Icma.az
close
up
RU
Bakı və Moskva barışdı İndi isə hücum buradan gələ bilər

Bakı və Moskva barışdı İndi isə hücum buradan gələ bilər

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Rusiya-Azərbaycan münasibətlərindəki soyuqluq tədricən aradan qalxır, əlaqələr normallaşma mərhələsinə qədəm qoyur. Bu vəziyyət regionda əhəmiyyətli dönüş nöqtəsi kimi qiymətləndirilir. Lakin həm Qərbdə, həm də Rusiyada Bakının Moskva ilə yaxınlaşmasından narahat olan dairələr mövcuddur. Bu qüvvələr iki ölkə arasında münasibətlərin gərgin olaraq qalmasında maraqlıdır və prosesi manipulyasiya etməyə çalışırlar.

Həmin qüvvələr Qərbdəki müəyyən qruplarla birləşərək regionda yeni fəsadlar törətmək gücündədirlərmi?

Globalinfo.az-a danışan politoloq Mütəllim Rəhimli deyib ki, Azərbaycan və Rusiya arasındakı münasibətlər son illərdə ciddi dalğalanmalara məruz qalıb:

“Lakin son vaxtlar münasibətlər tədricən normallaşmağa başlayıb. Bu, praqmatik yanaşmanın üstün gəldiyini göstərir. Çünki Azərbaycanla Rusiya arasında qarşılıqlı logistik və iqtisadi maraqlar mövcuddur.

Qərbdəki bəzi dairələr Ermənistanla birlikdə Rusiya-Azərbaycana münasibətlərində yeni gərginlik yarada bilərlərmi? Bu sualın cavabı qismən “xeyr”dir. Çünki Rusiya hələ də Cənubi Qafqazda, xüsusilə Ermənistanda təsir imkanlarını qoruyur. Buna görə də müəyyən risklər mövcuddur”.

Mütəllim Rəhimli

Ekspert xatırladıb ki, Qərb Azərbaycanı enerji təchizatçısı kimi dəstəkləsə də, müxtəlif formalarda Bakıya təzyiq göstərməyə cəhd edib:

“Ermənistanla sərhəddə baş verən insidentlər buna misal ola bilər.

Rusiya ilə münasibətlərin normallaşması Qərbdə rəsmi Bakını itirmək qorxusu yarada bilər ki, bu da yeni diplomatik və ya iqtisadi təzyiqlərə yol aça bilər. Xüsusilə ABŞ-ın Azərbaycanı Rusiya və İrana qarşı strateji tərəfdaş kimi görməsi bu ehtimalı artırır.

Münasibətlərdə gərgin qalmasını istəyən qüvvələr də var. Bunu Kremlin sözçüsü Dmitri Peskov da təsdiqləyir. Əslində, Azərbaycanın Rusiya ilə gərgin münasibətləri Qərbin maraqlarına uyğun gəlir. Çünki bu, Moskvanın Cənubi Qafqazdakı təsirini zəiflədir və Türkiyə–Avropa enerji koridorlarını gücləndirir.

Ən böyük təhlükə isə Ermənistanla sərhəddə baş verə bilər. Qərbin dəstəklədiyi erməni qüvvələri rus millətçiləri ilə birgə Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsini yubada bilər. Bu da regionda yeni gərginliklərə səbəb ola bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Oktyabr 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri