. Ukraynaya dəstək yeni siyasi düşərgəyə mənsubiyyətin göstəricisidir. Yerevan üçün bu, danışıqlarda mövqelərini gücləndirmək və Aİ, ABŞ ilə əməkdaşlığı artırmaq vasitəsidir. Bakı üçünsə bu, kollektiv təşəbbüslərdə iştirak etməyə hazır etibarlı tərəfdaş statusunu təsdiqləmək imkanıdır.

Rusiyanın regiondakı destabilizasiyaedici rolu və Cənubi Qafqaz üzərində nəzarəti saxlamaq cəhdləri fonunda bu jestin simvolik əhəmiyyəti daha da artır. Ermənistan və Azərbaycan ilk dəfə, hətta dolayı yolla olsa belə, fundamental beynəlxalq məsələdə eyni düşərgədə yer aldı. Bu isə regionun yalnız Rusiyanın siyasət meydanı olmaqdan çıxaraq Qərblə koordinasiyada öz təhlükəsizlik arxitekturasını formalaşdırması üçün perspektivlər açır.

Beləliklə, Nyu-Yorkdakı nahar sadəcə diplomatik tədbir deyil, siyasi siqnaldır: Cənubi Qafqaz getdikcə daha çox Aİ və NATO-ya yönəlir, Rusiyanın arbitrajçı və təhlükəsizlik qarant rolu isə tamamilə tükənmək üzrədir.

Kamran Cəfərov

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:46
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 Sentyabr 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see335

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see203

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see199

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see183

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see174

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see169

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see165

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see158

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see156

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see155

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see150

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see150

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see148

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see141

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see141

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see140

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see140

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see138

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see137

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri