Bakı və İrəvanla razılaşma Tramp üçün vacibdir Bryus
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Azərbaycanla Ermənistan arasında imzalanmış razılaşma ABŞ Prezidenti üçün çox əhəmiyyətlidir.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət departamentinin sözçüsü Temmi Bryus deyib.
O bildirib ki, dünya artıq Prezident Trampın bu məsələdə nə qədər ciddi olduğunu bilir:
“Tərəflər Ağ Evdə oldular. Bu, administrasiya və dünya üçün vacibdir. Bu barədə çox yazılmadığı üçün bəzi insanlar bəlkə də bilmirlər. Bu iki qonşu onilliklərdir ki, münaqişədədir. Artıq 35 ildən çoxdur ki, saysız-hesabsız insan həyatını itirib, nəsillər zərər görüb. Avropalılar, Fransa, Putin və hətta Bayden münaqişəni bitirməyə cəhd etsə də yalnız Prezident Tramp bu tarixi sülhü razılaşdırmaq üçün bu iki ölkəni uğurla bir araya gətirə bildi. Ona görə də düşünürəm ki, dünya bilir ki, Tramp münaqişələrin və ya ədavətin nə qədər davam etməsindən asılı olmayaraq, ölkələr arasında uzunmüddətli, davamlı sülhə sadiqdir. O, realistdir və bu öhdəlik gördüyümüz kimi diplomatiyaya əsaslanır. O, müharibələri dayandırmaq üçün ABŞ Prezidenti olmaqdan maksimum yararlanaraq əlindən gələni edəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 13 Avqust 2025 00:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















