Icma.az
close
up
RU
Bakı və İrəvan yenidən masaya qayıdır: Dekabrdakı əsas hədəflər belədir

Bakı və İrəvan yenidən masaya qayıdır: Dekabrdakı əsas hədəflər belədir

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycanla Ermənistan arasında hazırda sülh müqaviləsi ətrafında müzakirələr davam edir. Söhbət sülh mətnində olan iki-üç bəndin razılaşdırılmamasından gedir. Bu bəndlər üzərində danışıqlar davam etdirilir. Danışıqlarda ən real həll variantı isə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan əsassız iddiaların aradan qaldırılmasından ibarətdir".

Moderator.az bildirir ki, bunu Teleqraf.com-a "Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov deyib.

O qeyd edib ki, Ermənistan tərəfi konstitusiya dəyişikliyinə getmədən sülh müqaviləsi imzalamağın mümkünlüyünü gündəmə gətirir:

“İddia edilir ki, imzalanacaq sülh müqaviləsi daxili qanunlardan üstün gücə malik olacaq. Hətta belə bir bəndin sülh razılaşdırılmasına salınmasından danışılır. Amma məsələyə fəlsəfi, ideoloji rakursdan, real pəncərədən baxdıqda isə proses heç də sadə görünmür. Çünki hökumətlər arasında sülh elan edildiyi halda, Ermənistanda sonradan dəyişəcək hakimiyyətin bu məsələlərə necə yanaşacağı sual altındadır”.

Politoloq hesab edir ki, Azərbaycan sülh müqaviləsini erməni xalqı ilə imzalamaq niyyətindədir:

“Ermənistan xalqı ilə sülh referendumdan keçir. Nikol Paşinyan referendum elan etməklə erməni xalqının öz gələcəyini necə görmək istədiyini təsdiq etməlidir. Bu halda imzalanacaq sülh müqaviləsi daha legitim olar. Beləliklə, gələcəkdə erməni siyasətçilərinin sülh müqaviləsinin bəndləri ətrafında spekuliyasiya etməsinin da qarşısı alınar”.

Zaur Məmmədova görə, sülh müqaviləsinin bütün bəndləri razılaşdırılsa belə orada referendum və konstitusiya dəyişikliyi yoxdursa, sənədin imzalanması sual altında qalır:

“Dekabrdan Bakı ilə İrəvan arasında danışıqlar yenidən davam edəcək. Hazırda bütün diqqət Bakıdakı COP29 tədbirinə yönəlib. Bundan sonra danışıqları müxtəlif formatlarda görmək mümkün olacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Noyabr 2024 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri