Icma.az
close
up
RU
Ən yaxşı model Bakı İrəvan Ankara tandemidir TƏHLİL

Ən yaxşı model Bakı İrəvan Ankara tandemidir TƏHLİL

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyə, Azərbaycan və Ermənistan dəhlizin ortaq sahibləri ola bilər

Zəngəzur dəhlizinin açılması mövzusu son aylarda siyasi gündəmdə əsas yer tutan mövzuların önündə gəlir. Azərbaycanın qərb rayonlarının Naxçıvan Muxtar Respublikası ilə birbaşa bağlantısını təmin edə biləcək bu nəqliyyat marşrutu yalnız ölkə üçün deyil, bütövlükdə region üçün də strateji və iqtisadi əhəmiyyət daşıyır. Məhz bu səbəbdən, dəhlizin açılması ilə bağlı danışıqlar həm ikitərəfli, həm də beynəlxalq müstəvidə böyük maraqla izlənilir. Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə də Zəngəzur dəhlizi məsələsinin gündəmə gəldiyi bildirilir. 

Həmçinin qeyd olunur ki, ABŞ Zəngəzur dəhlizinin amerikalı özəl şirkət tərəfindən idarə edilməsini təklif edib. İspaniyanın “Periodista Digital” nəşrinin yazdığına görə, Ermənistan hökuməti ABŞ ilə birlikdə gizli memorandum imzalayıb. Sənədə əsasən, Zəngəzur bölgəsindən keçən və Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən 42 kilometrlik yeni nəqliyyat dəhlizi yaradılacaq. Məlumata görə, layihənin idarəçiliyi amerikalı özəl şirkətə həvalə olunacaq. Ermənistan isə dəhlizdən əldə ediləcək gəlirin cəmi 30 faizini alacaq. Türkiyə, İran, Rusiya və Avropa ölkələri də Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlamalar veriblər. Bəzi ekspertlər dəhlizin ilin sonuna kimi açıla biləcəyini düşünür.


Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri, tarix elmləri doktoru, siyasi şərhçi Telman Nüsrətoğlu "Sherg.az"a deyib ki, Azərbaycan və Türkiyənin xarici siyasəti konfrantasiyalara getmədən, daha çox milli maraqları, əməkdaşlıqları, qarşılıqlı maraqları ön plana çıxartmağa, həmçinin regional dövlətlərin maraqlarını nəzərə almağa hesablanıb. Alim vurğulayıb ki, bu baxımdan Azərbaycan maraqlı deyil ki, Zəngəzur və Cənubi Qafqaz hansısa geosiyasi toqquşma, yaxud mübarizə məkanına çevrilsin:

"Zəngəzurda tarixi-mədəni haqlarımız olmaqla yanaşı, Azərbaycanla Naxçıvan arasında gediş-gəlişin maneəsiz təmin edilməsi beynəlxalq hüquqa dayanır. Digər yandan qlobal tendensiyalar, dünya, Çin-Avropa və bölgə ticarəti, Ermənistanın təcriddən xilas olması və iqtisadi inkişafı tələb edir ki, Zəngəzur dəhlizi açılsın. Amma Zəngəzur dəhlizi bir-biri ilə mübarizə aparan geosiyasi qütblərin mübarizə rıçağına çevrilməməlidir. Buna zəmin yaradılmamalıdır. Nəzərə alaq ki, yeni çoxqütblü dünya yaranır, yeni nizam formalaşır. Burada mütləq gücdən yox, çoxlu qütblərdən söhbət gedir və onların balanslaşdırılması mühümdür. Bizim siyasətimiz buna yönəlib". 


T.Nüsrətoğlunun sözlərinə görə, region üçün ən məqbul və real proyekt Azərbaycan, Ermənistan və Türkiyənin birlikdə Zəngəzur dəhlizinə nəzarət etməsidir:

"O zaman üç ölkənin milli maraqları təmin ediləcək. Kənar qüvvələr, regionda mübarizə aparmaq həvəsində olan güclər bölgəyə nüfuz edə bilməyəcək. Ən yaxşı model budur. Hesab edirəm ki, gələcəkdə Bakı, İrəvan və Ankara arasında məhz bu məsələlər müzakirə mövzusu olacaq. Bundan Ermənistan da qazanclı çıxacaq. Bəzi xarici dairələrin əsrlər boyu Ermənistanda körüklədiyi türk düşmənçiliyi, region ölkələri ilə Ermənistanı qarşı-qarşıya qoymaq təşəbbüsləri də ortadan qalxmış olacaq. Dolayısı ilə bu, erməni xalqının da maraqlarına xidmət edəcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 İyul 2025 04:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see405

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see401

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see393

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see268

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see266

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see245

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see220

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see180

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri