Icma.az
close
up
RU
Bakı və İrəvana vacib təklif: gürcü politoloq detalları açdı ÖZƏL

Bakı və İrəvana vacib təklif: gürcü politoloq detalları açdı ÖZƏL

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Globalinfo.az gürcü politoloq, Yaxın Şərq və Qafqaz Araşdırmaları İnstitutunun (IMECS) təsisçisi və baş direktoru Vasili Papava ilə müsahibəni təqdim edir:

– Cənab Vasili, 2021-ci ildə Türkiyə və Azərbaycanın təklif etdiyi “3+3” formatı (Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Rusiya, İran) Tbilisi-Moskva münasibətlərindəki qeyri-müəyyənlik səbəbindən reallaşdırılmayıb. Rusiyanın Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın yurisdiksiyasına qaytarmaq niyyəti yoxdur. Tbilisi isə Rusiyanın təmsil olunduğu regional əməkdaşlıq platformasında yer almaq istəmir. Problemin həllini nədə görürsünüz?

– Qondarma Abxaziya və Cənubi Osetiyanın statusu məsələsi burada əsas maneə olaraq qalır. Gürcüstan onların beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində qayıtmasında israrlıdır, Rusiya isə müstəqil qurumlar kimi dəstəkləyir. Bu, Gürcüstanın biganə qala bilməyəcəyi fundamental suverenlik məsələsidir.

Gürcüstanla Rusiya arasındakı gərginlik bütün Cənubi Qafqaza təsir edir. Nə qədər ki münaqişə donmuş vəziyyətdə qalacaq, region vahid iqtisadi və siyasi məkan kimi tam inkişaf edə bilməz. Nəqliyyat dəhlizləri və ya enerji təşəbbüsləri kimi layihələr ciddi maneələrlə üzləşir. Gürcüstanla Rusiya arasında münasibətlər yaxşılaşana qədər, ki bu da yalnız Moskvanın siyasətini dəyişdiyi təqdirdə mümkündür, “3+3” formatı Tbilisi üçün qəbuledilməz olaraq qalacaq.

– Cənubi Qafqazda “3+3” formatında əməkdaşlığın həyata keçirilməsi istiqamətində hansı addımlar atıla bilər? 

– Gürcüstan Azərbaycan, Ermənistan, Türkiyə və İranla Rusiyanın iştirakı olmadan digər formatlarda əməkdaşlığı inkişaf etdirməyə hazırdır. Alternativ olaraq Gürcüstan, Azərbaycan və Türkiyə arasında öz effektivliyini sübut edən üçtərəfli əməkdaşlığın gücləndirilməsi ola bilər. Məsələn, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasını təmin etməklə regionun enerji təhlükəsizliyinin mühüm elementinə çevrilib. Digər mühüm layihə Azərbaycan qazını Türkiyəyə və oradan da Avropaya nəql edən Cənubi Qafqaz Boru Kəməridir (Bakı-Tbilisi-Ərzurum). Bundan əlavə, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi regionu Türkiyə vasitəsilə Avropa ilə birləşdirərək Rusiyadan keçən ənənəvi nəqliyyat marşrutlarına alternativ yaradır. Bu layihələr regionun iqtisadiyyatını və sabitliyini gücləndirməklə üçtərəfli əməkdaşlığın artıq nəzərəçarpacaq nəticələr verdiyini nümayiş etdirir.

Vasili Papava

– Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni üzrə danışıqlar artıq başa çatıb. İndiki məqamda Cənubi Qafqazda sülhün davamlı olması istiqamətində Gürcüstan hansı rolu oynaya bilər?

– Gürcüstan həm coğrafi, həm də siyasi baxımdan regionda xüsusi yer tutur. Abxaziya və Cənubi Osetiya ilə bağlı çətinliklərinə baxmayaraq, Gürcüstan qonşuları arasında bir növ körpü rolunu oynayır. Biz Qarabağ münaqişəsində birbaşa iştirak etməmişik və bu da bizə neytrallığı qoruyub saxlamağa və hər iki tərəfin etimadını qazanmağa imkan verdi. Bu, Gürcüstanı dialoq platforması təklif edə biləcək obyektiv iştirakçıya çevirir.

Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamaq ərəfəsində olduğu bir vaxtda Gürcüstan stabilləşdirici rol oynayır. Tbilisi qonşuları arasında gərginliyi azaltmaqda maraqlıdır, çünki regiondakı istənilən münaqişə istər iqtisadiyyat, istər qaçqınlar, istərsə də təhlükəsizlik baxımından Gürcüstana təsir edir. Məsələn, münaqişənin aktiv fazaları zamanı Gürcüstan bütün tərəflərə dəyən iqtisadi zərəri minimuma endirmək üçün nəqliyyat dəhlizlərini açıq saxlayıb.

– Gürcüstan daha əvvəl öz ərazisini danışıqlar platforması kimi təklif edib…

– Bəli, bu, tərəflərin razılığa yaxın olduğu, lakin sərhədlərin delimitasiyası və ya nəqliyyat dəhlizlərinin statusu kimi həssas məsələlərin qaldığı indiki məqamda xüsusilə vacibdir. Sülh müqaviləsi imzalanarsa, Gürcüstan Bakı ilə İrəvan arasında münasibətlərin münaqişə fazasından əməkdaşlıq mərhələsinə keçməsinə yardım edərək, təşəbbüslərdə əlaqələndirici həlqəyə çevrilə bilər. Bu, birgə iqtisadi layihələrin, mədəni mübadilələrin və ya təhsil proqramlarının inkişafı yolu ilə həyata keçirilə bilər.

Bununla belə, Gürcüstanın rolunun sərhədsiz olmadığını anlamaq vacibdir. Nə qədər ki, ölkənin Rusiya ilə həll olunmamış münaqişəsi var, onun sülhməramlı imkanları məhduddur. Buna baxmayaraq, Gürcüstan məsələn, Aİ və ya BMT daxilindəki proqramlar kimi regionda sabitliyin möhkəmləndirilməsinə yönəlmiş beynəlxalq təşəbbüslərdə fəal iştirak etməkdə davam edir.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Mart 2025 05:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see203

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see141

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see134

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri