Icma.az
close
up
RU
Bakı yeni silah müqavilələri imzaladı nələr alırıq?

Bakı yeni silah müqavilələri imzaladı nələr alırıq?

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyədə səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti “İDEF 2025" 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak edib. Azərbaycan nümayəndə heyəti beynəlxalq sərgidə nümayiş etdirilən dünya üzrə müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirib, onların rəhbər heyəti ilə görüşüb.

Keçirilən görüşlər zamanı hərbi-texniki sahədə əməkdaşlığın müxtəlif aspektləri, inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Sərgi çərçivəsində Azərbaycan Respublikası müdafiə nazirinin müavini - baş direktor Aqil Qurbanov, Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən MİRAS Hərbi-Sənaye Şirkəti MMC və Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi" QSC-nin nümayəndələrinin iştirakı ilə bir sıra müqavilələr imzalanıb.

Lakin bu müqavilələrin təfərrüatı açıqlanmır. Bəs Azərbaycanın hansı silahlara ehtiyacı var, ordumuz indilikdə arsenalını nələrlə zənginləşdirə bilər? Azərbaycan əvvəlki dövrlərdə silah alışında dövlətlər arasında balansı saxlamağa çalışırdı. İndi də bu prioritet qalırmı?

“Yeni Müsavat”ın suallarını cavablandıran polkovnik Şair Ramaldanovun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin silahlanması Ali Baş Komandan, Prezident İlham Əliyevin daimi diqqəti və nəzarəti altındadır. Polkovnikin xatırlatmasına görə, Prezident Laçında olarkən bildirmişdi ki, Azərbaycan Ordusuna nə lazımdırsa, o da alınacaq: “Mənə elə gəlir ki, bu qısa cümlədə çox böyük məna var. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin - Azərbaycan Ordusunun ehtiyacından irəli gələrək nə lazımdırsa, onunla da təmin olunur. Bura həmçinin silahlanma da daxildir”.

Ş.Ramaldanov deyib ki, keçirilən bütün sərgilərdə Azərbaycan Ordusunun nümayəndələri daim iştirak edir və təqdim olunan yeni texnologiyalar, perspektiv modellər, yeni silah növləri öyrənilir: “Zərurətdən irəli gələrək dövlət tərəfindən müvafiq komissiyanın təqdimatı və Müdafiə Nazirliyinin sifarişi əsasında Azərbaycan Ordusu silahlandırılır. Ona görə də bu gün demək olar ki, bütün beynəlxalq sərgilərdə Azərbaycandan yüksək vəzifəli nümayəndələr iştirak edir. Son günlərdə Türkiyədə keçirilən beynəlxalq sərgidə Azərbaycanın müdafiə naziri, cənab general-polkovnik Zakir Həsənov da iştirak edib və müəyyən müqavilələr imzalanıb. Bu müqavilələrin bağlanması üçün Azərbaycan tərəfi müvafiq vəzifəli şəxslərin və mütəxəssislərin hazırladığı təkliflər və rəylər əsasında hansı silahın, hansı miqdarda alınacağı ilə bağlı qərar qəbul edir”.

Polkovnik bildirib ki, Azərbaycan Ordusunun Prezident İlham Əliyev tərəfindən müasir ordu prinsipləri əsasında inkişaf etdirilməsinə əməl olunmaqdadır: “Əlbəttə, bu gün daha çox prioritet sayılan məsələ həm Azərbaycanın apardığı Vətən müharibəsi təcrübəsi, həm də ölkənin coğrafi və geosiyasi xüsusiyyətlərini nəzərə alaraq təhlükəsizliklə bağlı verilən tapşırıqlardan irəli gələn təhlillər əsasında silah və texnikanın sayı, növü, hansı texnikanın alınması ilə bağlı qərarların qəbul edilməsidir. Prezident İlham Əliyevin səyi və diqqəti nəticəsində artıq Azərbaycan Ordusu dünya sıralamasında 56-cı yerdə özünəməxsus yer tutur. Azərbaycanda müdafiə sənayesi hazırda çox sürətlə inkişaf edir və Azərbaycan Ordusu bu sənayenin imkanlarından daha geniş şəkildə faydalanır”.

Müsahibimiz onu da qeyd edib ki, bütün bunlara baxmayaraq, Azərbaycan həm böyük texnikaları, həm də baza hissələrini alır, eyni zamanda ölkənin müdafiə sənayesində istehsal olunan və orada quraşdırılacaq müasir avadanlıqların istehsalı ilə məşğul olur: “Düşünürəm ki, Azərbaycan Ordusunda istifadə olunan məhsullar arasında müəyyən istehsal növlərini xüsusilə qeyd etmək olar. Məsələn, mərmi, patron və ya digər çeşidli məhsullara üstünlük verilir. Hər halda, Azərbaycan Ordusu və Azərbaycan Silahlı Qüvvələri qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün daima döyüş potensialını və döyüş qabiliyyətini artırmağa istiqamətlənib”.

Xatırladaq ki, bu ilin aprelində Dünya Silah Ticarətinin Təhlili Mərkəzi (CAMTO) hərbi texnika idxal edən ölkələrin illik reytinqini dərc edib. Polşa 2024-cü ildə 15,6 milyard dollarlıq alışla ən böyük silah idxalçısı olub. Azərbaycan bu siyahıda 16-cı yerdədir. 2024-cü ildə Azərbaycan Respublikası 2,22 milyard dollar dəyərində müxtəlif növ silahlar alıb.

Bəzi müşahidəçilər bildirirlər ki, Azərbaycan hazırkı şəraitdə silah əldə etməyə ilk növbədə siyasi məqsədlərə nail olmaq üçün mühüm resurs kimi baxır. Digər məqsəd Ermənistanın güc balansını bərpa etməsinə mane olmaq istəyir. Azərbaycan əsasən Rusiya istehsalı olan ağır silahlar, zirehli texnikalar və İsrail və Türkiyədən alınan raket sistemləri və pilotsuz uçuş aparatları ilə təchiz olunub.

Azərbaycan Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru Qoşunlarından ibarətdir. Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində də mühüm işlər aparılır. Ordumuzun hərbi əməkdaşlığında Türkiyənin yeri danılmazdır. Əbəs yerə deyil ki, təkcə 2024-cü ildə Türkiyə və Azərbaycanın istər rəhbərliyi, istərsə də ekspertləri arasında keçirilən görüşlərin sayı 20-dən çox olub.

Bundan başqa, Müdafiə Nazirliyinin rəhbərliyi ilə Slovakiya, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Serbiya, Çin, Rusiya, Qətər, Belarus, İordaniya və NATO-nun ordu rəhbərliyi arasında bir sıra görüşlər baş tutub. Təbii ki, keçirilən görüşlər hərbi potensialımızın güclənməsi, ölkəmizin döyüş aparma və özünümüdafiə qabiliyyətinin yüksəldilməsi üçün vacibdir.

Ən əsası isə müharibə bitsə də, münaqişə başa çatmayıb. Sadəcə, atəşkəsdir və Ermənistanla sülh danışıqları davam edir. Üstəlik, Fransa, Hindistan, Yunanıstan bu ölkəni silahlandırır. Nə qədər ki, yekun sülh sənədi yoxdur, müdafiə potensialımızı gücləndirməliyik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://news24.az
archiveBu xəbər 26 İyul 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see220

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see175

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see173

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see154

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see152

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri