Icma.az
close
up
RU
Qafqazın ilk metrosu: Tbilisi, Bakı, yoxsa İrəvan?

Qafqazın ilk metrosu: Tbilisi, Bakı, yoxsa İrəvan?

Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Siz bilirdinizmi, ilk dəfə metro Qafqaz respublikalarından hansına çəkilib?


Yəqin ki, hələ də bir çoxunuz elə bilirsiniz ki, Qafqazda ilk metropoliten Bakıda açılıb? Amma elə deyil. Elə isə bu kiçik araşdırmanı oxuyun:

Gürcüstanın paytaxtında Tiflis mitropolitinin tikintisi haqqında qərar SSRİ Nazirlər Soveti tərəfindən 29 sentyabr 1951-ci ildə qəbul edilir və tikinti SSRİ Nəqliyyat və Tikinti Nazirliyinə həvalə edilir. 28 noyabr 1965-ci ildə ilk qatar sınaq sürüşü etdi.

11 yanvar 1966-cı ildə altı stansiyadan ibarət birinci xəttin birinci rayonu (6,3 km) istifadəyə verildi: Didube , Elektrodepo , Oktomberi , Stansiya Meydanı , Marcanişvili və Rustaveli . Hazırda 2 xətti 23 stansiyası var və sistem uzunluğu 27,3 km əhatə edir.

Azərbaycanın paytaxtı Bakı metropoliten xətlərini birləşdirən nəqliyyat sistemi,yəni Bakı metrosu türk ölkələri arasında qurulan ilk metropolitendir ki, 1947-ci ildə, müharibədən 2 il sonra hökumət layihə-axtarış işlərinin aparılmasının başlanması barədə qərar qəbul edir. 1949-cu ildə metropolitenin tikinti bazasının yaradılması başlanır, 1954-cü ildə isə birinci xəttin texniki layihəsi təsdiq olunur və metropolitenin 12.1 km-lik xəttinin inşası başlanır. Baş yolun xətləri dəniz sahilindən 500–700-m aralı keçərək buxtaya paralel surətdə uzanıb gedirdi.
1953-cü ildə tikinti işləri müvəqqəti dayandırılır və yalnız 1960-cı ildə bərpa olunur. Bu da Bakı metrosunun istismara verilməsini xeyli gecikdirir.1966-cı ildə tərkibində hərəkət, hərəkət qatarları, yol və tunel qurğuları, sanitariya texnikası və elektromexanika, işarəvermə və rabitə, material-texniki təminat xidmətləri kimi 6 xidməti olan Bakı Metropoliteni İdarəsi yaradılır.

1967-ci il noyabrın 6-da Bakı şəhərində metrosunun 5 stansiyası — Bakı Soveti, 26 Bakı Komissarı, 28 Aprel, Gənclik və Nəriman Nərimanov stansiyaları və 9.2 km-lik yeraltı xətləri olan birinci növbəsi istismara verilir, həmin stansiyalardan 4-ü böyük dərinlikdə idi ki, bunlardan da birisi Qara Şəhər adlanan ərazidə yerləşən Stepan Şaumyan stansiyası idi.

Metropoliten ümumi uzunluğu təxminən 40 km olan 3 xəttdən, 27 işləyən və dörd tikilən stansiyadan ibarətdir, həmin stansiyaların 11-nin vestibülü vardır. Stansiyaların yeddisi böyük dərinlikdə yerləşir. Metropolitendə pilləkan zolağının ümumi uzunluğu 4,000 metrdən artıq olan beş tipli 39 eskalator işə salınmışdır. Tunel tikililərinin ümumi uzunluğu 17.1 kilometrdən artıqdır. Bakı metrosunun nadirliyi bundan ibarətdir ki, onun xətləri təpəlik ərazidə yerləşən şəhərin bir-biri ilə kəsişən relyefi üzrə salınmışdır, burada 60% və 40%-minlik mailliklər və kiçik radiuslu çox saylı əyrilər mövcuddur.

Ermənistanın paytaxtı İrəvandakı metropoliten isə Qafqazdakı ən gənci metropolitendir.  1981-ci ilin bu günündə - martın 7-də İrəvan metrosunun açılış mərasimi olub. 5 stansiya işlədilib: “Berekamutyun”, “Marşal Baqramyan”, “Gənclər”, “Respublika Meydanı”, “Sasuntsi Davit”, sonralar isə 1983-cü ildə. “Qortsaranai” 1984-cü ildə istismara verilib. 1986-cı ildə “Şenqavit”, “Qaregin Njde meydanı”, 1989-cu ildə “Zoravar Andranik”, 1997-ci ildə “Çarbax”.
“Karen Dəmirçyandan sonra İrəvan metrosu” hazırda 12,1 km-dən çox ümumi istismar uzunluğuna (bir istiqamətə), 10 stansiyaya malikdir.

 Əntiqə Rəşid 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:297
embedMənbə:https://adalet.az
archiveBu xəbər 07 Mart 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri