Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Bakı və Tbilisi bacardı, İrəvan məhrum oldu: Qafqazda yeni xəbərdarlıq

Bakı və Tbilisi bacardı, İrəvan məhrum oldu: Qafqazda yeni xəbərdarlıq

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyev ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumda Ermənistanla münasibətlər, o cümlədən Cənubi Qafqazın inkişafı və beynəlxalq əlaqələrlə bağlı bir sıra vacib mesajlar verib. 

Prezident Ermənistanın hərəkətlərinin Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmadığını, lakin bunun üçün bütün şansın olduğunu deyib. O bildirib ki, Azərbaycan-Gürcüstan münasibətlərinə baxdıqda, enerji təhlükəsizliyi, nəqliyyat, sərmayə, siyasi dialoq – bütün bunların üstünlük gətirdiyini görmək olur. Lakin Ermənistan özünü bunlardan məhrum etdi, işğal və təcavüz nəticəsində o, tranzit ölkəyə çevrilə bilmədi.

Dövlət başçısı həmçinin Azərbaycanın bir çox ölkələrlə strateji tərəfdaşlıq sazişləri imzaladığını vurğulayıb. İlham Əliyev bütün bunların coğrafi, siyasi, iqtisadi və nəqliyyat sahələrində Mərkəzi Asiya regionu və Avropa arasında ümumi yanaşmaları formalaşmağa imkan yaratdığını bildirib. Prezident qeyd edib ki, bəziləri Azərbaycanı ümumiyyətlə prosesdən ayırmaq və Cənubi Qafqazda ayırıcı xətləri çəkmək cəhdi göstərir, lakin bunlar uğursuz olacaq.

Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov deyib ki, ayırıcı xətləri formalaşdırma cəhdi ötən ilin aprelində baş verdi:

“ABŞ və Avropa İttifaqının (Aİ) Ermənistanla xüsusi bir saziş imzalaması, digər tərəfdən Gürcüstana hazır olmadığı təqdirdə ittifaqa üzvlük namizədliyinin verilməsi buna misal ola bilər. Beləliklə, Cənubi Qafqazı fraqmentləşdirib burada geosiyasi xətləri müəyyən etməklə öz siyasətlərini həyata keçirməyə çalışırdılar.


Fərhad Məmmədov

ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyası bu planı xüsusilə icra etmək istəyirdi. Prezident İlham Əliyev də çıxışında dedi ki, Cənubi Qafqazda ayırıcı xətləri çəkmək cəhdi göstərənlər var və biz bunun şahidiyik. Belə bir cəhd Gürcüstanda dəstəklənmədi. Ermənistan isə bir ada kimi formalaşıb. Hər hansı geosiyasi təsirə malik deyil. Ona görə planın baş tutması mümkün olmur”.

Politoloq İlyas Hüseynov isə deyib ki, Azərbaycan Prezidentinin ADA Universitetində ənənəvi olaraq iştirak etdiyi tədbirdə söylədiyi fikirlər geniş maraq doğurur:

“Nəzərə almaq lazımdır ki, bu forumda dünyanın tanınmış analitikləri cənab Prezidentə sual vermək imkanı əldə edirlər. Onun verdiyi cavablar həm regional reallıqlar, həm də Azərbaycanla bağlı təsəvvür formalaşdırır.


İlyas Hüseynov

Cənab Prezident öz fikirlərində bildirdi ki, Ermənistanın işğalçılıq siyasəti bütün regiona mənfi təsir göstərib. Bu xüsusda Azərbaycan-Gürcüstan münasibətlərinə nəzər yetirsək deyə bilərik ki, nəqliyyat, enerji, sərmayə, qarşılıqlı əməkdaşlıq sahəsində çox yaxşı münasibətlər formalaşıb. Ermənistan işğalçılıq siyasəti aparmasa və etibarlı tərəfdaş olsaydı, bu əməkdaşlığın bir parçası olmaq imkanı qazana bilərdi.

Hazırda Azərbaycan öz ərazilərini işğaldan azad etsə də, İrəvan sülhə maneə təşkil edən və cənab Prezidentin də dəfələrlə vurğuladığı şərtləri icra etmir. Bu da regionda gərginliyi, eskalasiya riskini artırır”.

Turan Rzayev
Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Aprel 2025 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri